Şok ŞOK: Şəmkir Regional Meşə TM-də açıq alver gedir » Regionxeber.tv

Şok ŞOK: Şəmkir Regional Meşə TM-də açıq alver gedir

Şok ŞOK: Şəmkir Regional Meşə TM-də açıq alver gedir


Metbuat.info xəbər portalına daxil olan məlumata görə, Şəmkir Regional Meşə Təsərrüfatı Mərkəzində "Novruz" bayramında işçilərə yazılan mükafat, sonra onların hər birindən 150 manatdan yığılıb Mərkəzin dırektoru Vasif Nəbiyevə çatdırılıb.
Eyni zamanda
"Ramazan" bayramına görə 20 nəfər fərqlənən işçiyə mükafat ayrılmışdı. Sözügedən mükafat Vasif müəllimə yaxın və etibarlı adamların adına yazılıb verildi ki, sonra o mükafatlar alınıb Vasif müəllimə verilə bilsin.

Baxaq görək sözügedən işçilər hansı əməyinə görə fərqlənib?!.

Optimallaşmaya görə Mərkəzə daxil olmuş yeni fəhlə ştatları 2000 manatdan satılır.
Mərkəzin direktorunun göstərişi ilə meşəbəylər kəndlər də fəhlə ştatlarına işçi axtarırlar və qiyməti də deyilənə görə 2000 manat və Mərkəzdə
digər vakant vəzifə ştatlarının qiyməti isə 3000 - 3500 manat civarındadır.

Aldığımız məlumata görə Vasif vəzifə ştatlarına təyin olunmaq üçün hər birindən- Şəmkir sakini Elvindən və Gədəbəy sakini Tacəddindən pul alıb sözügedən vəzifələri onlara verəcəyinə söz verib.
Gədəbəy Qala kənd meşəbəyliyinin 10 saylı dolayı Əliyev Anarın adına olmasına baxmayaraq atası Əliyev Əli Orucəli oğlu tərəfindən idarə edilir.

Aldığımız məlumata görə, sözügedən dolayda ağaclar qanunsuz olaraq həm kömür, həm də işlik materiallar məqsəd ilə qırılıb daşınır.
Deyilınə görə, Əli Əliyev bir neçə yerdə bildirib ki, Vasif Nəbiyevə tutduğu vəzifəyə gəlməsininin pulunun yarısını men vermişəm. Eyni zamanda Əli Vasifin yaxın adamı kimi də tanınır.

Qarşı tərəfi dinləməyə hazırıq.


Şok ŞOK: Şəmkir Regional Meşə TM-də açıq alver gedir
Şok ŞOK: Şəmkir Regional Meşə TM-də açıq alver gedir
Şok ŞOK: Şəmkir Regional Meşə TM-də açıq alver gedir