Muxtar Babayevin diqqətinə: Lerik meşələri əldən gedir » Regionxeber.tv

Muxtar Babayevin diqqətinə: Lerik meşələri əldən gedir

Muxtar Babayevin diqqətinə:  Lerik meşələri əldən gedir


Metbuat.info- a etibarlı mənbədən daxil olan məlumata görə, Lerik rayon 20-ci km kənd sakini Hümmətov Fuad Əbdülhüseyn oğlu Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzinin Razvonabad meşəbəyliyinin 22 saylı meşə dolayında gözətçi işləyib. İşlədiyi dövrdə külli miqdar da qırıntıya görə işdən uzaqlaşdırılmışdır və hazırda onun barəsində toplanan materiallar Lerik rayon hüquq mühafizə orqanlarına göndərilib, amma nədənsə, buna baxmayaraq sözügedən orqanlar bu işə biganə yanaşır və heç bir tədbir görmür.
Mənbə bildirir ki, Fuad Hümmətov 22 saylı dolayda işlədiyi dövrdə

10.04.2019-cu ildə 6 ağac 30.46 m³ 470.37 manat ;

13.04.2021-ci ildə 17 ağac 98.35 m³ 17611.61 manat;

16. 07.2020-ci ildə 14 ağac 10.35 m³ 613.45 manat;

11.12 2021-ci ildə 12.11 m³ 1290.39 manat ;

18.12.2021-ci ildə 22 ağac 56.15 m³ 9340.35 manat ;

05.01.2022-ci ildə 165 ağac 149.29m³ 8438.95
manat ;

18.04.2022-ci ildə 40 ağac 20m³ b512.05 manat

22.04.2022-ci ildə isə 35 ağac 15m3 450.15 manat.


Cəmi 303 ağac 392 m³ 38726.72 manat ödənilməmiş cərimələr vardır.
Hazırda həmin cərimələr ödənilməyərək qalır.
Mənbənin qeyd etdiyinə görə, F.Hümmətov qırıntıya görə işdən çıxdığı üçün qərəzli mövqedən çıxış edərək təxribatlar törədir və digər meşə dolaylar barədə yalan məlumatlar verir.

P.S. Baş Prokurorluq və Daxili İşlər Nazirliyi bu iş nəzarətə götürüb qanuna müvafiq şəkildə araşdırma aparıb, araşdırmanın nəticəsi barə də bizə məlumat verməyin xahiş edirik.

Qarşı tərəfi dinləməyə hazırıq