Biləsuvarda fəaliyyət göstərən əxlaqsızlıq yuvası ən yüksək səviyyədə himayə olunur » Regionxeber.tv

Biləsuvarda fəaliyyət göstərən əxlaqsızlıq yuvası ən yüksək səviyyədə himayə olunur

Biləsuvarda fəaliyyət göstərən əxlaqsızlıq yuvası ən yüksək səviyyədə himayə olunur


Redaksiyamız xəbər verir ki, Biləsuvar İmişli yolunun kənarında Biləsuvar Səmədabad qəsəbəsində əxlaqsızlıq yuvasının fəaliyyət göstərməsi ilə bağlı Tik-Tok sosial şəbəkədə video görüntülər yayılıb.Sözü gedən kafenin sahibi Ümid adlı,şəxsin dediyinə görə İmişli rayon polis şöbəsinin rəisi Eldəniz Vəliyevin əmisi oğludur.Məhz bu səbəbdəndə kafenin sahibi Ümid açıq-aşkar əxlaqsızlıq yuvası işlədir. Öncə onu qeyd edək ki,nazirlər kabinetinin qərar ilə təsdiq edilmiş Koronavirusun profilaktikasına dair medodiki göstərişlərin icrasının kobud şəkildə pozulması, yəni kafedə dezinfeksiya edici məhlulun olmaması, yüngül həyat tərzı sürən "qadınların" və müştərilərin tibbi maskadan istifadə etməmələri infeksiyanın daha surətlə yayılmasına rəvac verir.Bundan başqa.Kafedə müştəri yolu gözləyən"xanım"ların hansı xəstəliklərin daşıyıcısı olması, Kovid pasportlarının olub olmaması da,sual doğurur.Bir sözlə kafedə antisanitar vəziyyət hökm sürür.Bəs görəsən cavabdeh qurumlar bu vəziyyətə niyə göz yumurlar? Mənfi reputasiyalı bu obyektdə baş alıb gedən biabırçılığa,nədənsə rayon polis şöbəsidə,biganə yanaşır.Heç şübhəsiz ki,bu əxlaqsızlıq yuvasının maneəsiz fəaliyyət göstərməsi
Gənclərin əxlaqına mənfi sirayət etməklə yanaşı ailələrin dağılmasına da,səbə olur.Çox biabırç hal ondan ibarətdir ki, kafeyə gələn müştərilərə qeyri-leqal cinsi istismara cəlb olunmuş yüngül əxlaqlı "qadınların" intim xidmətindən yararlanmaq təklif olunur. Ümid edirik ki, təqdim etdiyimiz bu faktlardan dərhal sonra rayon polis şöbəsi sözü gedən kafenin qanunsuz fəaliyyətinə son qoyacaq.




Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq.

Mənbə:Kanal 1.az xəbər portalı.