Hirkan Milli Parkını öz şəxsi gəlir mənbəyinə çevirən nazir müavini kimdir? » Regionxeber.tv

Hirkan Milli Parkını öz şəxsi gəlir mənbəyinə çevirən nazir müavini kimdir?

Hirkan Milli Parkını öz şəxsi gəlir mənbəyinə çevirən nazir müavini kimdir?



Biz dəfərələrlə meşələrimizdə, Milli Parklarımızda, Dövlət Təbiət Qoruqlarımızda və ölkəmizin çay yataqlarında olan "ekoloji terror"la bağlı xəbər portallarımızda kifayət qədər məlumat vermişdik, amma buna baxmayaraq bununla bağlı müsbətə doğru hər hansı bir addım atılmsmışdır. Aldığımız məlumatlardan və redaksiyamıza daxil olan şikayətlərdən belə məlum olur ki, bu "ekoloji terror"un başında Ekologiya və Təbii Sərvətlər nazirinin müavini cənab Vüqar Kərimov durur.

Redaksiyamıza etibarlı mənbədən daxil olan məlumata görə, Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimovun yaxını olan Hirkan Milli Parkın Haftoni Meşəbəyliyinın sahə rəisi Yadiqar Əmirovun ali təhsili olmadığı və baş idarədə təsdiq olunmadığı halda ona sahə rəisliyi vəzifəsini necə həvalə ediblər?!. )Yadigara Aqil Sucayevin "pul gətirən"i deyilir. Yadigar Əmirov Haftoni meşəbəyliyində ağacları trosa bağlayıb meşədən çıxartdırıb, material formasında Masallıda kı, sexlərə daşıtdırır. Dəfələrlə sözügedən məsələylə bağlı Bioloji Muctəlifliyinin Qorunması Xidmətinin rəisi Firuddin Əliyevə telefon vasitəsilə bununla bağlı məlumat verilsə də, amma çox təəssüfər olsun ki, heç bir nəticəsi olmamışdır.
Firuddin Əliyev deyilənə görə, bir il ərzində Milli Parkın xüsusi fondunda yığılan 200 000 manata yaxın vəsaiti Milli Parkın direktoru Aqillə münbit şərait yaradaraq silinməsinə vəsilə olmuşdur. Halbu ki, o vəsait Milli Parkın ınzıbatı binasının tikintisinə sərf oluna bilərdi. Çünki İnzibati binanın həyətində bütün məlumat verən lövhələrin rəngləri solub və iş vaxtı giriş qapısı bağlı olur, bu da gələn turistlərin bilet alacağına maneə olur. Əlbətdə əgər turist gəlirsə.
İşçilərin dediyinə görə, bir ildir ki, baş idarədən müfəttişlər yoxlamaqa gəlmirlər. Çünki bütün şikayətlər Vüqar Kərimovun tapşırığına əsasən Nazirlikdə bağlanır.

Qarşı tərəfin də mövqeyin işığlandırmağa hazırıq.