ETSN-nazirin müavini Vüqar Kərimovun kələkbaz işləri » Regionxeber.tv

ETSN-nazirin müavini Vüqar Kərimovun kələkbaz işləri

ETSN-nazirin  müavini Vüqar Kərimovun  kələkbaz işləri



Biz dəfələrlə Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimova söykənən " meşə quldurlar"ı barədə xəbər vermişdik.
"Meşə quldurlarının gördüyü saxta işlər yavaş-yavaş üzə çıxır.
Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin işçilərindən biri azinfo.tv-yə belə bir məlumat göndərdib. Məlumat göndərən şəxsin dediyinə görə, Masallı Regional Meşə Təsərrüfatında yazılan cərimələr, oranın sabiq direktoru Adəm İsmiyev, baş mühafizə mühəndisi Abturab Bağırov və baş meşəbəyi Faiq Əmişov tərəfindən gizlədilib:
-2020-ci ildə Adəm Ismiyevin təhvil-qəbul yoxlamasında yazılan 15.000 manat cərimə gizlədilib. Yəni, ödənilməyib. Həmin cərimə Abturab Bağırov tərəfindən gizlədilb. Deyilınə görə, Abturab Bağırov Adəm İsmiyevlə üzərlərinə cərimə yazılan meşə gözətçiindən pul alıblar ki, guya cəriməni biz, özümüz ödəyəcəyik. Hətta sözügedən cərimələr " Meşə Qanunvericiliyinin Pozulması Kitabı"ndada qeydə alınıb;

-2021-ci ildə Hesablama Palatasının əkin və aqrobağlara yazdığı 8.000 manat cərimə gizlədilib;

-2021-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirloyinin audit qrupunun keçirdiyi yoxlamada yazdığı 26.000 manat cərimə. Bu yoxlamalar son bir neçə gündə üzə çıxıb.
Hələlik yuxarıda sözügedən cərimələrdən 1 manat da olsun ödənilməyib.

Bir başa Vüqar Kərimov göstərişilə onun yerli "meşə mafiya"sı bu çirkin işləri görüb.

Qarşı tərəfin də mövqeyin işığlandırmağa hazırıq.