Əlillərə verilən prezident təqaüdü dayandırıla bilər: - YENİ QAYDALAR

  • 14-08-2019, 13:54
  • sosial
  • Baxılıb13
Əlillərə verilən prezident təqaüdü dayandırıla bilər: - YENİ QAYDALAR

Xəbər verdiyimiz kimi, Azərbaycanın baş naziri Novruz Məmmədov “I dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün ödənilməsi haqqında qaydaları təsdiqləyib.

Cebhe.info mövzunun aktuallığını nəzərə alaraq qaydalarda nəzərdə tutulmuş bəzi nüansları oxucuların diqqətinə çatdırır.

2. Təqaüdün təyin edilməsi üçün müraciət edilməsi, onun təyin olunması və təyin olunmasından imtina edilməsi

2.1. Təqaüd təyin olunması üçün I dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxs (bundan sonra – Şəxs) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) “Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi”nin “Sosial ödənişlər altsistemi”ndə tələb olunan məlumatları daxil edərək elektron qaydada və ya Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun yaşayış yeri üzrə müvafiq şəhər, rayon şöbəsinə (bundan sonra - Şöbə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli 311 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 1 nömrəli əlavəyə uyğun kağız üzərində müraciət edir. Müraciətə daxil olduğu gündən 5 (beş) iş günü müddətində baxılır və müvafiq qərar qəbul edilir. 2.2. Müraciətə aşağıdakı sənədlər əlavə edilir: 2.2.1. I dərəcə əlilliyi olan şəxsin ailə üzvlərinə münasibətdə Şəxsin həqiqətən ona qulluq etdiyi barədə əlilliyi olan şəxsin (fəaliyyət qəbiliyyəti olmayan I dərəcə əlilliyi olan şəxslər istisna olmaqla) bu Qaydanın 1 nömrəli əlavəsinə uyğun ərizəsi (bundan sonra – Ərizə) və onların qohumluq əlaqəsini təsdiq edən sənədlərin surətləri. Şəxsin həqiqətən ona qulluq etdiyi barədə ərizə Şöbəyə I dərəcə əlilliyi olan şəxsin özü tərəfindən təqdim edilmədiyi halda notariat fəaliyyətini həyata keçirən subyektlər tərəfindən təsdiq edilməlidir; 4 2.2.2. I dərəcə əlilliyi olan şəxsə qulluq edən, ailə üzvü olmayan şəxslərə münasibətdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 39-cu maddəsinə uyğun olaraq patronajın təyin edilməsi barədə qəyyumluq və himayəçilik orqanının qərarının surəti və Şəxsin həqiqətən ona qulluq etdiyi barədə əlilliyi olan şəxsin (fəaliyyət qabiliyyəti olmayan I dərəcə əlilliyi olan şəxslər istisna olmaqla) ərizəsi. Şəxsin həqiqətən ona qulluq etdiyi barədə ərizə Şöbəyə I dərəcə əlilliyi olan şəxsin özü tərəfindən təqdim edilmədiyi halda notariat fəaliyyətini həyata keçirən subyektlər tərəfindən təsdiq edilir; 2.2.3. məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyətli olmayan sayılmış I dərəcə əlilliyi olan şəxsə qulluq edən Şəxsə münasibətdə onun fəaliyyət qabiliyyəti olmayan I dərəcə əlilliyi olan şəxsin qəyyumu təyin edilməsi barədə qəyyumluq və himayəçilik orqanının qərarının surəti; 2.2.4. sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara münasibətdə onların qohumluq əlaqəsini təsdiq edən sənəd. Təqaüd təyin edilməsi barədə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara münasibətdə onlarla qohumluq əlaqəsi olmayan qəyyumlar (himayəçilər) müraciət etdikdə, müraciətə qəyyumluq (himayəçilik) təyin edilməsi barədə qəyyumluq və himayəçilik orqanının qərarının surəti əlavə edilir. 2.3. Təqaüd təyin edilməsi barədə qəyyum (himayəçi) müraciət etdikdə, bu barədə müvafiq sənəd təqdim etməsinə baxmayaraq, I dərəcə əlilliyi olan şəxs (fəaliyyət qabiliyyəti olmayan I dərəcə əlilliyi olan şəxslər istisna olmaqla) qəyyumun (himayəçinin) ona baxan şəxs olduğunu təsdiq etmədiyi halda, təqaüd təyin olunmasından imtina edilir. 2.4. Təqaüd qulluq olunanın I dərəcə əlilliyi müddətinə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu müddətinə təyin edilir.

3. Təqaüdün verilməsi və verilməsinin dayandırılması

3.1. Ailədə iki və daha artıq I dərəcə əlilliyi olan şəxs və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq olduqda, onlara qulluq edən şəxsə təqaüd I dərəcə əlilliyi olan şəxs və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlardan hər birinə görə ödənilir. 5 3.2. Bir nəfər I dərəcə əlilliyi olan şəxs və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluğa görə yalnız bir şəxsə təqaüd ödənilir. 3.3. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 35.4-cü maddəsinə uyğun olaraq qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan və müvafiq tərbiyə, müalicə, əhalinin sosial müdafiəsi və ya digər oxşar müəssisələrdə olan və ya bu müəssisələrə yerləşdirilmiş fiziki şəxslərin qəyyumları və himayəçiləri həmin müəssisələrdir. Qeyd edilən müəssisələrdə yerləşdirilən və tam dövlət təminatında olan I dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edilməsinə görə təqaüd ödənilmir. 3.4. Təqaüd dövlət büdcəsinin vəsaiti hesabına, ayda bir dəfə nağdsız qaydada ödənilir. 3.5. Aşağıdakı hallarda təqaüdün ödənişi dayandırılır: 3.5.1. I dərəcə əlilliyi olan şəxs və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq, habelə Şəxs vəfat etdikdə və ya yaşayış yerini dəyişdikdə; 3.5.2. Şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə; 3.5.3. I dərəcə əlilliyi olan şəxsin əlillik dərəcəsi dəyişdirildikdə və ya ləğv edildikdə, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağın sağlamlıq imkanlarının məhdudluğu müddəti bitdikdə və ya ləğv edildikdə; 3.5.4. sağlamlıq imkanları məhdud uşaq 18 yaşına çatdıqda; 3.5.5. I dərəcə əlilliyi olan şəxs (fəaliyyət qabiliyyəti olmayan I dərəcə əlilliyi olan şəxslər istisna olmaqla) və ya sağlamlıq imkanları məhdud 14-18 yaşınadək uşaq (14 yaşadək uşaqlara münasibətdə qəyyumluq və himayə orqanı) təqaüd alan şəxsin onlara qulluq etmədiyi barədə müraciət etdikdə. 3.6. Təqaüdün ödənişi bu Qaydanın 3.5.1-3.5.4-cü yarımbəndlərində göstərilən hallardan birinin yarandığı gündən, 3.5.5-ci yarımbəndində göstərilən halda isə müraciət edildiyi gündən dayandırılır. 3.7. Təqaüd təyin olunandan sonra ödəniş həyata keçirilməsi üçün Şöbənin sifarişi əsasında müvafiq bank şöbəsi tərəfindən verilmiş plastik kartın istifadə müddəti çərçivəsində Şəxsin dəyişdirilməsi ilə bağlı (qulluq edən şəxsin vəfat etməsi, yaşayış yerini dəyişməsi, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi istisna olmaqla) 6 müraciət daxil olarsa, yeni təyinat üçün tələb olunan bank xərcləri müraciət edən şəxs tərəfindən ödənilir. 3.8. Təqaüdün ödənişinin dayandırılmasına səbəb olan hallar barədə təqaüd alan şəxs, təqaüd alan şəxs vəfat etdikdə, qulluq edilən şəxs və ya onun yaxın qohumları Şöbəyə 5 (beş) iş günü müddətində məlumat verməlidir. Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminə inteqrasiya edilmiş dövlət orqanlarının elektron informasiya sistemləri və ehtiyatlarından istifadə etməklə Şöbə tərəfindən təqaüdün ödənişinin dayandırılmasına səbəb olan hallar barədə məlumatların verilməməsi və yaxud düzgün olmayan məlumatların verilməsi nəticəsində artıq təqaüd ödənildiyi aşkar edildikdə, təqaüd alan şəxs artıq ödənilmiş məbləği “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən nağdsız qaydada Şöbənin hesabına qaytarmalıdır. Artıq ödənilmiş məbləğin qaytarılmasından imtina edildikdə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır.[xfgiven_video][/xfgiven_video][xfgiven_video2][/xfgiven_video2]
Oxşar xəbərlər
Sahil Babayev bu ailəni də sosial yardımsız qoyub... - İşsizdən iş yerindən arayış istəmək nə?..
Asataranın icra başçısı belə şəraitdə yaşayarmı? - GİLEY
Sakinlər
Gədəbəydə niyə səfərbər ola bilmirik... - İTTİHAM
Bakıda içkili qadın yolda yatdı - Əri oyada bilmədi (Video)
“Sevgilisi üçün tikdirdi və…” - Elarizin başı bəlalı evindən fotolar
Universitetlərdən daha bahalı özəl orta məktəblər - 70 min manat civarında illik təhsil haqqı...
Baku Medical Plaza-da dəhşət: nazirlik və rəhbərlik suallardan qaçır - Ölümlə bitən əməliyyat və saxta diplom iddiasi
Azərbaycan səhiyyəsi xəstəni necə dağa-daşa salır... - GİLEY
Bakıda 6,3 milyonluq yolun açılışı oldu – VİDEO
Rövşən Bağırovun durumu gərgindir - İcra başçısına cinayət işi açıla bilər
Kamal Abdulla məhkəməyə verildi – İşdə nazirin də adı hallanır
Sahibkar çıxılmaz vəziyyətdə Prezidentdən kömək istəyir... - VİDEOGİLEY
Jurnalistləri şantaj edib pul qazanmaq istəyən ,,jurnalist''i tanıyaq
Şakir İmanov dövlət torpağını satışa çıxarıb... - Əhmədzadənin kadrından ÖZBAŞINALIQ
“Bank sektorunda yeni böhran yetişir” - İDDİA
İmişlidə dövlət bayrağımıza sayğısızlıq... - FOTOFAKT
Səfər Mehdiyev yeni olsa da, barəsində təftiş qərarı verilib... - İDDİA
İnam Kərimovu bitirən səbəb: - KTN-na nəzarət digər qurumlara tapşırıldı?
Alimpaşa Məmmədov yeni
Başsız qalan rayonda naqolay işlər... - FOTOFAKT
Peşə təhsilində karusel əməliyyatı - İTTİHAM
Cahangir Əsgərov bütün xarici hava yolları şirkətlərini bir-bir sıradan çıxardı - İTTİHAM
Xətai RİH-də hakimi-mütləq kimdir? - İDDİA
Tikinti şirkətləri iflasın astanasında: - İnşaat şəhərdən kənara köçürüləcək?
Oliqarx deputatların mandatlı son yayı - Kimlər gedəcək?
Vüsal Kərimlini yıxıb-sürüdülər: - 'Axmaq sən və sənin komandandır'
BARIT CƏLLƏYİNƏ BƏNZƏYƏN SAATLI: S. CABBAROV - İ. QULİYEV FİRONLUGU davam edir, daha ciddi,daha kəskin... - Jurnalist ölkə başcılarına müraciət etdi - Şok Video
Göyçayda Qaraməryəm kənd stadionu iş adamı tərəfindən ZƏBT EDİLİB - Vitse-prezident Mehriban xanım Əliyevaya MÜRACİƏT - Video
«    Сентябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏDƏNİYYƏT