Ya DGK sədri dəyişməlidir, ya da DGK sədri dəyişməlidir... - Səfər Mehdiyev o adam deyildi...

Ya DGK sədri dəyişməlidir, ya da DGK sədri dəyişməlidir... - Səfər Mehdiyev o adam deyildi...












Gömrük sisteminin mahiyyəti nədir? Bütün dünyada gömrük ixrac və idxal arasında sabitləşdirici faktor funksiyasını yerinə yetirir. Yalnız Azərbaycanda gömrüyün “xüsusi status”u, gömrük əməkdaşlarının isə “xüsusi səlahiyyyətlər”i var.

Azərbaycanın gömrük orqanlarının “xidmət”ləri sayəsində ölkəmiz bu seqmentdə dünyanın demək olar, bütün “qara siyahı”larında “fəxri” yer tutur. Bu səbəbdən, özünə hörmət edən hər hansı xarici şirkət Azərbaycanda öz nümayəndəliyini açmır və əsasən, bizim oliqarx-məmurlara məxsus yerli firmalara distrübitor təmsilçiliyi üçün lisenziya vermir. Ona görə də, dünya brendləri Azərbaycanda subdilerlər vasitəsilə işləmək variantını seçir. Başqa sözlə, heç kəs Azərbaycanla birbaşa ticarət aparmaq istəmir. Nəticədə dünya brendləri öz məhsullarını Azərbaycana Gürcüstan, Türkiyə və qismən də Rusiya ərazilərindən keçirirlər. Vurğulanan oliqarx-məmurlar sırasında xüsusi seçilənlərdən biri də məhz gömrükdən-dövlətin “şlaqbaum”undan şəxsi əşyaları kimi istifadə edərək, müxtəlif bəhanələrlə sahibkarları talayan hamiləridir.

Azərbaycandakı gömrük ilə problemlərinin olmasını istəməyən orta təbəqəyə mənsub və “yuxarı”larda himayədarı olmayan biznesmenlər Gömrük Komitəsinin rəisi Səfər Mehdiyevin “paqonlular”ına xərac vermək məcburiyyətindədirlər. Nəticədə isə orta və kiçik biznesin nümayəndələri qurduqları işi genişləndirmək imkanından məhrum edilirlər. Bununla da dövlətin iqtisadi inkişaf perspektivinə ağır zərbə vurulur. Sərhəddəki və gömrük məntəqələrindəki “paqonlular” sözün tam mənasında öz “Gestapo”larını yaradıblar və rəsmən reketlə məşğuldurlar.

Məhz onların bu qulduq fəaliyyəti üzündən Azərbaycanda orta biznes sıradan çıxarılıb, kiçik biznes isə boğulmaq həddindədir. Ölkənin bütün gömrük terminallarında özbaşınalıq hökm sürür. Ölkənin Rusiya, İran və Gürcüstanla sərhəd bölgələrinin sakinləri isə ailələrini dolandırmaq və acından ölməməkdən ötrü qaraçı köçünə bənzər qaydada sərhədi keçmək, evlərinə bir çanta ərzaq aparmaq üçün Azərbaycanın gömrük məntəqələrindəki qəfəsdə gözləməyə məcbur edilirlər. Gömrük məntəqələrində yaşanan özbaşınalıqları – gömrük müfəttişlərinin yaşlı insanları necə ələ saldıqlarını, onların əşyalarını əzib-tapdaladıqlarını, küçə söyüşləri ilə təhqir etdiklərini, vətəndaşları aşağıladıqlarını gözlə görmək lazımdır. Səfər Mehdiyevin gömrükçüləri cəzasız qalacaqlarına o qədər əmindirlər ki, ölkəyə gətirilən məhsullar üzərinə öz faizlərini də əlavə edirlər. Ölkədə tüğyan edən bahalaşmanın əsas səbəblərindən biri də budur. Gömrükçülərin bu reket qaydalarından boğaza yığılan vətəndaşlarımız ərzaq məhsullarını nisbətən ucuz qiymətə qonşu ölkələrdən almal olurlar. Şahidlərin sözlərinə görə, Səfər Mehdiyevin gömrükçüləri o qədər həddlərini aşıblar ki, hətta Gürcüstanla sərhədi keçən avtobusdakı bir yaşlı uşağın əlindən süd butılkasını alıb yerə boşaldıblar. Boş butulkanı qaytardıqları körpənin anasına isə “Azərbaycana icazəsiz süd keçirmək olmaz”, – deyiblər.

Bu günlərdə isə bir vətəndaşın sifarişi ilə ölkəyə gətirilən, dəyəri 1000 dollardan da az olan avadanlıq üçün Mehdiyevin quldurları alıcıdan 36 faizlik rüsumdan əlavə ödənişlər etməyi tələb ediblər və bununla da “rüsum” 45 faizə qalxıb. Gömrükçülərdən həmin əlavə faizlərin nədən qaynaqlandığını soruşduqda isə cavab veriblər ki, sizə izahat verməyə vaxtımız yoxdur, malınızı götürün, gedin, əks halda, özünüzü terminaldan bayıra atacağıq. Özünüz deyin, bu, “Gestapo” və “NKVD” rejimi deyil, nədir? XXI əsrdə, hansı dövlətdə öz vətəndaşları ilə bu cür davranırlar? Bəlkə də Afrikada, hansısa yarıqəbilə dövlətində, yaxud da yarıfeodal bir ölkədə… Ancaq dünyanın heç bir sivil ölkəsində vətəndaşa belə yaramaz münasibət göstərilə bilməz. Bu, sadəcə, rəzalətdir! Gömrükdəkilər etdiklərinin fərqindədirlərmi? Xalqın səbrini daşırdıqlarını bilirlərmi? Səfər Mehdiyevin rəhbərli etdiyi Gömrük Komitəsində gömrük məmurlarının özbaşınalıqları Azərbaycan dövlətinə qarşı açıq-aşkar sabotajdır, təxribatdır. Bu qanunsuzluqlar xarici düşmənlərin Azərbaycanda xaos, iğtişaşlar və vətəndaş itaətsizliyi yaratmaq, dövlətimizin təməlini sarsıtmaq üçün həyata keçirdikləri pozuculuq fəaliyyətindən fərqlənmir. Açıq demək lazımdır ki, ölkədə vəziyyəti gərginləşdirən əsas amil məmur özbaşınalığıdır və bu qanunsuzluqlar dövlətin təhlükəsizliyinə cavabdehlik daşıyan xüsusi xirdmət orqanlarının diqqətindən yayınmamalıdır. Əgər gömrükdəki paqonlulara hədləri bildirilməsə, onların əndazəni çoxdan aşan özbaşınalıqları xalqla hakimiyyətin birgəliyinə əsaslanan dövlət sisteminə sağalmaz zərbə vuracaq.\\Yeni Çağ[xfgiven_video][/xfgiven_video][xfgiven_video2][/xfgiven_video2]
Oxşar xəbərlər
Sahil Babayev bu ailəni də sosial yardımsız qoyub... - İşsizdən iş yerindən arayış istəmək nə?..
Asataranın icra başçısı belə şəraitdə yaşayarmı? - GİLEY
Sakinlər
Gədəbəydə niyə səfərbər ola bilmirik... - İTTİHAM
Bakıda içkili qadın yolda yatdı - Əri oyada bilmədi (Video)
“Sevgilisi üçün tikdirdi və…” - Elarizin başı bəlalı evindən fotolar
Universitetlərdən daha bahalı özəl orta məktəblər - 70 min manat civarında illik təhsil haqqı...
Baku Medical Plaza-da dəhşət: nazirlik və rəhbərlik suallardan qaçır - Ölümlə bitən əməliyyat və saxta diplom iddiasi
Azərbaycan səhiyyəsi xəstəni necə dağa-daşa salır... - GİLEY
Bakıda 6,3 milyonluq yolun açılışı oldu – VİDEO
Rövşən Bağırovun durumu gərgindir - İcra başçısına cinayət işi açıla bilər
Kamal Abdulla məhkəməyə verildi – İşdə nazirin də adı hallanır
Sahibkar çıxılmaz vəziyyətdə Prezidentdən kömək istəyir... - VİDEOGİLEY
Jurnalistləri şantaj edib pul qazanmaq istəyən ,,jurnalist''i tanıyaq
Şakir İmanov dövlət torpağını satışa çıxarıb... - Əhmədzadənin kadrından ÖZBAŞINALIQ
“Bank sektorunda yeni böhran yetişir” - İDDİA
İmişlidə dövlət bayrağımıza sayğısızlıq... - FOTOFAKT
Səfər Mehdiyev yeni olsa da, barəsində təftiş qərarı verilib... - İDDİA
İnam Kərimovu bitirən səbəb: - KTN-na nəzarət digər qurumlara tapşırıldı?
Alimpaşa Məmmədov yeni
Başsız qalan rayonda naqolay işlər... - FOTOFAKT
Peşə təhsilində karusel əməliyyatı - İTTİHAM
Cahangir Əsgərov bütün xarici hava yolları şirkətlərini bir-bir sıradan çıxardı - İTTİHAM
Xətai RİH-də hakimi-mütləq kimdir? - İDDİA
Tikinti şirkətləri iflasın astanasında: - İnşaat şəhərdən kənara köçürüləcək?
Oliqarx deputatların mandatlı son yayı - Kimlər gedəcək?
Vüsal Kərimlini yıxıb-sürüdülər: - 'Axmaq sən və sənin komandandır'
BARIT CƏLLƏYİNƏ BƏNZƏYƏN SAATLI: S. CABBAROV - İ. QULİYEV FİRONLUGU davam edir, daha ciddi,daha kəskin... - Jurnalist ölkə başcılarına müraciət etdi - Şok Video
Göyçayda Qaraməryəm kənd stadionu iş adamı tərəfindən ZƏBT EDİLİB - Vitse-prezident Mehriban xanım Əliyevaya MÜRACİƏT - Video
«    Сентябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏDƏNİYYƏT