Azərbaycanda məmurların falına baxan milyonçu mollanın kəndi – FOTO

  • 4-10-2019, 15:20
  • region
  • Baxılıb26
Azərbaycanda məmurların falına baxan milyonçu mollanın kəndi – FOTO

“Bəxt açmaq duası 2 min, işə düzəlmək 10 min…”

Vəzifəlilərin, tanınmış müğənnilərin yanına getdiyi milyonçu molla Məmmədsəfa indi də Lerikin ən ucqar dağ kəndi Kaqoya çəkilib; “Bir müğənni ona avtomobil bağışlamışdı…”

…Bu kəndə gələn adamı barmaqla göstərirlər. Hamı bilir ki, Lerikin Kaqo kəndinə kim və hansı niyyətlə gələ bilər.

Bunun üçün Astaranın Pensər kəndinin içindən keçirsən, Lerikin bu ucqar dağ kəndinə yol alırsan. Pensər bazarının yanından bir döngə sizi düz Kaqoya qaldırır.

Bazarın qarşısında kimdən kəndin yolunu soruşursan, adamı altdan yuxarı bir süzürlər, bir gözünün içinə diqqətlə baxırlar, üzlərində hiyləli, istehzalı bir təbəssüm yaranır, “Sən də o ağsaqqalın yanına gedirsən” deyə sual edirlər, adam fikirləşir ki, deməli, Kaqoya kənar şəxs yalnız bir məqsədlə gedə bilərmiş – fala baxdırmağa, bəxt açdırmağa, cadü-piti etdirməyə…

Bu şəxs nə Vanqadır, nə Şeyx Nəsrullah, nə də Dərviş Məstəlişah. Onu respublikanın hər yerində tanıyırlar və hər yerindən yanına axışıb gəlirlər.

Ucqar dağ kəndinin əlçatmaz, ünyetməz zirvəsində məskunlaşmış, “Dağın yaşlısı” adlanan molla Məmmədsəfanın hüzuruna bizi aparan səbəb həm adının dillər əzbəri olması, həm məşhurların ona pənah aparması, həm də bu günlərdə yayılan videodur.
Azərbaycanda məmurların falına baxan milyonçu mollanın kəndi – FOTO
Yox-yox, həmin kadrlarda baxıcı Məmmədsəfa görünmür, sadəcə, onun kimi mollalardan biri tanınmış vəzifəli şəxsin (adı ictimaiyyətə məlumdur) otağında “dualı su” səpir və video lentə alınır.

Sözügedən videodan aydın olurdu ki, məmurlar falçılara, öncəgörənlərə, cadügərlərə üz tuturlar, əməl etdirirlər, özlərinə, ən əsası kreslolarına, qazanclarına olan təhlükəni dua ilə sovuşdururlar.

Lerikin ən ucqar kəndlərindən birində oturan Məmmədsəfa da bu qəbildəndir. Vəzifəlilər, nazirlər, nazir müavinləri, müxtəlif postlarda olan məmurlar, habelə, tanınmışlar, sənətçilər, şou-biznes adamları arasında əməllərinə görə ad çıxarıb.

Onun yanına təşrif buyuran məmurlar, müğənnilər, milyonçular, qapısının ağzını gecə-gündüz kəsən yüzlərlə adam olduğu deyilir. Deyilənə görə, molla Məmmədsəfa şəfa verir, bəxt açır, yol bağlayır və ona inanan varlılar qabağına pullar tökürlər.

Odur ki, falçı ağsaqqal bu bölgənin ən imkanlı adamlarından biridir. Elə ona görə əvvəlcə güman etdik ki, Məmmədsəfa Astaranın Şüvi kəndindəki malikanəsindədir.

Çünki onun videokadrlarından biri Şüvidəki evində yayılmışdı. Həm də onun neçə-neçə imarətləri var.

Amma Pensər bazarının qabağında öyrənirik ki, artıq Şüvidən uzaqlaşıb, doğma dağ kəndi Kaqoya yerləşib. Hətta bunu belə izah edirlər ki, Məmmədsəfa gizlənib, onu tapmaq çətin olsun deyə dağın başında məskunlaşıb.

Ona görə Şüvidən ayrılıb Pensərə gəlirik. Burada bazarın qabağına yığışan “Niva” sürücüləri üzərimizə şığıyıdılar.
Azərbaycanda məmurların falına baxan milyonçu mollanın kəndi – FOTO
Onlar deyirlər ki, kənar adamlar dağın başına, Kaqo kəndinə ancaq bir məqsədlə gedirlər – Məmmədsəfanın yanına.

“Niva” şoferlərinin sözlərinə görə, falçının evinə başqa maşınlar qalxa bilməz: “Siz maşını burada qoyun, biz sizi apararıq. Onun evinə gedən yol kələ-kötürdür. Sizin maşın ora qalxa bilməz, yolda qalarsız, maşın pis günə düşər”.

Sürücülərdən biri deyir ki, təxminən 1 saat 45 dəqiqə bu əzablı, enişli-yoxuşlu yol çəkir. Təsəvvür edin ki, Bakıdan Astaraya 2 saat 15 dəqiqəyə çatmışıq, dağ kəndinə isə 2 saata yaxın yolumuz var. Onlar buna görə bizdən 50 manat yol pulu istəyirlər.

Deyirlər ki, Məmmədsəfanın yanına gələnlər üçün bu məbləği vermək heç nədir, guya hamı dərdinə dərman tapır. “Heç onun üçün 100 manat pul deyil. Yanına elə bahalı maşınlarda adamlar gəlir ki…Hələ müğənnilərdən biri ona avtomobil bağışlamışdı. Yəqin dərdinə əlac qılıbmış”deyə, sürücülərdən biri replika verir.

Amma biz Pensər bazarının qarşısındakı bu söhbətlərdən sonra “Niva” sürücüsü ilə razılaşmırıq, 50 manatın baha olduğunu söyləyib, Allaha təvəkkül deyib yola düzəlirik.

Onlar bir daha bizə xəbərdarlıq edirlər, yolun təhlükəsini, maşının yarıyolda qalacağını bildirirlər, “Axırıncı aşırım” filmində Abbasqulu bəygilə “Amandır bəy, ora getməyin” deyilməsi epizodu yadımıza düşür.

Amma israrlıyıq, öz maşınımızla bizi nələrin gözlədiyini bilmədiyimiz halda Kaqo kəndinə, o sirli ahıl kişinin yanına üz tuturuq və…sürücülərin dediyi kimi də olur.

***
Azərbaycanda məmurların falına baxan milyonçu mollanın kəndi – FOTO
İlahi, dəhşətli bir mənzərə: sağ və solumuz sıldırım, səssiz-səmirsizlik, Ağsu aşırımı yanında yalandır, qalxdıqca qalxırıq, getdikcə gedirik, sanki əzəmətli Elbrus dağlarında yerləşən Alamut qalasına, ismaililərin lideri, qalada onillərlə hücrəsinə çəkilmiş mistik Həsən Sabbahın yanına yollanırıq.

Və yol boyu adda-budda insan qarşımıza çıxır, tək-tük maşın göz dəyir, yalnız hər 10 kilometrdə bir “Niva” maşınlarının dayandığını görürük.

Məlum olur ki, onlar taksi şoferləridir, belə desək, Məmmədsəfanın qeyri-rəsmi işçiləri, müştəri daşıyanlarıdırlar.

“Niva” sürənlər yolda qalan olsa, götürüb Kaqoya aparırlar, neyləsinlər, onların da çörəyi bundan çıxır.

Sürücülər deyirlər ki, Məmmədsəfanın fermaları, bahalı maşınları, evləri var: “Səvyan, Pensər, Ərçivan kəndlərində evləri var. Elə bu günlərdə 100 inəyi birdən öldü. Nə qədər fermaları var, neçə çoban saxlayır. Hamısını bu yolla qazanıb. Fala baxdırmağa gələn kimsə qabağına 100 manat atanda gülməyi gəlir”.

Onu da danışırlar ki, molla Məmmədsəfanın ritualları qeyri-adidir: “Qabağındakı adam otuzdurur, dualar oxuyur, əlini sürtür, sonra “Allah! Allah!” qışqırır, qəribə hərəkətlər edir. Amma bu binəva, nadan insanlar bilmirlər ki, onun nazirliklərdən birində adamı var.

Yanına gələn adamın problemini ona tapşırır, məsələni həll edir, fala baxdıran da inanır ki, molla işini dua ilə düzəltdi. Ona görə dönə-dönə minnətdarlıq edir, gətirib 1000-2000 manat verir. Məmmədsəfada duaların qiyməti də müxtəlifdir; ruzi duası 100, bəxt açmaq 2000, işə düzəlmək duası 5000-10000 arası, ərə getmək üçün dua 1000-3000 manatdır.

Onun evinə Bakıdan “Land Crusier”, “Lexsus” maşınlarında gəlirlər. Özünün də bahalı maşınları var. Onsuz da Kaqoya belə maşınlar dırmaşa bilər”.

***

Kənddə öyrənirik ki, 90 yaşlarında olan Məmmədsəfa sovet hökuməti qurulan ilk illərdə qaçıb gizlənməli olub. Deyilənə görə, qarmaqarışıqlıq vaxtı onun qardaşları öldürülüb, özü isə dağlara qaçıb.

Sonra ara sakitləşib, Məmmədsəfa yavaş-yavaş özünü tanıtmağa, vergili insan kimi təqdim etməyə başlayıb.

Mediada yayılan video və yazılı materiallarda isə deyilir ki, sakinlər onun yanına gələn məşhurlardan kimlərin adlarını çəkmir: Elnarə Abdullayeva, Namiq Qaraçuxurlu, Mətanət Əsədovaya kimi…”

Hətta ifaçı Mətanət onunla yayılmış videosundan danışmışdı: “Hə, nə olsun ki, görüntülər yayılıb? O kişinin yanına müalicə üçün getmişəm. Allah köməyi olsun, müalicəsinin xeyrini görmüşəm, qabağında oxudum. Kim nə istəyir yazsın, kim nə istəyir desin. Vəssalam!”

Bizsə bu söhbətlərdən hali olaraq gəlib Kaqoyun girəcəyinə çatırıq. Hə, bax, burda sürücülərin dediklərinə şahid oluruq. Maşınımız daha yuxarı gedə bilməz. Ona görə də kəndə ayaqla qalxmağa hazırlaşırıq.

Amma bu vaxt Kaqoyda xəbər alırıq ki, Məmmədsəfa burada da yoxdur. Nə Şüvidədir, nə Kaqoyda: “Onu Bakıya hansısa vəzifəlinin yanına aparıblar. Düzü, bilmirik həmin şəxs kimdir. Ancaq hər seçkilər vaxtı Məmmədsəfa tez-tez itir. Deyəsən, deputat seçkisi olmalıdır. Yaşlı molla kiməsə mandat duası oxumağa gedib…

Belə bir əhvalat, əziz oxucular…[xfgiven_video][/xfgiven_video][xfgiven_video2][/xfgiven_video2]
Oxşar xəbərlər
DSMF üçün məhkəmə qərarı rol oynamır? - GİLEY
İcra başçısı vətəndaşın 6 sot torpağını mənimsəyib? - GİLEY
Gəncə səhiyyəsində ürəkağrıdan mənzərə - İTTİHAM
Gəncədə öz krallığını qurmaqdadır... - İcra başçısının nəqliyyat maraqları...
YASAMAL RAYONUNUNUN YENI ICRA BAŞÇISININ YENI QANUNSUZLUQLARI-VIDEO
RƏQƏMLƏRİ ŞİŞİRDƏN SALEH MƏMMƏDOV PREZİDENTİN AD GÜNÜNƏ SAXTA HƏDİYYƏ HAZIRLAYIR-VİDEO
Oqtay Şirəliyevin Şəkidə açdığı bazar... - pullu analizlər, firma dərmanları
Keçmiş nazirin şirkəti borclu məcburi köçkünün başına oyun açdı... - İDDİA
Oğuzun bu kəndi ibtidai şərtlərlə yaşayır... - GİLEY
Tac Mahal MTK-nın tikdiyi binada dərə xəlvət, tülkü bəydir - NARAZILIQ...
Keçmiş Bakı merinin adı borc qalmaqalında - İTTİHAM
Sahil Babayevin işçiləri əl-ayağa düşüb... - İLGİNC
Səhiyyə sistemində daha bir biabırçı mənzərə... - Nazirlik görməzdən gəlir...
Oqtay Gülalıyev ikinci dəfə əməliyyat olunur
Azərbaycanda bu telekanal bağlandı
Qubad İbadoğlu: “Bu sistem insanların pensiya almamasına hesablanıb”
Qaraşov və Sultanov məxvi rejimə keçib, Vaqiv Cavadov inciyib- ŞİMAL MEŞƏLƏRİNDƏ EKOLOJİ FƏLAKƏT DAVAM EDİR
Mehriban Əliyeva 650 min ağac əkilməsinə start verib, Qubada isə əksinə- AĞAC SOYQIRIMI GEDİR
İki nazirliyin əlillik “təcrübəsi” - və ya saxtakarlıq necə aşkarlanmalıdır?
Bu şirkət nazir müavininə söykənib... - İTTİHAM
Babəkin icra başçısı da narazılıq yaradır - GİLEY
Saatlıdan Bakıya yalan məlumat ötürülür... -
Bu təhsil ocağında təhsildən başqa hər şey var... - İDDİA
Milli Məclisdəki +70 deputatların siyahısı – Onlar da gedir...
Eldar Quliyevlin təhsil ocaqlarında nə baş verir? – Daha bir müraciət
Bu rayonların İcra başçıları vəzifələrini itirə bilər - SİYAHI
Ramin Quluzadəyə İTTİHAM -
Kabinetini cadu etdirən keçmiş “Azərişıq” sədrinin daha bir “sirli” əməli - Fotofakt, Video
13 saylı Cəzaçəkmə müəssisəsində NƏHS GÜNLƏR... - İTTİHAM
«    Декабрь 2019    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏDƏNİYYƏT