Əkbər Hacıyevin işçiləri narazılıq yaradır... - Mingəçevirdə absurd mənzərə...

  • 25-09-2019, 15:51
  • region
  • Baxılıb13
Əkbər Hacıyevin işçiləri narazılıq yaradır... - Mingəçevirdə absurd mənzərə...

Mingəçevir şəhəri, “Günəşli” yaşayış massivi, 12-ci Bağ küçəsi, 65 ünvanında yaşayan Elgiz Asif oğlu Əhmədov illərdən bəri üzləşdiyi problemlə bağlı DİA.AZ-a müraciət edib. Şikayətçinin sözlərinə görə, qaz xətti çəkilərkən nədənsə onun evi, daha dəqiq evə giriş-çıxış nəzərə alnmayıb. Başqa sözlə, qaz xətti düz vətəndaşın evinin darvazasının ortasından keçir.

E.Əhmədov deyir ki, qaz idarəsi əməkdaşlarının səhlənkarlığı üzündən artıq neçə ildir şəxsi avtomobilini küçədə saxlamaq məcburiyyətindədir: “İnanın, hər gün evdən çölə çıxanda, çöldən evə daxil olanda qaz xəttinin üzərindən idmançılar kimi o üz-bu üzə keçməkdən yorulmuşuq. Evdə qadın var, uşaq var. Bu nəhənglikdə yaşayış massivində bu problemlə üzləşən tək abonent mənəm. Evimizə qonaq-qara gələndə də utanırıq”.
Əkbər Hacıyevin işçiləri narazılıq yaradır... - Mingəçevirdə absurd mənzərə...
E.Əhmədov problemlə əlaədar “Azəriqaz” İB Tərtər Regional Qaz istismar idarəsinin Mingəçevir Xidmət Sahəsində olub. Orada ona Tərtər RQİİ-yə müraciət etməyi məsləhət görüblər: “Bir neçə dəfə Tərtərdə olmuşam. İki idarə arasında uzun-uzadı ötür-ötür oyunundan sonra nəhayət ki, Mingəçevir Xidmət Sahəsindən nümayəndə gəldi. Əraziyə baxış keçirib nəsə ölçüb biçdi. Yekunda dedi ki, dövlətə 300 manat rüsum ödəyəcəksiniz. Bir də lazım olan materiallar – boru-filan alınacağı təqdirdə problemi həll etmək mümkündür”.

E.Əhmədov deyir qısa hesablamadan sonra məlum olub ki, rüsumdan əlavə materiallara ödəyəcəyim məbləğ təxminən 300 manat edəcək: “Sual yaranır: əgər mən dövlətə rüsum ödəyəcəyəmsə, materialları nəyə görə özüm almalıyam? Vətəndaşın evə giriş-çıxışını nəzərə almadan qaz xəttinin bu formada çəkilməsi qaz idarəsi əməkdaşlarının məsuliyyətsizliyidir, abonentin deyil”.

Məsələylə bağlı “Azəriqaz” İB-nə müraciət edən E.Əhmədova qurumun baş direktorunun əsaslı tikinti üzrə müavini Ramil İsgəndərovun imzasıyla 31.05.2019-cu il tarixli məktub daxil olub. Bir surəti Tərtər RQİİ-nin rəisi Azər Musayevə və “Azəriqaz” İB-nin Mexanika və energetika, eləcə də Texniki nəzarət şöbəsinə ünvanlanan məktubda müraciətə baxıldığı, E.Əhmədova məxsus həyətyanı torpaq sahəsinin qarşısından keçən QAZ XƏTTİNİN YERİNİN DƏYİŞDİRİLMƏSİYLƏ (fərqləndirmə bizimdir – A.) bağlı işlərin abonentin öz vəsaiti hesabına həyata keçirilməli olduğu bildirilib. Halbuki E.Əhmədov qurumdan qaz xəttinin yerini dəyişdirilməsini deyil, qaz idarəsi işçilərinin xəttin çəkilişi zamanı yol verdikləri nöqsanın aradan qaldırılmasını – evinə rahat giriş-çıxışın təmin olunmasını xahiş edib.

Tərtər RQİİ Mingəçevir Xidmət sahəsindən əməəkdaşımıza bildirilib ki, qaz xəttinin çəkilişi onların səlahiyyətinə aid olan məsələ deyil: “Bu tip məsələlərdə biz vətəndaşdan, abonentdən müvafiq sənədləri toplayıb regional idarəyə yollayırıq, onlar da öz növbəsində “Azəriqaz” İB-nə göndərir. Mingəçevir Xidmət sahəsi əməkdaşlarının E.Əhmədovdan pul istəməsinə gəlincə, bu, mümkün deyil. Çünki biz qaz xəttinin çəkilişylə məşğul olmuruq”.

“Bəs necə olur ki, qaz xətti çəkilərkən vətəndaşın həyət qapısı nəzərə alınmayıb?” sualına Mingəçevir XS-dən “Ola bilsin ki, qaz xətti çəkilən zaman vətəndaş evdə olmayıb, bu, həmin işi görənlərin günahı deyil” cavabını verdilər. Onu da əlavə etdilər ki, əgər bu gün vətəndaş evinə rahat-giriş çıxışı təmin etmək üçün idarədən köməklik istəyirsə, rəsmi sənədləşmələrdə bu, qaz xəttinin yerinin dəyişdirilməsi (?!) hesab olunur.

Xatırladaq ki, Mingəçevir şəhərinin “Günəşli” yaşayış massivinə qaz xəttinin çəkilişinə 2008-ci ilin ortalarından başlanıb. 2010-cu ilin oktyabrında qaz xəttinin açılışı olub. Açılış mərasimində ölkə başçısı İlham Əliyev və xanımı Mehriban Əliyeva iştirak ediblər.[xfgiven_video][/xfgiven_video][xfgiven_video2][/xfgiven_video2]
Oxşar xəbərlər
GDU-da əmək haqqı böhranı davam edir – MÜRACİƏT
Gəncə təhsilində pulyığma sezonu... - İDDİA
GDU düzəlmir ki, düzəlmir... - İTTİHAM
“300 manat ver, yoxsa bağçada yer yoxdu”
İcra başçısı Prezidentin açılış etdiyi ərazini satıb – Şok iddia
İsmayıl Vəliyev Neftçalada zülm edir... - GİLEY
Ağdamda RİH-nin başçısı idarə müdirlərini borca salıb? - İDDİA
Millətə baha dərman sırıyan monopolist deputat - Feyziyev kimə arxayındır?
MİLLİ MƏCLİSİN İKİNCİ RƏFAELİNİN DƏ HOQQALARI ÜZƏ ÇIXIB - QOHUMUN MALINA ƏL QOYUB
Azərbaycanda məmurların falına baxan milyonçu mollanın kəndi – FOTO
Şəmkirdə təhsili kimlər və necə iflic duruma salıb... - Müraciət...
Arzu Rəhimovu kimlər qoruyur? - İTTİHAM
Binəqədidə şikayətə kimsə baxmır... - GİLEY
POLİS ZABİTİ YELMAR HƏSƏNOVUN SAXTA SAHİBKARLIQ FƏALİYYƏTİ - VİDEO+FOTOLAR
Rəfael Cəbrayılova Milli Məclisdə izahat yazdırdılar - DEPUTATA GÖRƏ PARLAMENT İKİYƏ BÖLÜNÜB
Sahil Babayev və şübhəli çevrəsi... - İTTİHAM
“Reqal“ MTK ali dərəcəli cərrahı necə çilədən çıxarıb... - GİLEY
Əkbər Hacıyevin işçiləri narazılıq yaradır... - Mingəçevirdə absurd mənzərə...
AAK-nın sədri Famil Mustafayevə ünvanlanan 38 sual... - İTTİHAM
“Artıq dərəcədə xahiş edirəm ki, həmin mülki işi öz nəzarətinizə götürün...” - Nazirə müraciət...
Sahil Babayev bu ailəni də sosial yardımsız qoyub... - İşsizdən iş yerindən arayış istəmək nə?..
Asataranın icra başçısı belə şəraitdə yaşayarmı? - GİLEY
Sakinlər
Gədəbəydə niyə səfərbər ola bilmirik... - İTTİHAM
Bakıda içkili qadın yolda yatdı - Əri oyada bilmədi (Video)
“Sevgilisi üçün tikdirdi və…” - Elarizin başı bəlalı evindən fotolar
Universitetlərdən daha bahalı özəl orta məktəblər - 70 min manat civarında illik təhsil haqqı...
Baku Medical Plaza-da dəhşət: nazirlik və rəhbərlik suallardan qaçır - Ölümlə bitən əməliyyat və saxta diplom iddiasi
Azərbaycan səhiyyəsi xəstəni necə dağa-daşa salır... - GİLEY
Bakıda 6,3 milyonluq yolun açılışı oldu – VİDEO
«    Октябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏDƏNİYYƏT