"Anglo Asian Mining" Gədəbəydə narazılıq yaradır... - Müraciət...

  • 6-09-2019, 15:53
  • region
  • Baxılıb13
"Anglo Asian Mining" Gədəbəydə narazılıq yaradır... - Müraciət...

Gədəbəy qızıl yatağı 2003-2005-ci illərdə kəşf edilmişdir. Yatağın qızıl ehtiyatı təxmini hesablamalara görə 22 000 tondur. Yatağın işlənilməsi üçün ilk dəfə 1997-ci ildə Azərbaycanın “Azərqızıl” Dövlət Şirkəti ilə ABŞ-ın “R.V. İnvestment Group Services LLC” şirkəti arasında Gədəbəy, Qoşa, Ordubad qrupu (Piyazbaşı, Ağyurd, Şəkərdərə, Kələki), Söyüdlü, Qızılbulaq və Vecnəli perspektiv qızıl filiz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş imzalanıb. Gədəbəy qızıl-mis layihəsi gəlirdə payı 51 faiz olmaqla Azərbaycan hökuməti ilə birlikdə həyata keçirilir. Payı 49 faiz olan Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkəti layihəyə rəhbərlik edir. Gədəbəy Qızıl Mədəni 400 hektar ərazini əhatə edir və get-gedə genişlənməkdə, istehsal gücünü artırmaqdadır. 49 faiz gəliri xaricilərə verməsək, bütün bunlar yaxşıdır, həm dövlətimizin büdcəsinə xeyirdir, həm də zavodda çalışan yüzlərlə insanın güzəranına. Bundan başqa, “Azerbaijan İnternational Mining Company Limited” şirkəti üzərinə götürdüyü öhdəliyə əsasən Gədəbəyin bir neçə kəndində icma layihələri həyata keçirir. Buraya yaşayış massivlərinə yolun, suyun çəkilməsi və digər sosial layihələr daxildir. Amma qızıl yataqlarının istismarı bir çox insanların mülkiyyət hüquqlarının tapdalanması ilə müşahidə olunur. Bu müstəvidə hüquqpozmalara dair şikayətlər KİV-ə də yol tapır. Şikayətlərdə bildirilir ki, vətəndaşların pay torpaqları, örüş-otlaq sahələri əllərindən alınıb. Məsələn, redaksiyamıza müraciət edən Gədəbəy rayonunun Arıxdam kənd sakini Əsgərov Oruc Bəhrəm oğlu bildirir ki, Yeni Azərbaycan Partiyasının fəal üzvüdür, rəhmətlik Heydər Əliyevi Naxçıvandan Azərbaycana dəvət edən şəxslərdən biridir. Onun sözlərinə görə, Gədəbəy rayonunda ona və onun kimilərə edilən təzyiq, vurulan ziyan heç yerdə yoxdu: » Gədəbəy rayonunda qızıl mədəni işə düşəndən mənə və ailəmə məxsus sahəsi 56 sot olan biçənək sahəmi zəbt ediblər. O vaxtdan bu qızıl mədəninə gəlib-getməkdən cana doymuşam. Bu vəziyyətdə olan bir mən deyiləm, başqaları da var. Nə biçənəyimi qaytarırlar, nə də torpağa düşən kompensasiyanı vermirlər. Kim ki, dilli-dişlidi, kompensasiyanı ala bilib. Qalanlar isə hələ də sürünürlər. Bu məsələlərin həlli üçün məmur edilmiş Məhəmməd Osmanov adlı vəzifəli şəxs məni get-gəldə qoyub. Bildiyiniz kimi, Gədəbəydə əksər əhali maldarlıqla güzəranını təmin edir. Biçənək, örüş olmadan heyvandarlıqdan qazanc əldə etmək olmaz. Mən isə pensiyaya baxan adamam. Odur ki, möhtərəm Prezidentimiz İlham Əliyevdən, hörmətli vitse-prezident Mehriban xanım Əliyevadan çox xahiş edirəm, bu problemimin həllinə köməklik etsinlər, qanunları icra etməyən məmurlar barədə ölçü götürülməsi üçün tapşırıq versinlər». Oruc Əsgərovdan nə qədər kompensasiya umduğunu da soruşduq. Dedi ki, qiyməti torpaq mülkiyyətçiləri deyil, mədən sahibi olan şirkətlər özləri öz preyskurantları üzrə müəyyənləşdiriblər. İnternet üzərindən apardığımız araşdırmalardan çıxan nəticəyə görə, Məhəmməd Osmanov «Anglo Asian Mining” şirkətinin dağ-mədən hasilatı üzrə müşaviri vəzifəsini daşıyır. Anglo Asian Mining” şirkəti Azərbaycanın 6 qızıl yatağının işlənməsi layihəsinin operatorudur. Şirkətin əsas payçısı Rza Vəziriyə məxsus “R.V.İnvestment Group Services, LL USA” şirkətidir. “R.V.İnvestment Group Services LL USA” şirkəti “Gədəbəy” yatağında qızıl hasilatı üzrə layihədə 51%, Azərbaycan tərəfi isə 49% paya sahibdir. 5 il əvvəl Gədəbəy yatağında təqribən 22 ton qızıl, 192 ton gümüş, 37 min ton mis ehtiyatının olduğu güman edilirdi.[xfgiven_video][/xfgiven_video][xfgiven_video2][/xfgiven_video2]
Oxşar xəbərlər
Sahil Babayev bu ailəni də sosial yardımsız qoyub... - İşsizdən iş yerindən arayış istəmək nə?..
Asataranın icra başçısı belə şəraitdə yaşayarmı? - GİLEY
Sakinlər
Gədəbəydə niyə səfərbər ola bilmirik... - İTTİHAM
Bakıda içkili qadın yolda yatdı - Əri oyada bilmədi (Video)
“Sevgilisi üçün tikdirdi və…” - Elarizin başı bəlalı evindən fotolar
Universitetlərdən daha bahalı özəl orta məktəblər - 70 min manat civarında illik təhsil haqqı...
Baku Medical Plaza-da dəhşət: nazirlik və rəhbərlik suallardan qaçır - Ölümlə bitən əməliyyat və saxta diplom iddiasi
Azərbaycan səhiyyəsi xəstəni necə dağa-daşa salır... - GİLEY
Bakıda 6,3 milyonluq yolun açılışı oldu – VİDEO
Rövşən Bağırovun durumu gərgindir - İcra başçısına cinayət işi açıla bilər
Kamal Abdulla məhkəməyə verildi – İşdə nazirin də adı hallanır
Sahibkar çıxılmaz vəziyyətdə Prezidentdən kömək istəyir... - VİDEOGİLEY
Jurnalistləri şantaj edib pul qazanmaq istəyən ,,jurnalist''i tanıyaq
Şakir İmanov dövlət torpağını satışa çıxarıb... - Əhmədzadənin kadrından ÖZBAŞINALIQ
“Bank sektorunda yeni böhran yetişir” - İDDİA
İmişlidə dövlət bayrağımıza sayğısızlıq... - FOTOFAKT
Səfər Mehdiyev yeni olsa da, barəsində təftiş qərarı verilib... - İDDİA
İnam Kərimovu bitirən səbəb: - KTN-na nəzarət digər qurumlara tapşırıldı?
Alimpaşa Məmmədov yeni
Başsız qalan rayonda naqolay işlər... - FOTOFAKT
Peşə təhsilində karusel əməliyyatı - İTTİHAM
Cahangir Əsgərov bütün xarici hava yolları şirkətlərini bir-bir sıradan çıxardı - İTTİHAM
Xətai RİH-də hakimi-mütləq kimdir? - İDDİA
Tikinti şirkətləri iflasın astanasında: - İnşaat şəhərdən kənara köçürüləcək?
Oliqarx deputatların mandatlı son yayı - Kimlər gedəcək?
Vüsal Kərimlini yıxıb-sürüdülər: - 'Axmaq sən və sənin komandandır'
BARIT CƏLLƏYİNƏ BƏNZƏYƏN SAATLI: S. CABBAROV - İ. QULİYEV FİRONLUGU davam edir, daha ciddi,daha kəskin... - Jurnalist ölkə başcılarına müraciət etdi - Şok Video
Göyçayda Qaraməryəm kənd stadionu iş adamı tərəfindən ZƏBT EDİLİB - Vitse-prezident Mehriban xanım Əliyevaya MÜRACİƏT - Video
«    Сентябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏDƏNİYYƏT