Saatlıdan Bakıya yalan məlumat ötürülür... - "Başçı ilə görüşmək istəsəm də, qəbul etmədi"

  • 1-11-2019, 16:06
  • olke
  • Baxılıb9
Saatlıdan Bakıya yalan məlumat ötürülür... - "Başçı ilə görüşmək istəsəm də, qəbul etmədi"

"Sağlamlığım, psixi durumum yerində, əmək fəaliyyəti ilə məşğul olmağım üçün heç bir fiziki, psixi əngəlim yoxdur, normal insanam, illərlə başqa ölkədə işləyib, gətirib balalarımı saxlamışam. Ancaq rayona qayıdandan iş tapa bilmirəm. Məmurlar prezidenti aldadırlar ki, Saatlıda minlərlə iş yeri açılıb, işsiz qalmayıb. Saatlıya gəlsəniz, mən sizi minlərlə işsizlə tanış edərəm, hansı ki, mənim kimi, iş üçün burunlarının ucu göynəyir”.

DİA.AZ bildirir ki, Saatlı rayonu, Saatlı 2 qəsəbəsində yaşayan Kənan Abbasov işsizlikdən gileylənir. İllərlə Rusiyada "Qazel” makralı şəxsi yük maşınıyla yük daşımaqla məşğul olub, ailəsini dolandırıb. Bu ilin iyulunda sənədlərindəki çatışmazlıqlara görə Rusiyadan deport olunub. Rayona qayıdandan vacib məsələ olan işsizliyi hələ də həll edə bilməyib. Bu isə onun ailə durumuna mənfi təsir göstərir.

"Uşaqlardan birinin 8, digərinin 10 yaşı var. Onları məktəbə yaxşı adamların yardımıyla göndərdim. Biri ayaqqabısını aldı, biri paltarını, biri çantasını... Uşaqlar axşamdan necə ac yatırlarsa, səhər yuxudan oyanıb məktəbə ac gedirlər. Vaxtilə Rusiyada qazanıb ailəmi saxlayırdım, indi süfrəyə qoymağa bir parça çörəyim yoxdur. Balaca evi Rusiyada işləyib qazandığım pulla tikdim, ancaq sonradan gəlib burda işsiz qaldım deyə, hər işim kimi, evimin işləri də yarımçıq qaldı. Uşaqlar xəstələnir, dərman almağa pul tapmırıq. İş üçün rayonda müraciət etmədiyim idarə, qurum qalmayıb”, - Kənan Abbasov deyir.

Onun sözlərinə görə, əlindən sürücülük, qaynaq, rəngsaz, suvaq işləri gəlir. Məşğulluq Mərkəzinə və icra hakimiyyətinə iş üçün etdiyi müraciətlərinə müsbət cavab almayanda Bakıya – Prezident Administrasiyasına üz tutub: "Səhv etmirəmsə, oktyabrın 12-si idi, uşaqları da yığıb getdim Bakıya, Prezident Administrasiyasında məni bir xanım qəbul etdi, dedi, bura niyə gəlmisən, burda iş paylamırlar, qayıt rayona, icra hakimiyyətinin başçısına tapşıracağıq, sənə iş verəcəklər. Rayona qayıdan kimi birinci icra hakimiyyətinə getdim, başçı ilə görüşmək istəsəm də, qəbul etmədi. Dedim, məni başçının qəbuluna buraxın, o boyda Prezident Administrasiyası tapşırıb ki, başçı mənə iş versin, niyə yanına buraxmırsız? Güldülər, dedilər, sən yenə Məşğulluq Mərkəzinə müraciət elə, başçıda iş yoxdur”.

Kənan Abbasovun deməsinə görə, iki həftədir ki, Məşğulluq Mərkəzinə müraciət edib. Ona bildirilib ki, əziyyət çəkib mərkəzə gəlməsin, iş olanda özləri zəng vurub məlumat verəcəklər. Kənan Abbasov da iki həftə ərzində zəng gözlədikdən sonra oktyabrın 29-da yenə Məşğulluq Mərkəzinə gedib: "Qapıdan girəndə də soruşurlar, sən yenə gəldin? Sənə dedik axı, otur evdə, uyğun iş olanda zəng vurub xəbər edəcəyik. İş orasındadır ki, hara iş üçün gedirsən, deyirlər, get, otur evdə... Hamı evə yola salır. Başa sala da bilmirsən ki, evdə bir dişlək çörək yoxdur, mən ora əliboş necə qayıdım? İş verin, işləyim, heç olmasa bir qarın çörəyin pulunu qazanım, tifillərim acından ölməsin”.[xfgiven_video][/xfgiven_video][xfgiven_video2][/xfgiven_video2]
Oxşar xəbərlər
Qaraşov və Sultanov məxvi rejimə keçib, Vaqiv Cavadov inciyib- ŞİMAL MEŞƏLƏRİNDƏ EKOLOJİ FƏLAKƏT DAVAM EDİR
Mehriban Əliyeva 650 min ağac əkilməsinə start verib, Qubada isə əksinə- AĞAC SOYQIRIMI GEDİR
İki nazirliyin əlillik “təcrübəsi” - və ya saxtakarlıq necə aşkarlanmalıdır?
Bu şirkət nazir müavininə söykənib... - İTTİHAM
Babəkin icra başçısı da narazılıq yaradır - GİLEY
Saatlıdan Bakıya yalan məlumat ötürülür... -
Bu təhsil ocağında təhsildən başqa hər şey var... - İDDİA
Milli Məclisdəki +70 deputatların siyahısı – Onlar da gedir...
Eldar Quliyevlin təhsil ocaqlarında nə baş verir? – Daha bir müraciət
Bu rayonların İcra başçıları vəzifələrini itirə bilər - SİYAHI
Ramin Quluzadəyə İTTİHAM -
Kabinetini cadu etdirən keçmiş “Azərişıq” sədrinin daha bir “sirli” əməli - Fotofakt, Video
13 saylı Cəzaçəkmə müəssisəsində NƏHS GÜNLƏR... - İTTİHAM
Əhmədzadənin işçisi haqda iddia... - İLGİNC
Adil Vəliyevin yola salınmasına az qalıb... - İDDİA
Arzu Rəhimovun kadrı əsl oliqarxdır... - İDDİA
Əvvəl «qorxulu bir şey yoxdur» deyiblər... - Daha bir həkim naşlığı faciəyə səbəb olub
GDU-da əmək haqqı böhranı davam edir – MÜRACİƏT
Gəncə təhsilində pulyığma sezonu... - İDDİA
GDU düzəlmir ki, düzəlmir... - İTTİHAM
“300 manat ver, yoxsa bağçada yer yoxdu”
İcra başçısı Prezidentin açılış etdiyi ərazini satıb – Şok iddia
İsmayıl Vəliyev Neftçalada zülm edir... - GİLEY
Ağdamda RİH-nin başçısı idarə müdirlərini borca salıb? - İDDİA
Millətə baha dərman sırıyan monopolist deputat - Feyziyev kimə arxayındır?
MİLLİ MƏCLİSİN İKİNCİ RƏFAELİNİN DƏ HOQQALARI ÜZƏ ÇIXIB - QOHUMUN MALINA ƏL QOYUB
Azərbaycanda məmurların falına baxan milyonçu mollanın kəndi – FOTO
Şəmkirdə təhsili kimlər və necə iflic duruma salıb... - Müraciət...
Arzu Rəhimovu kimlər qoruyur? - İTTİHAM
«    Ноябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
252627282930 
MƏDƏNİYYƏT