13 saylı Cəzaçəkmə müəssisəsində NƏHS GÜNLƏR... - İTTİHAM

  • 17-10-2019, 14:55
  • olke
  • Baxılıb14
13 saylı Cəzaçəkmə müəssisəsində NƏHS GÜNLƏR... - İTTİHAM

Son illərdə Penitensiar Xidmət sahəsində aparılan islahatlar nəticəsində bir çox neqativ amillər aradan qaldırılıb. Təəssüflər olsun ki, müxtəlif cəzaçəkmə müəssisələrində baş verən qanunsuzluqlar, özbaşınalıqlar barədə KİV-lərdə məlumatlara rast gəlinir. Bütün bunlar isə bir daha sübut edir ki, bu sahədə hələ də görülməli işlər çoxdur.

Rubrika.az saytının əldə etdiyi məlumata görə, 13 saylı Cəzaçəkmə müəssisəsində saxlanılan məhbuslara əsl fəlakətli "insanlıq dramı" yaşadırlar. Şikayətçi məlumatında müəssisədə baş verən qanunsuzluqlar barədə söhbət açılır,məhbusların ağır həyat şəraitindən şikayətlənilir. Şikayətçi CÇM-nin rəisi Çingiz Yunusovun məhbuslara qarşı sərt cəza tədbirlərindən istifadə etdiyini, işgəncələr verdiyini bildirir.

“Yeni təyin olunmuş rəis Çingiz Yunusov müəssisəyə sanki düşmən kimi gəlib. Məhbuslardan addımbaşı pul tələb olunur. Ən adi ehtiyaclarını ödəmək üçün məhbuslardan pul alırlar. Telefonla danışmaq üçün 15 dəqiqəyə 3 manat pul alırlar."

Şikayətçinin sözlərinə görə məhbuslara ən kiçik səhvinə görə sərt cəzalar tətbiq edilir,şəxsiyyətləri alçaldılır: “Məhkumlara işgəncələr verilir, döyülür. Döydükdən sonra isə Ç.T.X-da çarpayıda bir-birinin üstünə bağlayır, təbii ehtiyaclarını üzərlərinə etmələri tələb edilir. Məhbuslardan siqaret tələb edənləri asaraq döyürlər. Burada məhbuslara əsl soyqırım yaşadılır, alçaldılır, təhqir edilir.”

Şikayət məktubunda həmçinin müəssisənin əməliyyat şöbəsinin kapitanı Şahin adlı şəxsin əməllərindən də söz açılır. “Şahin müəssisədə meydan sulayıb at oynadır. O,məndən öz çarpayımda yatmaq üçün 200 manat pul istədi,mən isə pulumun olmadığını bildirdim. Əvvəlllər yataqxananın təmiri üçün 450 manat vediyimi söylədim, indi isə imkanımın olmadığını dedim. Ancaq Şahin bunlara məhəl qoymadı. Şikayət edəcəyimi deyəndə isə “get kimə istəyirsənsə de,buranın sahibi bizik” deyərək mənə hədə-qorxu gəldi.”

Məhbusun qan donduran sözləri 13 saylı cəzaçəkmə müəssisəsində hökm sürən acınacaqlı durumu göz önündə canlandırır. Yəqin ki, əlaqədar qurumlar deyilənlərə biganə qalmayacaq, vəziyyətə tezliklə müdaxilə edəcəklər.[xfgiven_video][/xfgiven_video][xfgiven_video2][/xfgiven_video2]
Oxşar xəbərlər
Qaraşov və Sultanov məxvi rejimə keçib, Vaqiv Cavadov inciyib- ŞİMAL MEŞƏLƏRİNDƏ EKOLOJİ FƏLAKƏT DAVAM EDİR
Mehriban Əliyeva 650 min ağac əkilməsinə start verib, Qubada isə əksinə- AĞAC SOYQIRIMI GEDİR
İki nazirliyin əlillik “təcrübəsi” - və ya saxtakarlıq necə aşkarlanmalıdır?
Bu şirkət nazir müavininə söykənib... - İTTİHAM
Babəkin icra başçısı da narazılıq yaradır - GİLEY
Saatlıdan Bakıya yalan məlumat ötürülür... -
Bu təhsil ocağında təhsildən başqa hər şey var... - İDDİA
Milli Məclisdəki +70 deputatların siyahısı – Onlar da gedir...
Eldar Quliyevlin təhsil ocaqlarında nə baş verir? – Daha bir müraciət
Bu rayonların İcra başçıları vəzifələrini itirə bilər - SİYAHI
Ramin Quluzadəyə İTTİHAM -
Kabinetini cadu etdirən keçmiş “Azərişıq” sədrinin daha bir “sirli” əməli - Fotofakt, Video
13 saylı Cəzaçəkmə müəssisəsində NƏHS GÜNLƏR... - İTTİHAM
Əhmədzadənin işçisi haqda iddia... - İLGİNC
Adil Vəliyevin yola salınmasına az qalıb... - İDDİA
Arzu Rəhimovun kadrı əsl oliqarxdır... - İDDİA
Əvvəl «qorxulu bir şey yoxdur» deyiblər... - Daha bir həkim naşlığı faciəyə səbəb olub
GDU-da əmək haqqı böhranı davam edir – MÜRACİƏT
Gəncə təhsilində pulyığma sezonu... - İDDİA
GDU düzəlmir ki, düzəlmir... - İTTİHAM
“300 manat ver, yoxsa bağçada yer yoxdu”
İcra başçısı Prezidentin açılış etdiyi ərazini satıb – Şok iddia
İsmayıl Vəliyev Neftçalada zülm edir... - GİLEY
Ağdamda RİH-nin başçısı idarə müdirlərini borca salıb? - İDDİA
Millətə baha dərman sırıyan monopolist deputat - Feyziyev kimə arxayındır?
MİLLİ MƏCLİSİN İKİNCİ RƏFAELİNİN DƏ HOQQALARI ÜZƏ ÇIXIB - QOHUMUN MALINA ƏL QOYUB
Azərbaycanda məmurların falına baxan milyonçu mollanın kəndi – FOTO
Şəmkirdə təhsili kimlər və necə iflic duruma salıb... - Müraciət...
Arzu Rəhimovu kimlər qoruyur? - İTTİHAM
«    Ноябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
252627282930 
MƏDƏNİYYƏT