Peşə təhsilində karusel əməliyyatı - İTTİHAM

  • 30-08-2019, 14:44
  • olke
  • Baxılıb13
Peşə təhsilində karusel əməliyyatı - İTTİHAM

Ölkəmizdə peşə-ixtisas təhsili sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etmək məqsədilə Prezident İlham Əliyevin 2016-cı il 20 aprel tarixli fərmanı ilə Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi yaradıldı. Bu bir daha onu göstərir ki, ölkəmizdə peşə-ixtisas təhsilinə böyük ehtiyac var və bu məsələ ölkə rəhbərliyinin ciddi nəzarətindədir.
Ancaq təəssüf ki, bəzi peşə liseylərinin rəhbərləri dövlətin bu sahəyə qayğısını və ayırdığı vəsaiti öz şəxsi maraqları üçün istifadə edir, hətta qanunsuzluqlara imza atmaqdan çəkinmir, bəzi hallarda cinayətə yol verirlər.
Belə lisey direktorlarından biri də hazırda 12 saylı Bakı Peşə Liseyinə rəhbərlik edən Hüseynov Mətləb Eldar oğludur. Gəlin cənab Mətləb Hüseynovun pedaqoji fəaliyyətinə qısa nəzər salaq. Əvvəllər Bakı Sənaye-Pedoqoji Kollecində çalışan Mətləb Hüseynovun əməlləri barədə kollecin bütün kollektivi məlumatlı idi, hətta bu məsələ hüquq-mühafizə orqanlarında da araşdırılıb.
Belə olan halda o zamankı təhsil naziri Mikayıl Cabbarov 30 oktyabr 2015-ci il tarixdə Mətləb Hüseynovu 9 saylı Bakı Peşə Liseyinə direktor təyin edəndə niyə ondan soruşmadı ki, səni niyə kollecdən uzaqlaşdırıblar, saxta diplomu kim satıb, buna görə kim həbs olunub? Mikayıl Cabbarov onun əməllərindən bəlkə məlumatsız idi? Yaxşı, tutaq ki, Mikayıl Cabbarov "gözünü yumub", "deputat oğlu Samirin xatirinə " Mətləb Hüseyova etimad göstərərək onu 9 saylı liseyə direktor təyin edib. Görək, yeni direktor cənab nazirin və Samirin etimadını necə doğruldub?
Az qala bütün ölkə mediası 9 saylı liseyin direktorunun qanunsuz əməllərindən yazsa da nəticəsi olmayıb. Mediada gedən məlumatlara görə, o, liseyin balansında olan sürüş təlim avtomobilini öz şəxsi işləri üçün qeyri-qanuni istismar edib, istismara tam yararsız digər avtomobilə sürücü işə qəbul edib, sürücü heç vaxt işə gəlməyib, onun maaşı mənimsənilib, işə çıxmayan 3 gözətçidən birinin maaşı mənimsənilib, fəhlə ştatına götürülən şəxsin maaşını kimsə alıb, 15-20 il iş təcrübəsi olanları vəzifədən azad edib və onların yerinə bu sahədən heç bir xəbəri olmayan şəxsləri təyin edib, qanunsuz olduğu halda lazımi iş təcrübəsi və ali təhsili olmayanlara dərs saatı verib və s. Direktorun qanunsuz əməlləri bir deyil, iki deyil, üç deyil...Mətləb Hüseynov 9 saylı liseyə direktor təyin olunan kimi özbaşına qeyri-qanuni komissiya təşkil edib ki, onların da nə məktəbə, nə də ki, nazirliyə heç bir aidiyyəti yoxdur. Və həmin qanunsuz yoxlamaların nəticəsi olaraq qərar qəbul edib və bəzi müəllimlər, istehsalat təlimi ustalarını işindən də uzaqlaşdırıb. Və həmin şəxslərin yerinə qanunsuz olaraq işçilər götürüb. Və bütün bunlardan xəbər tutan Təhsil Nazirliyi, Agentlik və Korrupsiyaya qarşı Mübarizə İdarəsi məsələyə qarışmalı olub. Nəticədə Mətləb Hüseynov 9 saylı Peşə Liseyinin direktoru vəzifəsindən azad edilib. Amma nə faydası ? Vəzifəsini itirən Mətləb Hüseynov ən yaxşı müdafiə hücumdur deyərək, haray-həşir salıb, "mənim 40 limonumu qaytarın", "bu xəmir çox su aparacaq", "açaram haa, tökərəm haa.." deyərək Təhsil Nazirliyinə, Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəhbərliyinə hücuma keçib. Bunu eşidən qurumların rəhbərləri bir neçə ay öncə Mətləb Hüseynovu yenidən başqa bir liseyə - 12 saylı Bakı Peşə Liseyinə direktor təyin etməyə məcbur olublar.
Redaksiyamıza 9 saylı liseydən daxil olan məlumata görə, hazırda 9 saylı liseyə yeni təyin olunan xanım direktor keçmiş həmkarı Mətləb Hüseynovun qanunsuz əməllərini görəndə dəhşətə gəlib və tələb edib ki, 9 saylı liseydə təcili yoxlama aparılsın.Bizə daxil olan digər məlumata görə, Peşə Təhsili üzrə Dövlət Agentliyi hazırda 9 saylı liseydə yoxlama aparır. Mətləb Hüseynovu hansı aqibətin gözlədiyi yaxın günlərdə bəlli olacaq.
Mövzuya qayıdacağıq və adları keçən şəxslərin də mövqelərini dərc etməyə hazırıq. //bizimdovr.az//[xfgiven_video][/xfgiven_video][xfgiven_video2][/xfgiven_video2]
Oxşar xəbərlər
Sahil Babayev bu ailəni də sosial yardımsız qoyub... - İşsizdən iş yerindən arayış istəmək nə?..
Asataranın icra başçısı belə şəraitdə yaşayarmı? - GİLEY
Sakinlər
Gədəbəydə niyə səfərbər ola bilmirik... - İTTİHAM
Bakıda içkili qadın yolda yatdı - Əri oyada bilmədi (Video)
“Sevgilisi üçün tikdirdi və…” - Elarizin başı bəlalı evindən fotolar
Universitetlərdən daha bahalı özəl orta məktəblər - 70 min manat civarında illik təhsil haqqı...
Baku Medical Plaza-da dəhşət: nazirlik və rəhbərlik suallardan qaçır - Ölümlə bitən əməliyyat və saxta diplom iddiasi
Azərbaycan səhiyyəsi xəstəni necə dağa-daşa salır... - GİLEY
Bakıda 6,3 milyonluq yolun açılışı oldu – VİDEO
Rövşən Bağırovun durumu gərgindir - İcra başçısına cinayət işi açıla bilər
Kamal Abdulla məhkəməyə verildi – İşdə nazirin də adı hallanır
Sahibkar çıxılmaz vəziyyətdə Prezidentdən kömək istəyir... - VİDEOGİLEY
Jurnalistləri şantaj edib pul qazanmaq istəyən ,,jurnalist''i tanıyaq
Şakir İmanov dövlət torpağını satışa çıxarıb... - Əhmədzadənin kadrından ÖZBAŞINALIQ
“Bank sektorunda yeni böhran yetişir” - İDDİA
İmişlidə dövlət bayrağımıza sayğısızlıq... - FOTOFAKT
Səfər Mehdiyev yeni olsa da, barəsində təftiş qərarı verilib... - İDDİA
İnam Kərimovu bitirən səbəb: - KTN-na nəzarət digər qurumlara tapşırıldı?
Alimpaşa Məmmədov yeni
Başsız qalan rayonda naqolay işlər... - FOTOFAKT
Peşə təhsilində karusel əməliyyatı - İTTİHAM
Cahangir Əsgərov bütün xarici hava yolları şirkətlərini bir-bir sıradan çıxardı - İTTİHAM
Xətai RİH-də hakimi-mütləq kimdir? - İDDİA
Tikinti şirkətləri iflasın astanasında: - İnşaat şəhərdən kənara köçürüləcək?
Oliqarx deputatların mandatlı son yayı - Kimlər gedəcək?
Vüsal Kərimlini yıxıb-sürüdülər: - 'Axmaq sən və sənin komandandır'
BARIT CƏLLƏYİNƏ BƏNZƏYƏN SAATLI: S. CABBAROV - İ. QULİYEV FİRONLUGU davam edir, daha ciddi,daha kəskin... - Jurnalist ölkə başcılarına müraciət etdi - Şok Video
Göyçayda Qaraməryəm kənd stadionu iş adamı tərəfindən ZƏBT EDİLİB - Vitse-prezident Mehriban xanım Əliyevaya MÜRACİƏT - Video
«    Сентябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏDƏNİYYƏT