“Lukoil”lə bağlı daha bir biabırçı fakt - 20 manatlıq benzin 650 manata başa gəldi

  • 11-07-2018, 12:07
  • olke
  • Baxılıb1204
“Lukoil”lə bağlı daha bir biabırçı fakt - 20 manatlıq benzin 650 manata başa gəldi















Azərbaycanda bəzi, xüsusən regionlarda yerləşən yanacaqdoldurma məntəqələrində benzinin keyfiyyətinin çox aşağı olması və tez-tez fırıldaqları ilə gündəmə gələn "Lukoil”lə bağlı daha bir şikayət var.

BakuPost xəbər verir ki, bu barədə sürücü Mədət Adışov sosial şəbəkədə yazıb. O, Yardımlı və Salyan rayonlarında yanacaq doldurma məntəqəsində vurduğu benzinin avtomobilini sıradan çıxardığını deyib.

Bildirib ki, keyfiyyətsiz 20 manatlıq benzin ona 650 manata və mənəvi ziyana başa gəlib.

"İstirahətdən qayıdarkən Yardımlıdakı yanacaqdoldurma məntəqəsinə yaxınlaşdım. Benzinin keyfiyyətini soruşanda oradakı işçilərdən biri "nə yaxşı, nə də ki, pis deyə bilərəm” deyə cavab verdi.

Benzinim az idi, yolda qalmamaq üçün 20 manatlıq Aİ-92 markalı yanacaq doldurdum. Yol boyu maşın sürət yığmasa da, əlavə problemlər də yaratmadı. Fikirləşirdim ki, Salyana çatarıq, orada yəqin nisbətən daha keyfiyyətli yanacaq olar. Salyanın Qızılağac kəndi ərazisində yanacağın qurtarma ehtimalı olduğunu nəzərə alıb yaxınlıqdakı "Lukoil” yanacaqdoldurma məntəqəsinə döndüm. "Yanacağınız yaxşıdırsa, 20 manatlıq doldurun” dedim. "Keyfiyyətə söz ola bilməz” dedilər. Yanacağı alıb, yola düzəldik. İki-üç kilometrdən sonra maşın "ayağını yerə verdi”. Qaz verdikcə təzyiq aşağı düşür, sönürdü. Bir neçə dəqiqədən sonra yenidən maşını işə salanda yola düşür, iki-üç kilometrdən sonra həmin hadisə yenidən təkrarlanırdı”

M. Adışov 3 saat sonra Ələtdəki "SOCAR” yanacaqdoldurma məntəqəsinə çatıb: "Burada 20 manatlıq "Premium” markalı benzin əlavə etdik ki, bəlkə bizi Bakıya çatdırar. Maşın "öskürə-öskürə” zorla bizi Bakıya çatdırdı. Növbəti gün maşını usta yanına apardım. Yaranan problemləri aradan qaldırmaq mənə 650 manata başa gəldi”.

Sürücü bu hadisə zamanı avtomobildə olan nəvələrinin mənəvi zərər gördüyünü deyib: "Kürsəngi ətrafında 40 dərəcə istidə maşın hər xarab olduqca, nəvələrim həyəcanlanır,"Baba, bəs nə olacaq? Burda qalacağıq? Mən də onları güclə sakitləşdirirdim.

Bu kimi hallarla yəqin ki, gündə yüzlərlə sürücü rastlaşır. Amma şikayətin mənasız olduğunu düşünərək şikayət etmirlər. Bir vaxtlar "biz benzini Avropa standartlarına uyğunlaşdırırıq deyərək qiymətləri qaldırmaq üçün min oyundan çıxan Standartlaşdırma və Metrologiya Komitəsi, Dövlət Neft Şirkəti və digər istehlakçıların hüquqlarının qorunması adı altında qondarma quraşdırılmış təşkilatlar belə hallara nə qədər məsuliyyətsiz yanaşacaqlar?”

Qeyd edək ki, mətbuatda dəfələrlə "Lukoil"lə bağlı şikayətlər dərc olunub. Müxtəlif vaxtlarda edilmiş şikayətlərin əksəriyyətində sözügedən YDM-də sürücülərin aldadıldığı, benzinin daha az vurulduğu bildirilib. Bəzi sürücülər bu yanacaqdoldurma məntəqələrini boykot etməyə səsləyiblər. Bəzilər isə analoji halların bütün yanacaqdoldurma məntəqələrində rast gəlindiyini yazıblar. Çoxluq isə bu fikirdədir ki, sürücülərə qarşı ən çox dələduzluq hallarına məhz "Lukoil” YDM-də rast gəlinir.[xfgiven_video][/xfgiven_video][xfgiven_video2][/xfgiven_video2]
Oxşar xəbərlər
Sahil Babayev bu ailəni də sosial yardımsız qoyub... - İşsizdən iş yerindən arayış istəmək nə?..
Asataranın icra başçısı belə şəraitdə yaşayarmı? - GİLEY
Sakinlər
Gədəbəydə niyə səfərbər ola bilmirik... - İTTİHAM
Bakıda içkili qadın yolda yatdı - Əri oyada bilmədi (Video)
“Sevgilisi üçün tikdirdi və…” - Elarizin başı bəlalı evindən fotolar
Universitetlərdən daha bahalı özəl orta məktəblər - 70 min manat civarında illik təhsil haqqı...
Baku Medical Plaza-da dəhşət: nazirlik və rəhbərlik suallardan qaçır - Ölümlə bitən əməliyyat və saxta diplom iddiasi
Azərbaycan səhiyyəsi xəstəni necə dağa-daşa salır... - GİLEY
Bakıda 6,3 milyonluq yolun açılışı oldu – VİDEO
Rövşən Bağırovun durumu gərgindir - İcra başçısına cinayət işi açıla bilər
Kamal Abdulla məhkəməyə verildi – İşdə nazirin də adı hallanır
Sahibkar çıxılmaz vəziyyətdə Prezidentdən kömək istəyir... - VİDEOGİLEY
Jurnalistləri şantaj edib pul qazanmaq istəyən ,,jurnalist''i tanıyaq
Şakir İmanov dövlət torpağını satışa çıxarıb... - Əhmədzadənin kadrından ÖZBAŞINALIQ
“Bank sektorunda yeni böhran yetişir” - İDDİA
İmişlidə dövlət bayrağımıza sayğısızlıq... - FOTOFAKT
Səfər Mehdiyev yeni olsa da, barəsində təftiş qərarı verilib... - İDDİA
İnam Kərimovu bitirən səbəb: - KTN-na nəzarət digər qurumlara tapşırıldı?
Alimpaşa Məmmədov yeni
Başsız qalan rayonda naqolay işlər... - FOTOFAKT
Peşə təhsilində karusel əməliyyatı - İTTİHAM
Cahangir Əsgərov bütün xarici hava yolları şirkətlərini bir-bir sıradan çıxardı - İTTİHAM
Xətai RİH-də hakimi-mütləq kimdir? - İDDİA
Tikinti şirkətləri iflasın astanasında: - İnşaat şəhərdən kənara köçürüləcək?
Oliqarx deputatların mandatlı son yayı - Kimlər gedəcək?
Vüsal Kərimlini yıxıb-sürüdülər: - 'Axmaq sən və sənin komandandır'
BARIT CƏLLƏYİNƏ BƏNZƏYƏN SAATLI: S. CABBAROV - İ. QULİYEV FİRONLUGU davam edir, daha ciddi,daha kəskin... - Jurnalist ölkə başcılarına müraciət etdi - Şok Video
Göyçayda Qaraməryəm kənd stadionu iş adamı tərəfindən ZƏBT EDİLİB - Vitse-prezident Mehriban xanım Əliyevaya MÜRACİƏT - Video
«    Сентябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏDƏNİYYƏT