Главная > gundem, olke > Cəlilabadda xəstələr qan ağlayır, baş həkim “Land Cruser”də gəzir - Video

Cəlilabadda xəstələr qan ağlayır, baş həkim “Land Cruser”də gəzir - Video


19-06-2019, 14:39. Разместил: vasif
Cəlilabadda xəstələr qan ağlayır, baş həkim “Land Cruser”də gəzir - Video













Bu günlərdə “Facebook”un cənub bölgəsi seqmetində maraqlı bir replika yayılmışdı

Cahan.info-nun məlumatına görə, “Cəlilabadımız” səhifəsində sual edilirdi ki, yoxlama gələrsə, baş həkim İlham Əliyev “Land Cruser”, Eldar həkim “Lexus 470” model avtomobilləri hansı pulla aldıqlarını necə izah edəcəklər.

Səhifəni idarə edən adminlər yanlışa yol veriblər, çünki Səhiyyə Nazirliyindən nə belə bir yoxlama gəlir, nə Maliyyə Nazirliyindən bu cür sorğu-sual olunma var. İndi sovet dövrü deyil, məmur deklorasiya vermir, hansı yolla villa, maşın aldığının hesabatını vermək məcburiyyətində deyil.

Çünki Cəlilabadın baş həkimi İ.Əliyev və Eldar doktor dövlətdən aldıqları maaşla dolanan halal adamlardır. Onlar heç vaxt xəstədən pul almazlar, qəpik-qəpik yığıb “Land Cruser”, “Lexus 470” kimi maşınlar alıb sürürlər.

Sadəcə, görünür kimlərsə onlara şər atıb ki, baş həkim Cəlilabad xəstəxanasında bazar açıb. Bizə inandırıcı gəlmədi. Bəs, mətbuatdakı faktlar nə deyir?

Media bizdən fərqli olaraq, yazır ki, bir tərəfdə pulsuz xəstələrə baxılmır, digər tərəfdə pulu olan xəstəni soğan qabığı kimi soyurlar, o yandan hərbi xidmət, pensiya ilə bağlı tibbi arayışlar bazarı açılıb, bu da azmış kimi, baş həkim tender şirkətlərinin əli ilə külli miqdarda vəsaitləri külə döndərib.

101.az yazmışdı ki, Cəlilabad Mərkəzi Rayon Xəstəxanasının baş həkim müavini Məmmədov Valeh Vədud oğluvətəndaşlarla kobud rəftar edir, tutduğu vəzifədən sui-istifadə edir.

Reportyor.info-nun araşdırmaları zamanı əvvəlcə məlum olub ki, Cəlilabad RMX-da tüğyan edən əsas rüşvətxorluq saxta əlillik dərəcələrinin təyin olunması ilə bağlıdır.

Baş həkim İ.Əliyevin öz “Tarif Şurası” var və qiymətləri istədiyi şəkildə müəyyənləşdirib. Guya bəhanə edir ki, aldığı pulların bir qismi nazirliklərə gedir.




Sakinlərin verdiyi xəbərə görə, baş həkimin xəstəlik pensiyası almaq istəyənlər üçün təyin etdiyi məbləğlər 3000-5000 manat civarında dəyişir.

Belə ki, 1-ci qrup üçün 5000, 2-ci qrup 4000, 3-cü qrup isə əlillik qiyməti 3000 manatdır. İ.Əliyevin rəhbərliyi altında xeyli sayda insana rüşvət müqabilində əlillik arayışı verildiyi bildirilir.

Bir müddət əvvəl Qarabağ döyüşçüsü olmuş Çingiz Təhməzov da “Kanal 24”-ə video müsahibəsində təsdiqləmişdi ki, Cəlilabadda həkimlər pensiya üçün rüşvət istəyirlər.

Rayon sakini Əliqismət Qasımov isə bolgetv-yə baş həkim İlham Əliyevin ondan pul istədiyini söyləmişdi. İlham Əliyevin baş həkim olduğu Cəlilabad RMX-da özbaşınalıq, dərəbəylikdir, xəstəya baxan yoxdur, ambulans istəyən xəstə yaxınına isə deyilir ki, təcili tibbi yardım maşını fəhlələri sahəyə aparıb(?).

Nə gözəl xəstəxanadır, ambulans tarlaya işləyir, halı pisləşənə yox! Baş həkimi tələb edən xəstə yaxınını isə yalnız sakitləşdirməyə çalışırlar.

Süjetdə bildirilir ki, xəstəxananın reanimasiya şöbəsinin girişinə lövhə belə vurulmayıb ki, vətəndaş hansı şöbəyə gəldiyini bilsin.

Hələ biz doğum şöbəsində nələr baş verdiyini demirik. Kadrlarla tanış olanda şahid olacaqsınız ki, doğum şöbəsinin baş həkimi oranı necə bazara çevirib. Hətta işçilərdən biri burda hamının bir-birini dolandırdığını, rüşvət alındığını etiraf edir.

Cəlilabad RMX-da özbaşınalığın, açıq bazarın ən dəhşətlisi və kulminasiya nöqtəsi isə baş həkimin aprel döyüşçüsündən haqq istəməsidir.

Biz sadəcə video görüntüləri tək-tək, faktlarla təqdim edirik ki, oxucular deyilənlərə özləri şahid olsunlar, hər hansı fantaziyadan, uydurmadan söhbət getmədiyini görsünlər.

Reportyor.info bu il Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında görüləcək işlər üçün hansı MMC-lərə nə qədər vəsait ayrılmasının siyahısının bir hissəsini təqdim etmişdi:

Belə ki, sosial mədəni və məişət təyinatlı obyektlərin əsaslı təmiri işlərinə “İnşaat-31” MMC-yə 53927.00
Cəlilabad Rayon Mərkəzi Xəstəxanası Cənub Tibbi Təchizat MMC Avadanlıqlar 76424.00
Cəlilabad Rayon Mərkəzi Xəstəxanası Miraj Mebel MMC İnventarlar 73725.00
Cəlilabad Rayon Mərkəzi Xəstəxanası Sey.A MMC Dəftərxana və təsərrüfat malları 62261.00
Cəlilabad Rayon Mərkəzi Xəstəxanası İnşaat-31 MMC Cari təmir işləri 40705.00
Cəlilabad Rayon Mərkəzi Xəstəxanası Xəzər FD MMC Digər maşın və avadanlıqlar 37147.00
Cəlilabad Rayon Mərkəzi XəstəxanasıXəzər FD MMC Yumşaq inventarlar 41428.00
Cəlilabad Rayon Mərkəzi Xəstəxanası NFİ MMC Digər nəqliyyat xidmətləri 9050.00
Cəlilabad Rayon Mərkəzi Xəstəxanası F/Ş: Abbasov Musa Şahin oğlu İdarənin digər xərcləri üzrə 32251.00
Cəlilabad Rayon Mərkəzi Xəstəxanası NFİ MMC Mətbəə blankları 6540.00
Cəlilabad Rayon Mərkəzi Xəstəxanası Sözün İşığı MMC Ciddi uçot blankları və kitablar 4488.00
Cəlilabad Rayon Mərkəzi Xəstəxanası Azmedstat MMC Tibbi forma və jurnallar 6480.00
Вернуться назад