İcra başçısına söykənən özbaşınalıq... - Göygöldə

İcra başçısına söykənən özbaşınalıq... - Göygöldə

















Bu gün Göygöl rayonunda 50 ümumtəhsil məktəbi, o cümlədən 39 tam, 10 ümumi orta, 1 ibtidai məktəb və 4 məktəbdənkənar tədris müəssisəsi fəaliyyət göstərir. Lakin onların böyük əksəriyyətində ciddi problemlər yaşanmaqdadır. Bu və digər önəmli məqamlarla bağlı əldə etdiyi bilgiləri Gundelik-Baku.com-la bölüşən məlumatlı şəxsin sözlərinə görə, hazırda Göygöl rayon təhsili Elbrus Yaqub oğlu Atayevin idarəçiliyi altında öz tənəzzül dövrünü yaşayır. Belə ki, adıçəkilən rayonda təhsil sistemi və ümumilikdə, təhsilin vəziyyətinin ürəkaçan olmadığını iddia edən mənbənin sözlərinə görə, bu gün Göygöl məktəblərində tədrisdən əsər-əlamət qalmayıb, şagirdlərin dərsə davamiyyəti isə aşağı səviyyədədir: «Deyilənlərə görə, məhz Göygöl Rayon Təhsil Şöbəsinin müdiri Elbrus Atayevin nöqsanlı fəaliyyəti nəticəsində rayonun təhsili son dərəcə ağır duruma düşüb və problemlər girdabında boğulmaq üzrədir. Bildirilir ki, Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidova arxalanan Elbrus Atayev təhsil şöbəsində öz «qayda»larını tətbiq edir və bu yolla külli miqdarda gəlir əldə edir. Ümumiyyətlə, rayonun orta məktəblərindəki attestat alveri ilə külli miqdarda pulun toplanıldığına dair söyləntilər də mövcuddur. Onu da nəzərinizə çatdırım ki, Elbrus Atayev Göygöl Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsinə keçdikdən sonra əsas diqqətini şəxsi maraqlarının təmin olunmasına yönəldib. Bu səbəbdən də rayondakı orta məktəblərin direktorları hər ay təhsil şöbəsinin müdirinin qəbulunda olur və «ənənəvi məsələ»ni yoluna qoyduqdan sonra geri qayıdırlar. Göygöl sakinləri də təsdiqləyə bilərlər ki, hazırda rayonda məktəbli formasından tutmuş, gündəliyə qədər hər şey satdırılır. Təbii ki, bu da əhalinin ciddi narazılığına səbəb olur. Lakin buna əhəmiyyət verən yoxdur. Məsələnin maraqlı tərəfi isə ondadır ki, rayon icra hakimiyyəti nədənsə bu cür önəmli məsələləri görməzdən gəlir». Hazırda Göygöl rayonundakı əksər məktəblərdə əsl bazar ab-havasının hökm sürdüyünü vurğulayan məlumatlı şəxs bildirir ki, rayonda fəaliyyət göstərən əksər təhsil ocaqlarında yeni təyinat almış gənc müəllimlərin böyük əkəsriyyəti özəl məktəblərin məzunlarıdır: «Deyilənlərə görə, Elbrus Atayev Göygöl Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsinə gəldikdən sonra rayonun məktəblərində fakültativ məşğələ və digər dərsdən kənar təlim formaları demək olar ki, tədris olunmur. Yeri gəlmişkən, qeyd edim ki, deyilənlərə görə, yaxın vaxtlarda ölkənin hüquq-mühafizə orqanları Göygöl Rayon Təhsil Şöbəsində ciddi yoxlamalara başlayacaq. Çünki dövlət büdcəsindən Göygöl Rayon Təhsil Şöbəsinə ayrılan vəsaitlərin xərclənməsində bir sıra nöqsanlar mövcuddur. Belə ki, təhsil xərclərinin proqnoz layihələri əmək haqqı və əmək haqqına üstəlik xərc maddələri üzrə müvafiq iqtisadi əsaslandırma aparılmayıb. Eyni zamanda, xərc smetaları üzrə nəzərdə tutulmuş vəsaitlərdən istifadə edilməyib, bir sıra xərc maddələri üzrə icra faizi aşağı olub, təyinatdan kənar vəsait xərc edilib. Ehtimal olunur ki, araşdırmalar zamanı digər bir sıra qanun pozuntularının, o cümlədən Göygöl Rayon Təhsil Şöbəsinin müdiri Elbrus Atayevin yol verdiyi neqativ halların üstü açıla bilər». Məsələ ilə bağlı qarşı tərəfin də fikirlərini dərc etməyə hazırıq. [xfgiven_video][/xfgiven_video][xfgiven_video2][/xfgiven_video2]
Oxşar xəbərlər
DSMF üçün məhkəmə qərarı rol oynamır? - GİLEY
İcra başçısı vətəndaşın 6 sot torpağını mənimsəyib? - GİLEY
Gəncə səhiyyəsində ürəkağrıdan mənzərə - İTTİHAM
Gəncədə öz krallığını qurmaqdadır... - İcra başçısının nəqliyyat maraqları...
YASAMAL RAYONUNUNUN YENI ICRA BAŞÇISININ YENI QANUNSUZLUQLARI-VIDEO
RƏQƏMLƏRİ ŞİŞİRDƏN SALEH MƏMMƏDOV PREZİDENTİN AD GÜNÜNƏ SAXTA HƏDİYYƏ HAZIRLAYIR-VİDEO
Oqtay Şirəliyevin Şəkidə açdığı bazar... - pullu analizlər, firma dərmanları
Keçmiş nazirin şirkəti borclu məcburi köçkünün başına oyun açdı... - İDDİA
Oğuzun bu kəndi ibtidai şərtlərlə yaşayır... - GİLEY
Tac Mahal MTK-nın tikdiyi binada dərə xəlvət, tülkü bəydir - NARAZILIQ...
Keçmiş Bakı merinin adı borc qalmaqalında - İTTİHAM
Sahil Babayevin işçiləri əl-ayağa düşüb... - İLGİNC
Səhiyyə sistemində daha bir biabırçı mənzərə... - Nazirlik görməzdən gəlir...
Oqtay Gülalıyev ikinci dəfə əməliyyat olunur
Azərbaycanda bu telekanal bağlandı
Qubad İbadoğlu: “Bu sistem insanların pensiya almamasına hesablanıb”
Qaraşov və Sultanov məxvi rejimə keçib, Vaqiv Cavadov inciyib- ŞİMAL MEŞƏLƏRİNDƏ EKOLOJİ FƏLAKƏT DAVAM EDİR
Mehriban Əliyeva 650 min ağac əkilməsinə start verib, Qubada isə əksinə- AĞAC SOYQIRIMI GEDİR
İki nazirliyin əlillik “təcrübəsi” - və ya saxtakarlıq necə aşkarlanmalıdır?
Bu şirkət nazir müavininə söykənib... - İTTİHAM
Babəkin icra başçısı da narazılıq yaradır - GİLEY
Saatlıdan Bakıya yalan məlumat ötürülür... -
Bu təhsil ocağında təhsildən başqa hər şey var... - İDDİA
Milli Məclisdəki +70 deputatların siyahısı – Onlar da gedir...
Eldar Quliyevlin təhsil ocaqlarında nə baş verir? – Daha bir müraciət
Bu rayonların İcra başçıları vəzifələrini itirə bilər - SİYAHI
Ramin Quluzadəyə İTTİHAM -
Kabinetini cadu etdirən keçmiş “Azərişıq” sədrinin daha bir “sirli” əməli - Fotofakt, Video
13 saylı Cəzaçəkmə müəssisəsində NƏHS GÜNLƏR... - İTTİHAM
«    Декабрь 2019    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏDƏNİYYƏT