Goranboy Təıhsili- 200 min manatlıq təyinatın sirri - ÖZƏL

Goranboy Təıhsili- 200 min manatlıq təyinatın sirri - ÖZƏL



















Məlum olduğu kimi, təhsil ölkəmizdə prioritet sahələrdən biridir. Bu sahənin inkişafına cənab prezident İlham Əliyev daim diqqət və qayğı göstərir. İnkişaf etmiş dövlətin qurulması üçün əsas amilin yüksək təhsil səviyyəsinin olmasını hesab edən ölkə başçısı tərəfindən Azərbaycan təhsilində son 10 ildə sistemli islahatlar aparılıb və bu gün də təhsilimizi Avropa standartlarına yüksəldən həmin islahatlar davam etdirilir. Bunun nəticəsində son illər ərzində respublikamızda təhsilin inkişafı istiqamətində mühüm nailiyyətlər əldə edilib. Həyata keçirilən dövlət proqramları çərçivəsində ölkənin bütün regionlarında ümumi təhsilin infrastrukturu əhəmiyyətli şəkildə yeniləşdirilib, 1 milyondan artıq şagirdin təlim şəraiti yaxşılaşdırılıb.

Həbs

Bütün bunlara baxmayaraq, bəzi bölgələrimizdə təhsil sahəsində axsamalar mövcuddur. Həmin rayonlardan biri də Goranboydur. Xatırlatmaq lazımdır ki, 2009-cu ildə Baş Prokurorluq Goranboy Rayon Təhsil Şöbəsi (RTŞ) və orta məktəblərin vəzifəli şəxslərinin korrupsiya cinayəti ilə bağlı rəsmi məlumat yayıb. Məlumata əsasən Baş Prokurorluğa daxil olmuş müraciət əsasında Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində aparılan araşdırma nəticəsində bir qrup Goranboy rayon sakininin orta məktəblərin XI sinif şagirdlərindən buraxılış imtahanları və attestat almaları üçün rüşvət yığılması faktı aşkar olunub. Rayon təhsil şöbəsi və orta məktəblərin vəzifəli şəxsləri tərəfindən vətəndaşlardan kütləvi şəkildə rüşvət yığılmasına dair kifayət qədər sübutlar müəyyən edildiyindən həmin material üzrə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 311.1-ci (rüşvət alma, passiv rüşvətxorluq) maddələrinin əlamətləri ilə cinayət işi başlanıb.

İstintaqla müəyyən edilib ki, Goranboy Rayon Təhsil Şöbəsinin sabiq müdiri Elmar Əliyev korrupsiya şəbəkəsi yaradaraq şöbənin metodiki kabinetinin müdiri Faiq Dosiyev və bir sıra məktəb direktorları ilə qabaqcadan əlbir olmaqla cinayət əlaqəsinə girərək Goranboyun 52 orta məktəbinin və Kəlbəcərin müvəqqəti olaraq bu rayonun ərazisində məskunlaşmış 11 orta məktəb direktorunu cinayətkar niyyətlərinin həyata keçirilməsinə cəlb edib. O, həmin məktəblərin XI sinif şagirdlərindən mərkəzləşdirilmiş qaydada keçirilməsi nəzərdə tutulan test imtahanlarında yüksək bal və attestat verilməsi müqabilində pul yığılmasını təşkil edərək külli miqdarda rüşvət alıb. Təqsirləndirilən şəxslər E.Əliyev, Cəmaləddin Nəsibov, İlqar Əliyev barəsində həbs-qətimkan tədbiri, Faiq Dosiyev, Rövşən Abbasov və Xasay Qasımov barəsində isə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Bəxtsiz rayon

Rayon sakinləri sözügedən şəxslərin qanunsuz əməllərinin üstünün açılmasını müsbət qarşıladılar. Onlar ümid etdilər ki, şöbəyə yeni müdir təyin ediləcək şəxs qanuni şəkildə işləyəcək və öz mənafeyini güdməyəcək. Lakin zaman göstərdi ki, Goranboy Rayon Təhsil Şöbəsində neqativ hadisələr bu tezliklə aradan qalxan deyil. Təhsil şöbəsinin yeni müdiri Anar Mayılov bu sahədə keçirilən islahatlara, nazir Mikayıl Cabbarovun təhsildə korrupsiya və rüşvətin kökünü kəsmək məqsədilə atdığı addımlara məhəl qoymur, özünə məxsus şəkildə fəaliyyətini davam etdirirdi. Bu şəxsin də rəhbərliyi altında rayonun təhsilində heç bir nailiyyət əldə olunmadı. Məsələn, ali məktəblərə keçirilən sonuncu qəbul imtahanında goranboylu abituriyentlər elə də yüksək nəticə göstərmədilər.

Nəticədə Anar Mayılovu Səxavət Məmmədov əvəzlədi.

Vəziyyət isə yenə dəyişmədi, hətta psləşdi.Səxavət Məmmədov bir vaxtlar rayonda Qaraçinar kənd məktəbinin direktoru, sonra icra hakimiyyətində şöbə müdiri işləmişdi. Azerinfo.az-a verilən məlumata görə onin diplomu belə yoxdur. Var, amma saxtadır. 2003-cü ildə Gürcüstanda özəl institutların birindən pulla alınıb. Onun təhsil şöbəsinə müdiri keçməyi də qalmaqallı olub. Direktor işləyərkən İH-də çalışan diğər şöbə müdiri Sayad Quliyevlə dostlaşıb. S. Quliyev ona 200 min qarşılığında təhsil şöbəsinə müdir keçməyə kömək edəcəyinə söz verir. Pulu alır. İcra hakimiyyətindən Təhsil Nazirliyinə təqdimat yazılır. Lakin Mikayıl Cabbarov təsdiqləmir. İki dost arasında 200 minə görə qalmaqal düşür. S. Quliyev məktəb direktorlarına hədə gələrək hərəsindən 5 min alaraq pulu qaytarır.

Sonradan hansı yollasa Səxavət Məmmədov Goranboy TŞ-nə təyinat alır nəhayət . Və bununla rayondakı məktəb direktorları yeni problemlə üzləşir. 10 ildən artıq işləyənlərin hamısı total şəkildə yoxlanılır. Özü kimi saxta diplomla işləyən direktorların hamısı vəzifədə qalmaq üçün müdirə haqq verməli olur.

Hazırda rayonda fəaliyyət göstərən orta məktəblərdə şagirdlərə normal təhsil verilmir. Aşağı sinif şagirdlərinin dərsə davamiyyəti qənaətbəxş olsa da, yuxarı sinifdə oxuyanlar üçün bunu demək çətindir. 9, 10 və 11-ci sinif şagirdləri dərsə intizamsız gəlirlər. Onların bir hissəsi repetitor yanında ali məktəblərə hazırlaşırlar. Müəllimlərin bir çoxu bundan istifadə edib tədris prosesinə soyuq münasibət göstərirdi. Rayonda təhsilin inkişafdan qalmasının digər səbəbi məktəblərdə yersiz yığımlardır. Nazir Mikayıl Cabbarov bütün direktor və müəllimlərə şagirdlərdən müxtəlif adlarla pul yığmağı qadağan edib. rəğmən, Goranboydakı məktəblərdə direktorlar başqa-başqa bəhanələr gətirməklə şagirdlərdən nəysə umurlar. Sözsüz ki, bu amillər təhsilin inkişafına birbaşa mənfi təsir göstərir".

Məlumatlı mənbənin dediyinə görə, son illər Goranboyda büdcə vəsaitləri hesabına neçə-neçə məktəb əsaslı şəkildə təmir edilib, bəziləri yenidən tikilib: "Yəni dövlət rayonda təhsilin inkişaf etməsində maraqlıdır. Təhsil şöbəsinin müdiri isə hər vasitə ilə bu inkişafın qarşısını almağa çalışır. Deyirlər ki, o direktorlarla bəzi işlər törədir və nəticədə dövlətin büdcəsinə böyük miqdarda ziyan dəyir. Bəzi direktorlar rəhbəri olduqları məktəblərdə dərs saatının artıq yazılmasından ötrü şöbə rəhbərinə "təşəkkür" edirlər. Bunun nəticəsində şöbə müdiri həmin məktəblərdə çalışan bəzi müəllimlərə əlavə dərs saatı yazır. Bundan başqa, rayonun bir neçə məktəbində heç nəyə lazım olmayan texniki ştatlar açılıb. Təhsil şöbəsinin müdiri hansısa maraqların qarşılığında həmin ştatlara işçi qəbul edir. Onun fəaliyyətindəki nöqsanları sadalamaqla bitən deyil.[xfgiven_video][/xfgiven_video][xfgiven_video2][/xfgiven_video2]
Oxşar xəbərlər
DSMF üçün məhkəmə qərarı rol oynamır? - GİLEY
İcra başçısı vətəndaşın 6 sot torpağını mənimsəyib? - GİLEY
Gəncə səhiyyəsində ürəkağrıdan mənzərə - İTTİHAM
Gəncədə öz krallığını qurmaqdadır... - İcra başçısının nəqliyyat maraqları...
YASAMAL RAYONUNUNUN YENI ICRA BAŞÇISININ YENI QANUNSUZLUQLARI-VIDEO
RƏQƏMLƏRİ ŞİŞİRDƏN SALEH MƏMMƏDOV PREZİDENTİN AD GÜNÜNƏ SAXTA HƏDİYYƏ HAZIRLAYIR-VİDEO
Oqtay Şirəliyevin Şəkidə açdığı bazar... - pullu analizlər, firma dərmanları
Keçmiş nazirin şirkəti borclu məcburi köçkünün başına oyun açdı... - İDDİA
Oğuzun bu kəndi ibtidai şərtlərlə yaşayır... - GİLEY
Tac Mahal MTK-nın tikdiyi binada dərə xəlvət, tülkü bəydir - NARAZILIQ...
Keçmiş Bakı merinin adı borc qalmaqalında - İTTİHAM
Sahil Babayevin işçiləri əl-ayağa düşüb... - İLGİNC
Səhiyyə sistemində daha bir biabırçı mənzərə... - Nazirlik görməzdən gəlir...
Oqtay Gülalıyev ikinci dəfə əməliyyat olunur
Azərbaycanda bu telekanal bağlandı
Qubad İbadoğlu: “Bu sistem insanların pensiya almamasına hesablanıb”
Qaraşov və Sultanov məxvi rejimə keçib, Vaqiv Cavadov inciyib- ŞİMAL MEŞƏLƏRİNDƏ EKOLOJİ FƏLAKƏT DAVAM EDİR
Mehriban Əliyeva 650 min ağac əkilməsinə start verib, Qubada isə əksinə- AĞAC SOYQIRIMI GEDİR
İki nazirliyin əlillik “təcrübəsi” - və ya saxtakarlıq necə aşkarlanmalıdır?
Bu şirkət nazir müavininə söykənib... - İTTİHAM
Babəkin icra başçısı da narazılıq yaradır - GİLEY
Saatlıdan Bakıya yalan məlumat ötürülür... -
Bu təhsil ocağında təhsildən başqa hər şey var... - İDDİA
Milli Məclisdəki +70 deputatların siyahısı – Onlar da gedir...
Eldar Quliyevlin təhsil ocaqlarında nə baş verir? – Daha bir müraciət
Bu rayonların İcra başçıları vəzifələrini itirə bilər - SİYAHI
Ramin Quluzadəyə İTTİHAM -
Kabinetini cadu etdirən keçmiş “Azərişıq” sədrinin daha bir “sirli” əməli - Fotofakt, Video
13 saylı Cəzaçəkmə müəssisəsində NƏHS GÜNLƏR... - İTTİHAM
«    Декабрь 2019    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏDƏNİYYƏT