Oğuzun bu kəndi ibtidai şərtlərlə yaşayır... - GİLEY

Oğuzun bu kəndi ibtidai şərtlərlə yaşayır... - GİLEY


“Şaxtadır, soyuqdan donan kim, xəstəliyə tutulan kim… Hansı qapını açsanız, sobaya atmağa bir parça odunu yoxdur”. DİA.AZ-ın məlumatına görə, Oğuzun Xalxalqışlaq kəndinin sakinləri danışırlar ki, illərdir kənddə nə qaz, nə də su var: “Rayonda həm Xalxal, həm də Xalxalqışlaq kəndi var. Xalxalda bir iri hovuz düzəltdilər, dağdan axıb gələn sudan çəkdilər. Adamlar həmin hovuzdan su götürür, susuzluq aradan qalxıb. Bu biri qonşu kəndin – Ərmənətin də su problemi həll olunub. Ancaq bizim kəndə hələ də su çəkilməyib”.

Sakinlərin deməsinə görə, susuzluğun davam etməsinə səbəb kimi onlara layihəni həyata keçirməyə maliyyə ayrılmaması ilə izah olunur: “Deyirlər, böyük olduğuna görə hələ kəndinizlə bağlı su layihəsini maliyyələşdirmək mümkün deyil. Kəndin ərazisi qonşu kəndlərə nisbətən böyük olsa da, cəmi 60 ev var. İldə bir dəfə gəlirlər, kəndi o başdan bu başa ölçüb-biçirlər, sakinlərə sənədlərə qol çəkdirib gedirlər. İcra hakimiyyətinin nümayəndələri kənddə iki dəfə toplantı keçiriblər, sakinləri toplayıb, şirin vədlər veriblər. Çayın çirkli suyunu içirik, məişətdə həmin çirkli suyu istifadə edirik”.

Kəndlilərin deməsinə görə, 2014-cü ildə prezident İlham Əliyevin Sərəncamı ilə kənddə artezian quyu qazılıb. Ancaq kəndlilər quyudan vur-tut 14 vedrə su götürə biliblər. Sonra o quyuda da su olmayıb, zaman keçdikcə, istifadəsiz quyu dağılıb. 1 il əvvəlsə kənddə ölçü işləri aparandan sonra sakinlərə bildirilib ki, tezliklə su çəkilişlərinə başlanacaq. Ancaq sakinlər bir də görüb ki, su çəkilişi üçün avadanlıq və borular qonşuluqdakı Şirvanlı kəndinə daşınır. Tezlilkə Şirvanlıya su çəkilib. Xalxalqışlaq sakinlərinə isə yenə də köks ötürərək gözləmək qalıb.

Kənddə qaz da yoxdur. Kəndlilər deyir, çır-çırpı üçün meşəyə yaxın düşə bilmirlər. Odun isə çox bahadır.

“Odunun kubu 14 manat 50 qəpikdir. Bir maşın odun 300 manata başa gəlir. Kasıb kənddir, heç kim işləmir, heyvandarlıqla, əkinçiliklə məşğul olmaq mümkün deyil ki, adam əkdiyi məhsulu, saxladığı heyvanın qatığını, südünü, pendirini satıb odun ala… Bir əlacı var ki, kəndi qazlaşdırsınlar. İllərdir ki, yağlı vəddən başqa heç nə görmürük. Körpə uşaqlar, qoca, xəstə insanlar soyuğa tab gətirmir. Beşcə evdə elektrik cihazı qoşan kimi kəndin elektrik şiti davam gətirmir. 60 ev necə qızınsın?”

Bir də kənddə tibb məntəqəsi və kənddaxili yol problemi var. Sakinlər tibb məntəqəsinin təmiri və tibbi xidmət üçün lazımi avadanlıqlarla təchizatı üçün aidiyyəti qurumlara müraciət ediblər. Ancaq kənddəki tibb məntəqəsi təmir olunmayıb, qapısı isə kəndlilərin üzünə nadir hallarda açıq olur. Sakinlər tibbi yardım almaq üçün Oğuzun mərkəzinə getməli olurlar.
Yollara gəlincə isə, yayda tozlu, qışda palçıqlı olan yollar həm maşınların, həm də piyadaların hərəkətinə narahatçılıq yaradır.[xfgiven_video][/xfgiven_video][xfgiven_video2][/xfgiven_video2]
Oxşar xəbərlər
Ağsuda Ayaz Qocamanov seçki təşviqatına start verdi — Qərərgah fəaliyyətə başladı – FOTOLAR
Onun Şamaxıdakı fəaliyyəti araşdırılır... - Daha bir başçı həbs təhlükəsi ilə üz-üzə...
Evləri əşyaları ilə birlikdə yanan AİLƏNİN FƏRYADI - VİDEO
Siyəzən icra başçısının yaratdığı
Qarabağ qazisinin mənimsənilən mənzili özünə qaytarılmır - GİLEY
Əhalinin şikayət etdiyi icra başçısı yola salınır? - Belə deyirlər...
Ağdaşın icra başçısı bunu da etdi... - VİDEO
Taleh Qaraşov Lənkəranı qarış-qarış satsa da... - Hələ ki yerində möhkəm dayanıb
Zaqatalada DSK qarşısında gərginlik: Dairə sədri namizədə yumruq atdı
Zaqatala icra başçısının biznes imperiyası - Villalar, hotellər, şirkətlər, restoranlar
Gənc iqtisadçının namizədliyi təsdiqləndi – Ayaz Qocamanov rəqiblərinə uğurlar arzuladı
Musayeva Ramilə Elman qızına məxsus olan AB-II N:-084184 və AB-II N:-057475 seriyalı diplomlar itirilmişdir
İsmayilli icra başçısı da hədəfdə - ÇOXMİLYONLUQ MAXİNASİYALAR ARAŞDIRILACAQ
Ağsudan iddialı namizəd – Tanınmış marketinq mütəxəsisi imzatoplama kampaniyasına başladı
Bakı müharibə üçün maneələri aradan qaldırdı – Qarabağ masasında GİZLİ RAZILAŞMALAR
Bələdiyyə saytında qumarxana təbliğatı - Bakıda - FOTO
AQTA-nın gizlətdiyi yağ siyahısı: 70 faiz insanı xəstə edir - BÖYÜK İDDİA
“Bir dəfə güclü külək əssə, daxma başına uçacaq” - GİLEY
Bu üç rayonun icra başçısı seçkilərə müdaxilə edir... - CƏZALANACAQLARMI?
İrşad Abbasov direktoru olduğu Göyçay Dövlət Idarəetmə və Texnologiya Kollecində bazar açıb - İTTİHAM
AQTA rəhbərliyi yenə də heyrətləndirir - MÜƏMMA
Deputatlığa namizədlər büdcədən nə qədər pul alacaqlar? – MƏBLƏĞ
Tibb Universiteti tibdən başqa nə öyrədir?
“Bakcel”in 4 milyona qarşı növbəti “fırıldağ”ı-Audio
DSMF üçün məhkəmə qərarı rol oynamır? - GİLEY
İcra başçısı vətəndaşın 6 sot torpağını mənimsəyib? - GİLEY
Gəncə səhiyyəsində ürəkağrıdan mənzərə - İTTİHAM
Gəncədə öz krallığını qurmaqdadır... - İcra başçısının nəqliyyat maraqları...
YASAMAL RAYONUNUNUN YENI ICRA BAŞÇISININ YENI QANUNSUZLUQLARI-VIDEO
RƏQƏMLƏRİ ŞİŞİRDƏN SALEH MƏMMƏDOV PREZİDENTİN AD GÜNÜNƏ SAXTA HƏDİYYƏ HAZIRLAYIR-VİDEO
«    Январь 2020    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏDƏNİYYƏT