Bu təhsil ocağında təhsildən başqa hər şey var... - İDDİA

Bu təhsil ocağında təhsildən başqa hər şey var... - İDDİA

Bir neçə gün bundan əvvəl aktualxeber.az saytında ”Məktəb direktorunun “moyka biznesi”” və “Biznesmen məktəb direktoru” başlıqlı məqalələr dərc olunmuşdu. Məqalələrdə qeyd etmişdik ki, 244 saylı orta məktəbdə müəllimlər günü münasibətilə, fond pulu və Yəhya Abbasovun icad etdiyi müxtəlif üsullarla valideynlərdən pullar yığılır. Direktor Yəhya Abbasov ona tapşırılan işlərin öhdəsindən lazımi səviyyədə gələ bilmir, üstəlik nazirlikdə rəhbər vəzifə tutan şəxslərdən bir neçəsinin arxasınca danışır. Deyir ki, qohumum Məmməd Bayramov təhsil sistemində vəzifə başında olanda mənə bir söz deyən olmurdu. O, vəzifədən çıxandan məni sıxışdırmağa başlayıblar.
1782 şagirdi olan 244 saylı orta məktəbdə təhsilin keyfiyyəti istənilən səviyyədə deyil, daha doğrusu, günün tələblərinə cavab vermir. Müəllimlərin və şagirdlərin tədris prosesinə göstərdikləri münasibət fərqlidir. Yəni yuxarı sinif şagirdlərinin yetərli hissəsi dərsə davamiyyətli şəkildə gəlmir. Çünki onların əksəriyyəti ali məktəblərə repititor yanında hazırlaşırlar. Qəribədir ki, direktor Y.Abbasov vəziyyətin düzəlməsindən ötrü heç bir tədbir görmür. Əksinə məktəb rəhbəri yuxarı sinif şagirdlərinin dərsdən yayınmasına özünəməxsus formada şərait yaradır. Dərsə gəlmək istəməyən 10 və 11-ci sinif şagirdləri sinif rəhbərlərinin vasitəsilə direktora “şirinlik” verib istəklərini həyata keçirirlər.
Yəhya Abbasov dərs saatlarını müəllimlər arasında düzgün bölüşdürmür. Direktorla yaxın münasibətlərə malik olan müəllimlərin dərs saatı sarıdan problemi yoxdur. Şagirdlərin bilik və bacarıqlarının daha da artırılması məqsədilə orta təhsil ocaqlarında fakultativ dərslər təşkil olunur. 244 saylı orta məktəbdə isə fakultativ dərslər düzgün qaydada təşkil edilmir. Belə ki, direktor həmin dərsləri ya öz, ya da bəzi müəllimlərin adına yazaraq həmin vəsaitləri özünə götürür. Bütün bu işləri müavini Sevinc Süleymanovanın əli ilə edir.
İnanırıq ki, Təhsil Nazirliyinin rəsmiləri 244 saylı orta məktəbdə yaşanan problemləri yerində araşdırıb direktorun barəsində lazımi ölçü götürəcəklər. Qarşı tərəfi də dinləməyə hazırıq.[xfgiven_video][/xfgiven_video][xfgiven_video2][/xfgiven_video2]
Oxşar xəbərlər
Qaraşov və Sultanov məxvi rejimə keçib, Vaqiv Cavadov inciyib- ŞİMAL MEŞƏLƏRİNDƏ EKOLOJİ FƏLAKƏT DAVAM EDİR
Mehriban Əliyeva 650 min ağac əkilməsinə start verib, Qubada isə əksinə- AĞAC SOYQIRIMI GEDİR
İki nazirliyin əlillik “təcrübəsi” - və ya saxtakarlıq necə aşkarlanmalıdır?
Bu şirkət nazir müavininə söykənib... - İTTİHAM
Babəkin icra başçısı da narazılıq yaradır - GİLEY
Saatlıdan Bakıya yalan məlumat ötürülür... -
Bu təhsil ocağında təhsildən başqa hər şey var... - İDDİA
Milli Məclisdəki +70 deputatların siyahısı – Onlar da gedir...
Eldar Quliyevlin təhsil ocaqlarında nə baş verir? – Daha bir müraciət
Bu rayonların İcra başçıları vəzifələrini itirə bilər - SİYAHI
Ramin Quluzadəyə İTTİHAM -
Kabinetini cadu etdirən keçmiş “Azərişıq” sədrinin daha bir “sirli” əməli - Fotofakt, Video
13 saylı Cəzaçəkmə müəssisəsində NƏHS GÜNLƏR... - İTTİHAM
Əhmədzadənin işçisi haqda iddia... - İLGİNC
Adil Vəliyevin yola salınmasına az qalıb... - İDDİA
Arzu Rəhimovun kadrı əsl oliqarxdır... - İDDİA
Əvvəl «qorxulu bir şey yoxdur» deyiblər... - Daha bir həkim naşlığı faciəyə səbəb olub
GDU-da əmək haqqı böhranı davam edir – MÜRACİƏT
Gəncə təhsilində pulyığma sezonu... - İDDİA
GDU düzəlmir ki, düzəlmir... - İTTİHAM
“300 manat ver, yoxsa bağçada yer yoxdu”
İcra başçısı Prezidentin açılış etdiyi ərazini satıb – Şok iddia
İsmayıl Vəliyev Neftçalada zülm edir... - GİLEY
Ağdamda RİH-nin başçısı idarə müdirlərini borca salıb? - İDDİA
Millətə baha dərman sırıyan monopolist deputat - Feyziyev kimə arxayındır?
MİLLİ MƏCLİSİN İKİNCİ RƏFAELİNİN DƏ HOQQALARI ÜZƏ ÇIXIB - QOHUMUN MALINA ƏL QOYUB
Azərbaycanda məmurların falına baxan milyonçu mollanın kəndi – FOTO
Şəmkirdə təhsili kimlər və necə iflic duruma salıb... - Müraciət...
Arzu Rəhimovu kimlər qoruyur? - İTTİHAM
«    Ноябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
252627282930 
MƏDƏNİYYƏT