"Bütün bunlar Sizin işlədiyiniz dövrdə olub" - Əbülfəs Qarayevə müraciət

"Bütün bunlar Sizin işlədiyiniz dövrdə olub" - Əbülfəs Qarayevə müraciət

Cəlilabad şəhər Təbriz küçəsi, 45 ünvanında qeydiyyatda olan İsmayılov Qamət Əcəbəli oğlun Mədəniyyət naziri Əbülfəs Qarayevə müraciət ünvanlayıb. DİA.AZ olaraq həmin müraciəti olduğu kimi təqdim edirik:

"Cənab Nazir! Yazıb sizə bildirirəm ki, mən 1-ci dərəcəli idmançıyam, YAP-in üzvüyəm, seçkilərdə və hökumət tədbirlərində həmişə fəal olmuşam. Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının fəal əsgəri və çavuşu olmuşam və hərbi əliləm. Azərbaycan Respublikası Gənclər, İdman və Turizm Nazirliyi Bakı Bədən Tərbiyəsi və Turizim kollecininin bədən tərbiyəsi müəllimi ixtisasını bitirmişəm. H. Əliyev, İ. Əliyev, M. Əliyeva və Ə. Qarayev hamısının siyasətini dəstəkləyirəm, lakin bütün bunlara baxmayaraq zəhmətimin əvəzini görmürəm. 2002-ci ildən 2011-ci ilə qədər Azərbaycan Respublikası Təhsil Nazirliyinin Cəlilabad rayon təhsil şöbəsinin idman məktəbində idman müəllimi işləmişəm. 2011-ci ildə sənədləriniz saxtadır deyərək, məni və çox müəllimləri işdən qanunsuz çıxartdılar. Cənab Nazir əgər doğrudan da mənim oxuduğum texnikum, aldığım diplom mənə verilən idman dərəcəsi və fəxri fərmanlar, diplomlar, hədiyyələr saxtadirsa necə olmalıdır? Cənab Nazir bütün bunlar hamısı sizin idman naziri işlədiyiniz dövrdə olub.

Müəllim yoldaşlarım Cəlilabad rayon məhkəməsinə pul verib işlərinə qayıtdılar amma mənim pulum olmadı. Aidiyyatı qurumlara şikayət etdim lakin onlar məni ixtisasıma uyğun işlə təmin etmədilər.

Cənab Nazir sizdən xahiş edirəm Cəlilabad rayon idman idarəsinə tapşırıq verin mənə idman muəllimi işi versin, yada təhsil şobəsinə tapşırıq verin ki, hərbi veteran kimi mənə hərbi müəllim işi versinlər, oda mümkün olmasa Mədəniyyət sahəsində məni münasib bir işlə təmin edəsiniz.

Ailəliyəm 2 azyaşlı uşaq atasıyam, kirayə mənzildə qalıram vəziyyətim çətindir.

Cənab Nazir öncədən sizə dərin təşəkkürlərimi bildirirəm və inanıram ki, mənə köməklik edəcəksiniz.[xfgiven_video][/xfgiven_video][xfgiven_video2][/xfgiven_video2]
Oxşar xəbərlər
Ağsuda Ayaz Qocamanov seçki təşviqatına start verdi — Qərərgah fəaliyyətə başladı – FOTOLAR
Onun Şamaxıdakı fəaliyyəti araşdırılır... - Daha bir başçı həbs təhlükəsi ilə üz-üzə...
Evləri əşyaları ilə birlikdə yanan AİLƏNİN FƏRYADI - VİDEO
Siyəzən icra başçısının yaratdığı
Qarabağ qazisinin mənimsənilən mənzili özünə qaytarılmır - GİLEY
Əhalinin şikayət etdiyi icra başçısı yola salınır? - Belə deyirlər...
Ağdaşın icra başçısı bunu da etdi... - VİDEO
Taleh Qaraşov Lənkəranı qarış-qarış satsa da... - Hələ ki yerində möhkəm dayanıb
Zaqatalada DSK qarşısında gərginlik: Dairə sədri namizədə yumruq atdı
Zaqatala icra başçısının biznes imperiyası - Villalar, hotellər, şirkətlər, restoranlar
Gənc iqtisadçının namizədliyi təsdiqləndi – Ayaz Qocamanov rəqiblərinə uğurlar arzuladı
Musayeva Ramilə Elman qızına məxsus olan AB-II N:-084184 və AB-II N:-057475 seriyalı diplomlar itirilmişdir
İsmayilli icra başçısı da hədəfdə - ÇOXMİLYONLUQ MAXİNASİYALAR ARAŞDIRILACAQ
Ağsudan iddialı namizəd – Tanınmış marketinq mütəxəsisi imzatoplama kampaniyasına başladı
Bakı müharibə üçün maneələri aradan qaldırdı – Qarabağ masasında GİZLİ RAZILAŞMALAR
Bələdiyyə saytında qumarxana təbliğatı - Bakıda - FOTO
AQTA-nın gizlətdiyi yağ siyahısı: 70 faiz insanı xəstə edir - BÖYÜK İDDİA
“Bir dəfə güclü külək əssə, daxma başına uçacaq” - GİLEY
Bu üç rayonun icra başçısı seçkilərə müdaxilə edir... - CƏZALANACAQLARMI?
İrşad Abbasov direktoru olduğu Göyçay Dövlət Idarəetmə və Texnologiya Kollecində bazar açıb - İTTİHAM
AQTA rəhbərliyi yenə də heyrətləndirir - MÜƏMMA
Deputatlığa namizədlər büdcədən nə qədər pul alacaqlar? – MƏBLƏĞ
Tibb Universiteti tibdən başqa nə öyrədir?
“Bakcel”in 4 milyona qarşı növbəti “fırıldağ”ı-Audio
DSMF üçün məhkəmə qərarı rol oynamır? - GİLEY
İcra başçısı vətəndaşın 6 sot torpağını mənimsəyib? - GİLEY
Gəncə səhiyyəsində ürəkağrıdan mənzərə - İTTİHAM
Gəncədə öz krallığını qurmaqdadır... - İcra başçısının nəqliyyat maraqları...
YASAMAL RAYONUNUNUN YENI ICRA BAŞÇISININ YENI QANUNSUZLUQLARI-VIDEO
RƏQƏMLƏRİ ŞİŞİRDƏN SALEH MƏMMƏDOV PREZİDENTİN AD GÜNÜNƏ SAXTA HƏDİYYƏ HAZIRLAYIR-VİDEO
«    Январь 2020    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏDƏNİYYƏT