GDU-da əmək haqqı böhranı davam edir – MÜRACİƏT

GDU-da əmək haqqı böhranı davam edir – MÜRACİƏT

Məlum olduğu kimi, prezident İlham Əliyevin fərmanı ilə sentyabr ayının 1-dən minimum əmək haqqı 250 manat müəyyən edilmişdir. Müvafiq sərəncama görə, büdcə təşkilatlarında çalışanların aylıq vəzifə maaşları 2019-cu il sentyabrın 1-dən orta hesabla 40 faiz artırılır. Lakin, Prezident İlham Əliyevin sərəncamları Gəncə Dövlət Universitetində demək olar ki, yerinə yetirilmir.

Bizimxeber.az-a daxil olan müraciətdə bildirilir ki, minimum əmək haqqının artırılmasına qədər GDU-da laborant, baş laborant, kabinə müdiri, laboratoriya müdiri, preperator, habelə tədris ustaları və digər texniki işçilərin maaşları arasında əsaslı fərq var idi. Hal-hazırda GDU- nun baş mühasibinin təqdimatı əsasında laborant, baş laborant, laboratoriya müdiri, kabinə müdiri, preperator, metodist və digər tədris-köməkçi heyəti üzvləri hətta xadimələr belə ayda 250 manat maaş alacaqlar. Bu ştatlara verilən maaş tariflərinin çox kobud şəkildə pozulması deməkdir.

Müəllim heyətinin maaşları isə ümümiyyətlə, artırılmır. Vəzifələr arasında verilən maaşa heç bir fərq qoyulmur, necə deyirlər yağın da, balın da qiyməti GDU bazarında eynidir. Bundan başqa digər ali məktəblərin hamısında professor-müəllimlərin əmək haqqı böyük məbləğdə artırılsa da, bu GDU-da xəyal olaraq qalır. Respublikanın digər ali məktəbləri və Gəncə Dövlət Universitetinin eyni ştatları tutan əməkdaşlarının maaşları arasında əsaslı fərqlər vardır. Bu fərq 300-500 manat arasında dəyişir.

Bildirmək istəyirik ki, Gəncə Dövlət Universitetində maaşların artırılmasına əsas əngəl “kor Teyyub” ləqəbli baş mühasibdir. Universitetdə hamı onu hətta üzünə belə bu adla çağırır, sanki bu ləqəb ona ləzzət verir və deyir ki, bu gözləri mühasibatlığın sənədləri kor edib. Respublikada heç bir mühasib məni kimi stajli ola bilməz. Bəlkə də, rektor Yusif Yusibov maaşları artırmaq istəyir.

Lakin “kor Teyyub” elə bir vay-şüvən qoparır ki, səsi universtetin beş tədris binasında cingildəyir. Elə bil dədəsindən qalan puldur. Maaşlar artsa, onda baş mühasib Teyyub və prorektor Fəxrəddin Həsənovun saxta qaimələrlə bankdan çıxartdıqları pulun miqdarı azalar. Kənardan baxan universitet işçiləri baş mühasibin necə “şişdiyini” görürlər. Ancaq kor Teyyub görəsən bilirmi ki, hər bir şişən şey irinləyib sonda partlayacaqdır.

Digər tərəfdən baş mühasib sosial şəbəkədə mühasibatlığın işçilərindən və tələbə təşkilatlarından ibarət bir trol dəstəsi saxlayır. Maaşların azlığı ilə bağlı nə isə yazılanda bu söyüşcül trollar işə başlayır.[xfgiven_video][/xfgiven_video][xfgiven_video2][/xfgiven_video2]
Oxşar xəbərlər
Qaraşov və Sultanov məxvi rejimə keçib, Vaqiv Cavadov inciyib- ŞİMAL MEŞƏLƏRİNDƏ EKOLOJİ FƏLAKƏT DAVAM EDİR
Mehriban Əliyeva 650 min ağac əkilməsinə start verib, Qubada isə əksinə- AĞAC SOYQIRIMI GEDİR
İki nazirliyin əlillik “təcrübəsi” - və ya saxtakarlıq necə aşkarlanmalıdır?
Bu şirkət nazir müavininə söykənib... - İTTİHAM
Babəkin icra başçısı da narazılıq yaradır - GİLEY
Saatlıdan Bakıya yalan məlumat ötürülür... -
Bu təhsil ocağında təhsildən başqa hər şey var... - İDDİA
Milli Məclisdəki +70 deputatların siyahısı – Onlar da gedir...
Eldar Quliyevlin təhsil ocaqlarında nə baş verir? – Daha bir müraciət
Bu rayonların İcra başçıları vəzifələrini itirə bilər - SİYAHI
Ramin Quluzadəyə İTTİHAM -
Kabinetini cadu etdirən keçmiş “Azərişıq” sədrinin daha bir “sirli” əməli - Fotofakt, Video
13 saylı Cəzaçəkmə müəssisəsində NƏHS GÜNLƏR... - İTTİHAM
Əhmədzadənin işçisi haqda iddia... - İLGİNC
Adil Vəliyevin yola salınmasına az qalıb... - İDDİA
Arzu Rəhimovun kadrı əsl oliqarxdır... - İDDİA
Əvvəl «qorxulu bir şey yoxdur» deyiblər... - Daha bir həkim naşlığı faciəyə səbəb olub
GDU-da əmək haqqı böhranı davam edir – MÜRACİƏT
Gəncə təhsilində pulyığma sezonu... - İDDİA
GDU düzəlmir ki, düzəlmir... - İTTİHAM
“300 manat ver, yoxsa bağçada yer yoxdu”
İcra başçısı Prezidentin açılış etdiyi ərazini satıb – Şok iddia
İsmayıl Vəliyev Neftçalada zülm edir... - GİLEY
Ağdamda RİH-nin başçısı idarə müdirlərini borca salıb? - İDDİA
Millətə baha dərman sırıyan monopolist deputat - Feyziyev kimə arxayındır?
MİLLİ MƏCLİSİN İKİNCİ RƏFAELİNİN DƏ HOQQALARI ÜZƏ ÇIXIB - QOHUMUN MALINA ƏL QOYUB
Azərbaycanda məmurların falına baxan milyonçu mollanın kəndi – FOTO
Şəmkirdə təhsili kimlər və necə iflic duruma salıb... - Müraciət...
Arzu Rəhimovu kimlər qoruyur? - İTTİHAM
«    Ноябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
252627282930 
MƏDƏNİYYƏT