İcra başçısı Prezidentin açılış etdiyi ərazini satıb – Şok iddia

İcra başçısı Prezidentin açılış etdiyi ərazini satıb – Şok iddia

“Cənub mirvarisi” olan şəhərdə narkomaniya və oğurluq artır, yollar, parklar, küçələr satılır, bölgə zülmət içində; 2004-dən yollar asfaltlanmayıb…

Camaat içində həmişə “Xan Lənkəran”, “Cənub mirvarisi” adlanan şəhərin indi nə xanlığı, nə mirvariliyi qalıb. Ona görə yox ki, öz əzəmətini, insanları qonaqpərvərliyini itirib. Yox. Ona görə ki, Lənkəranda gözoxşayan yalnız restoranların, geyim mağazalarının artmasıdır, bölgə inkişafdan qalıb, heç bir irəliləyiş yoxdur.

Lənkəran haqda məşhur mahnının sözlərinə düzəliş etsək, “Nanədi, reyhandı, güldü yox, problemdi Lənkəran!” Lerikdə məmurların, müğənnilərin falına baxan Məmmədsəfanın kəndindən reportajdan qayıdarkən baş çəkdiyimiz Lənkəranda ilk müşahidələrimiz belə oldu.

Regionların inkişafı proqramı, icra hakimiyyətinin qarşısına qoyulan məsələlər heç biri laz2ımınca həll olunmayıb. Bu yerin inkişaf meyarları dükanların çoxluğu ilə ölçülür, alt qatında isə bəlalar gizlənir. Nədən ibarətdir bu yaralar, ağrılar?

Ötən həftə cənub zonasında olarkən əhalidən öyrəndik ki, əsas dərd narkotikin cavanların həyatını məhv eləməsidir. Lerik, Astaradan daha çox Lənkəranda narkomaniya yayılıb. İndi narkomaniyanın üstünə oğurluq da gəlib. Əvvəlki illərdə narkomanların evləri qarət etmələri bu qədər sürətlə çoxalmamışdı. Camaat evlərində gecələr rahat yata, gündüzlər qapını qıfıllayıb işinə gedə bilmir. Narkotiklə mübarizə aparılmasına baxmayaraq, Lənkəranda “ağ ölüm” geniş yayılıb. Bu da oğurluq hallarının artmasına səbəb olub.

“Evləri yarmaq, qiymətli əşyaları aparmaq hadisələri çoxalıb. Bunu edənlərin əksəriyyəti də narkomanlardır. Qabaq narkomanlar arasında oğurluq az idi. Yəqin ordan-burdan pul tapırdılar. Vəziyyətin ağırlaşdığı görünür”, – deyə Qalayçılar məhəlləsinin sakinlərindən biri narahat şəkildə danışır.

Onun sözlərinə görə, əvvəlki illərdə narkomaniya Lənkəranın şəhərində ayaq açmışdısa, indi kəndləri də cənginə alıb: “Bu yay bərbərxanaya girmişdilər. Təsəvvür elə ki, nə vəziyyətə düşüblər. Axı orda nə ola bilər? Əllərinə nə keçib aparıb dəyər-dəyməzə satırlar”.

Lənkəranın “Daş körpü”, Qalayçılar, Kiçik B azar məhəllələri, iki mikrorayonda narkomaniya daha geniş vüsət alıb. Lənkəran Regional Narkoloji Dispanserin baş həkimi Vüqar Əliyev bu ilin iyununda “Azadlıq” radiosuna demişdi ki, cənub bölgəsində narkomanlıq qocalır. Yerli camaat isə razılaşmır – narkomaniya cavanlaşır. Sakinlərin sözlərinə görə, səbəb sosial vəziyyət, işsizlikdən əlavə gənclər arasında təbliğ olunmasıdır. Təbii ki, bununla ciddi mübarizə aparılır, amma kökünün kəsilməsi üçün daha böyük proqramlar olmalıdır, əks halda, qarət olunmayan ev qalmayacaq…

Lənkəranda nədə irəliləyiş var sualını versəniz, çoxlu geyim mağazaları, restoranlar, otellər açıldığını deyə bilərik. İndi cavanlar üçün yegan2ə iş yerləri də satıcı, ofisiant vakansiyalarıdır. Bu müddət ərzində şəhərin abadlaşması, inkişafı, quruculuğu üçün yerli icra hakimiyyəti əlini ağdan qaraya vurmayıb. Yollar asfaltlanmayıb, ara məhəllələr Xruşşovun vaxtında asfaltlanıb, dağılıb-tökülmüş, dəlmə-deşik küçələr göz deşir. Lənkəranın mərkəzi yolları və küçələri ən sonuncu dəfə 2004-cü ildə, Zeynal Nağdəliyevin icra başçısı işlədiyi dövrdə nisbətən asfalt olunub. 2015-ci ildə dövlətin büdcəsindən Lənkəranda yolların təmirinə 4 milyon manat ayrılıb, yollar isə bərbad gündədir.

Parklarda oturacaqlar belə yenilənməyib. Hara baxırsan, obyekt tikilib – Rayon Mərkəzi Xəstəxanasının qarşısında, Qala Xiyabanının ortasında… Şəhərin əsas parklarında ticarət obyektləri tikilib. Əfqanıstanda həlak olmuş lənkəranlıların xatirəsinə ucadılmış heykəlin ərazisində olan yaşıllığı da az qala məhv edəcəkdilər. Son anda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbəri olduğu “İDEA” ətraf mühiti mühafizə təşkilatının bəyanatları nəticəsində orta hissədə iş dayandırıldı, amma ərazinin kənarları satıldı.

Xocalı parkının arxa hissəsi isə tamamilə satılıb, ərazidə müxtəlif iaşə və avtomobillərə servis xidməti yaradılıb. Prezidentin 3 il əvvəl açılışını etdiyi, yenidən qurulan Mərkəzi Xəstəxananın qarşısı satılıb və yol ensiz şəraitə gətirilib, mağazalar artıq fəaliyyət göstərir.

Lənkəranın məşhur “Çay evi” binasının qarşısı park olsa da, bura da satılıb və insanlar üçün kiçik keçid saxlanıb.

Lənkəranın iki tarixi kinoteatrı “Nizami” və “Spartak” artıq tarixin yaddaşına köçürülüb və yerlərində obyektlər tikilib. Əvəzində Lənkəranın simvolu sayılan Dairəvi Qala tam olaraq dağılmış vəziyyətə gəlib.

Bu müddət ərzində Lənkəran İH tərəfindən bir park belə, salınmayıb. Bundan əlavə, bir neçə ilə əvvəl rayon küçələrinin işıqlanmasına vəsait ayrılmışdı. Amma şəhərin ən böyük yaşayış massivində, yəni mikrorayonda insanlar gecələr çölə çıxa bilmir. Çünki tamamilə qaranlıq və zülmətdir. Eyni vəziyyət Səttarxan küçəsində hökm sürür.

Lənkəranda evlərə içməli su çəkilsə də, kanalizasiya problemi həllini tapmayıb. Sakinlər deyir ki, neçə il əvvəl yollar qazıldı, müharibə meydanına çevrildi, kanalizasiya sistemi qurulacağı bildirildi. Şəhəri başdan-başa qazsalar da, sonra torpaqladılar, heç nə olmamış kimi həyat davam elədi. İşin çətinliyini əsas gətirib layihəni icra eləmədilər. Ona görə Lənkəran yeganə şəhərlərdən biridir ki, kanalizasiya sistemi qurulmayıb, xəndəklərin və Xəzər dənizinin ümidinə yaşayır.

Camaat isə şikayətlənir ki, büdcədən bu qədər vəsait ayrıldı, iş görülmədi, maliyyənin hara getdiyinə dair hesabat da verilmədi. İndi əsasən də yay aylarında üfunət küçələri bürüyür, ağcaqanadlar “meydan sulayır”.

Lənkəranda bineyi-qədimdən kanalizasiya xətti olmayıb. Bu gün də yoxdur. Sabah da olacağına ümid verilmir. Di gəl ki, 2013-cü ildən sonra şəhərdə kanalizasiya sistemi qurulmalıydı, qurulmadı. Necə deyərlər, “it də getdi, ip də”. Yəni ayrılan pullar da yoxa çıxdı, kanalizasiya da…

Eyni ərəfədə Masallıda da kanalizasiya sistemləri qurulurdu. Bu cənub şəhərinin yolları da qazıq-qazıq olunmuşdu. Amma kanalizasiya sistemi quruldu. Hətta Masallının icra başçısı Rafil Hüseynov bizə müsahibəsində demişdi ki, proses ağırdır, amma mümkündür. Lənkəranda isə müəmmalı şəkildə kanalizasiya sisteminin qurulması işi “dəfn” olundu. Sonra camaat arasında söz-söhbət yaydılar ki, Lənkəranın yollarını qazdıqdan sonra işin çətinliyini görüb yarımçıq saxlayıblar. Yəni əsl tragikomediya…İcra başçısı Prezidentin açılış etdiyi ərazini satıb – Şok iddiaİcra başçısı Prezidentin açılış etdiyi ərazini satıb – Şok iddiaİcra başçısı Prezidentin açılış etdiyi ərazini satıb – Şok iddiaİcra başçısı Prezidentin açılış etdiyi ərazini satıb – Şok iddiaİcra başçısı Prezidentin açılış etdiyi ərazini satıb – Şok iddiaİcra başçısı Prezidentin açılış etdiyi ərazini satıb – Şok iddiaİcra başçısı Prezidentin açılış etdiyi ərazini satıb – Şok iddiaİcra başçısı Prezidentin açılış etdiyi ərazini satıb – Şok iddia[xfgiven_video][/xfgiven_video][xfgiven_video2][/xfgiven_video2]
Oxşar xəbərlər
DSMF üçün məhkəmə qərarı rol oynamır? - GİLEY
İcra başçısı vətəndaşın 6 sot torpağını mənimsəyib? - GİLEY
Gəncə səhiyyəsində ürəkağrıdan mənzərə - İTTİHAM
Gəncədə öz krallığını qurmaqdadır... - İcra başçısının nəqliyyat maraqları...
YASAMAL RAYONUNUNUN YENI ICRA BAŞÇISININ YENI QANUNSUZLUQLARI-VIDEO
RƏQƏMLƏRİ ŞİŞİRDƏN SALEH MƏMMƏDOV PREZİDENTİN AD GÜNÜNƏ SAXTA HƏDİYYƏ HAZIRLAYIR-VİDEO
Oqtay Şirəliyevin Şəkidə açdığı bazar... - pullu analizlər, firma dərmanları
Keçmiş nazirin şirkəti borclu məcburi köçkünün başına oyun açdı... - İDDİA
Oğuzun bu kəndi ibtidai şərtlərlə yaşayır... - GİLEY
Tac Mahal MTK-nın tikdiyi binada dərə xəlvət, tülkü bəydir - NARAZILIQ...
Keçmiş Bakı merinin adı borc qalmaqalında - İTTİHAM
Sahil Babayevin işçiləri əl-ayağa düşüb... - İLGİNC
Səhiyyə sistemində daha bir biabırçı mənzərə... - Nazirlik görməzdən gəlir...
Oqtay Gülalıyev ikinci dəfə əməliyyat olunur
Azərbaycanda bu telekanal bağlandı
Qubad İbadoğlu: “Bu sistem insanların pensiya almamasına hesablanıb”
Qaraşov və Sultanov məxvi rejimə keçib, Vaqiv Cavadov inciyib- ŞİMAL MEŞƏLƏRİNDƏ EKOLOJİ FƏLAKƏT DAVAM EDİR
Mehriban Əliyeva 650 min ağac əkilməsinə start verib, Qubada isə əksinə- AĞAC SOYQIRIMI GEDİR
İki nazirliyin əlillik “təcrübəsi” - və ya saxtakarlıq necə aşkarlanmalıdır?
Bu şirkət nazir müavininə söykənib... - İTTİHAM
Babəkin icra başçısı da narazılıq yaradır - GİLEY
Saatlıdan Bakıya yalan məlumat ötürülür... -
Bu təhsil ocağında təhsildən başqa hər şey var... - İDDİA
Milli Məclisdəki +70 deputatların siyahısı – Onlar da gedir...
Eldar Quliyevlin təhsil ocaqlarında nə baş verir? – Daha bir müraciət
Bu rayonların İcra başçıları vəzifələrini itirə bilər - SİYAHI
Ramin Quluzadəyə İTTİHAM -
Kabinetini cadu etdirən keçmiş “Azərişıq” sədrinin daha bir “sirli” əməli - Fotofakt, Video
13 saylı Cəzaçəkmə müəssisəsində NƏHS GÜNLƏR... - İTTİHAM
«    Декабрь 2019    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏDƏNİYYƏT