İsmayıl Vəliyev Neftçalada zülm edir... - GİLEY

İsmayıl Vəliyev Neftçalada zülm edir... - GİLEY

Su həyatdır deyirlər. Yer kürrəsində ona görə, yaşayış var ki, burda su var. Amma di gəl ki, su olasa da susuz qalasan, bax bu başqa bir bəladır. Neftçala rayonu Kür çayının, Xəzər dənizinin sahilində yerləşsə də, rayonda susuzuqluqdan nəinki ilanlar, hətta insanlar da mələşir.

Ümumiyyətlə, icra başçısı baxımından neftçalalıların bəxti heç gətirməyib. 80-cı illərdən sonra bu rayona normal icra başçısı göndərilməyib ki, yazıq insanları düşünsün. Taleh Qaraşovun darmadağın etdiyi rayonu, İsmayıl Vəliyev viran qoyub.

Bir neçə il əvvəl rayona tikinti-abadlıq adı altında külli miqdarda maliyyə vəsaiti ayrıldı. İcra başçısı İsmayıl Vəliyevlə bu işlərə məsul olan FHN şefi Kəmaləddin Heydərov bu pulu elə bir formada həzmrabedən keçirdilər ki, geriyə bir iki əhəngli bina, 3-4 km yol qaldı. Vəssalam. Nə kanalizasiya çəkildi, nə də su problemi həll olundu.

Bizimxeber.az xəbər verir ki, rayonun su deyib mələşdiyi əsas hissəsi Qoltuq kənddidir. Bu kəndin sakinləri susuz qalsalar da, abır edib icra başçısının əzəmətli bınasına cəmi 100 dəfə gediblər. İcra başçısı da “abrına bükülüb” bu insanları düz 100 dəfə də yalançı vədlə yola salıb. Sonda isə bəlli olub ki, bu kəndin sakinlərinə suyu verməyən elə İsmayıl Vəliyev özüdür. Rayon Su Kanal İdarəsinin rəisi (adı yoxdu) and aman edir ki, İsmayıl deyib ki, o kəndə su vermə. Səbəbini də deməyən icra başçısının bu kəndin sakinləri ilə nə problemi var bax, bunu da bilən yoxdur.

Kənd sakinləri axşamlar “zikr” edib yatırlar ki, bəlkə İsmayıl yoldaşın niyə onlara su vermədiyini yuxuda görə bildilər. Amma gördüm deyən hələlik yoxdur. Day mollalar da quran-kitab açmaqdan yorulub. Heç bir faydası yoxdu.

Kəndin az qala 100 yaşı olan ağsaqqlı deyirmiş ki, İsmayıl Vəliyevin bizi niyə susuz qoyduğunu bilmirik. Niyə belə edir bilən yoxdur. Sakinlər düşünür ki, bəlkə İsmayıl Vəliyev pul istəyir? Ordan-burdan elçi salıb soruşurlar ki, bəlkə puldan zaadan verək bizə su verilməsinə icazə verəsən. Yox ki, yox…

Deyilənə görə, bir neçə dəfə su adı altında pul yığdırıb. Amma su verilməyib. İndi insanlar da düşünür ki, pulu yığıb verərik, yenə də su verilməz lap pis olar. Yenə pulu verib maşınla su gətirdirlər. İçməyə də, çimməyə də, hətta ölülərini yumağa da bu sudan istifadə edirlər. İsmayıl Vəliyev ölü yumağa da su vermirsə daha nə sözümüz…

Bir sözlə, Neftçalanın vəzifəsini itirməyə vot-vot olan icra başçısı İsmayıl Vəliyev Qoltuq sakinlərini su blokadasında saxlayır. İşin avand olsun İsmayıl qardaş… Vaxt gələr, dövran dönər, sənin də taxtın çevrilər. Di salamat qalın…[xfgiven_video][/xfgiven_video][xfgiven_video2][/xfgiven_video2]
Oxşar xəbərlər
GDU-da əmək haqqı böhranı davam edir – MÜRACİƏT
Gəncə təhsilində pulyığma sezonu... - İDDİA
GDU düzəlmir ki, düzəlmir... - İTTİHAM
“300 manat ver, yoxsa bağçada yer yoxdu”
İcra başçısı Prezidentin açılış etdiyi ərazini satıb – Şok iddia
İsmayıl Vəliyev Neftçalada zülm edir... - GİLEY
Ağdamda RİH-nin başçısı idarə müdirlərini borca salıb? - İDDİA
Millətə baha dərman sırıyan monopolist deputat - Feyziyev kimə arxayındır?
MİLLİ MƏCLİSİN İKİNCİ RƏFAELİNİN DƏ HOQQALARI ÜZƏ ÇIXIB - QOHUMUN MALINA ƏL QOYUB
Azərbaycanda məmurların falına baxan milyonçu mollanın kəndi – FOTO
Şəmkirdə təhsili kimlər və necə iflic duruma salıb... - Müraciət...
Arzu Rəhimovu kimlər qoruyur? - İTTİHAM
Binəqədidə şikayətə kimsə baxmır... - GİLEY
POLİS ZABİTİ YELMAR HƏSƏNOVUN SAXTA SAHİBKARLIQ FƏALİYYƏTİ - VİDEO+FOTOLAR
Rəfael Cəbrayılova Milli Məclisdə izahat yazdırdılar - DEPUTATA GÖRƏ PARLAMENT İKİYƏ BÖLÜNÜB
Sahil Babayev və şübhəli çevrəsi... - İTTİHAM
“Reqal“ MTK ali dərəcəli cərrahı necə çilədən çıxarıb... - GİLEY
Əkbər Hacıyevin işçiləri narazılıq yaradır... - Mingəçevirdə absurd mənzərə...
AAK-nın sədri Famil Mustafayevə ünvanlanan 38 sual... - İTTİHAM
“Artıq dərəcədə xahiş edirəm ki, həmin mülki işi öz nəzarətinizə götürün...” - Nazirə müraciət...
Sahil Babayev bu ailəni də sosial yardımsız qoyub... - İşsizdən iş yerindən arayış istəmək nə?..
Asataranın icra başçısı belə şəraitdə yaşayarmı? - GİLEY
Sakinlər
Gədəbəydə niyə səfərbər ola bilmirik... - İTTİHAM
Bakıda içkili qadın yolda yatdı - Əri oyada bilmədi (Video)
“Sevgilisi üçün tikdirdi və…” - Elarizin başı bəlalı evindən fotolar
Universitetlərdən daha bahalı özəl orta məktəblər - 70 min manat civarında illik təhsil haqqı...
Baku Medical Plaza-da dəhşət: nazirlik və rəhbərlik suallardan qaçır - Ölümlə bitən əməliyyat və saxta diplom iddiasi
Azərbaycan səhiyyəsi xəstəni necə dağa-daşa salır... - GİLEY
Bakıda 6,3 milyonluq yolun açılışı oldu – VİDEO
«    Октябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏDƏNİYYƏT