Sahil Babayev bu ailəni də sosial yardımsız qoyub... - İşsizdən iş yerindən arayış istəmək nə?..

Sahil Babayev bu ailəni də sosial yardımsız qoyub... - İşsizdən iş yerindən arayış istəmək nə?..

Sədaqət Əliyeva Salyan bazarında göyərti satır. Yataqxanada yaşayan dörd nəfərlik ailədə evə qazanc gətirən yeganə adam da odur.

Sədaqət Əliyevanı elə bazarda tapırıq. Evə gedəndə yolda öyrənirik ki, 27 yaşlı qızı Həyat ruhi xəstəlikdən əziyyət çəkir. Sədaqətin həyat yoldaşı Vaqif qarşımıza çıxır. Güclə nəfəs alır. Xanımı deyir ki, ağciyərindən əməliyyat olunandan sonra da vəziyyəti yaxşılaşmayıb, çətinliklə yeriyir.

Vaqif Sədaqətə üzünü tutub deyir ki, yenə Həyatı tapa bilmir. Qız tez-tez belə baş alıb gedir. Onu saatlarla axtarmalı olurlar.

“Anadan travma ilə doğulub. Bilməmişəm, çünki bütün həyatımı stress içində yaşamışam. Hamilə olanda müayinədən keçməmişdim. Müalicəsi üçün çox çalışdıq. 20 yaşı olanda Tehrana apardım. Dedilər, inkişafdan qalıb, çox gecdi. Bəzən çox aqressiv olur. Dərman atanda bir az sakitləşir. Yoxsa çox danışır, özü də təkrar-təkrar. Səsini yüksəyə qaldırır”, – Sədaqət qızının xəstəliyindən danışır.

Həyat 130 manat təqaüd alır. Sədaqət deyir ki, bu pul qızının heç dərman xərci eləmir. Müalicəsinə dəfələrlə çox pul xərcləyiblər.

Həyatı tapıb gətirirlər. Stul çəkib lap yaxında əyləşir. Diqqətlə qulaq asır, amma heç danışmır. Sədaqət deyir ki, qızı özünü körpə kimi aparır: “Hər şeyi anlamır. Deyir, niyə bizə qurban əti vermirlər? Mən gedib camaata necə deyim ki, bizə də ət verin?”

Sədaqət Əliyeva göyərti satmaqla qəpik-quruş qazandığını deyir. Gecə 3-ün yarısı vağzala mal götürməyə gedir. Axşam saat 8-in yarısına qədər vaxtını bazarda keçirməli olur. “Mən yuxu üzü görmürəm. Bu rejimdə işləməsəm, gərək ailəlikcə dilənək”, – qadın çarəsiz danışır.

Yataqxanadakı otağın vəziyyəti də ailənin ağır şərtlərlə yaşadığından xəbər verir. Mətbəx adlandırdıqları bir neçə kvadratmetrlik nimdaş yer gözə dəyir. Ailənin ayrıca ayaqyolu, vanna otağı yoxdur.

“Anam iki aydır rəhmətə gedib. Onu da altı il burada saxladım. Evdə iki xəstə adam, çox pis şəraitdə yaşayırıq. Özünüz görürsüz hər şeyi. Həyat yoldaşım məndən beş yaş kiçikdi, amma xəstəlik onu elə əldən salıb ki, xeyli yaşlı görünür. Ona pensiya düzəltmək istədik, pul istədilər. 1500 manat dedilər. O qədər pulum olsa, gedib göyərti satmaram ki…”, – Sədaqət belə deyir.

Qadın danışır ki, sosial yardım almağa cəhd eləyiblər. İş yerindən arayış tələbi ortaya çıxıb. Sədaqət vəziyyətini dəqiq təsvir eləyəcək ifadə işlədir: “Mənim iş yerim bazardı. Orda arayış yoxdu, acından ölməmək üçün mübarizə var”.

Sədaqət Əliyevanın dediyinə görə, illərdir belə ağır vəziyyətdə yaşayırlar, heç vaxt asan olmayıb. Həmişə həyat yoldaşının, qızının xəstəliyi ilə çarpışıblar. Adicə yemək qayğısının öhdəsindən gələ bilmirlər: “Bizim evdə ət yediyimiz yadıma gəlmir”.

Kommunal xərcləri ödəmək bir ayrı dərddir. Bir müddət əvvəl borca görə işığı kəsiblər. Qışda qayğılar öhdəsindən gəlməyəcək qədər artır.

“Bütün yük mənim çiyinlərimdədi. Gedib oğurluq eləyəsi, narkotik maddə satası deyiləm. Göyərti satıram ki, balalarım kiminsə əlinə baxmasın. İki gün əvvəl intihar eləmək istədim. Daha yükü daşıya bilmirəm. Sonra düşündüm ki, bu boyda külfət məndən asılıdır. Özünü öldürəndə də deyəcəklər ki, xəstə uşağı atıb getdi. Mən yaşamıram. Bunun adı yaşamaq deyil”, – söhbəti belə bitiririk…Sahil Babayev bu ailəni də sosial yardımsız qoyub... - İşsizdən iş yerindən arayış istəmək nə?..Sahil Babayev bu ailəni də sosial yardımsız qoyub... - İşsizdən iş yerindən arayış istəmək nə?..[xfgiven_video][/xfgiven_video][xfgiven_video2][/xfgiven_video2]
Oxşar xəbərlər
DSMF üçün məhkəmə qərarı rol oynamır? - GİLEY
İcra başçısı vətəndaşın 6 sot torpağını mənimsəyib? - GİLEY
Gəncə səhiyyəsində ürəkağrıdan mənzərə - İTTİHAM
Gəncədə öz krallığını qurmaqdadır... - İcra başçısının nəqliyyat maraqları...
YASAMAL RAYONUNUNUN YENI ICRA BAŞÇISININ YENI QANUNSUZLUQLARI-VIDEO
RƏQƏMLƏRİ ŞİŞİRDƏN SALEH MƏMMƏDOV PREZİDENTİN AD GÜNÜNƏ SAXTA HƏDİYYƏ HAZIRLAYIR-VİDEO
Oqtay Şirəliyevin Şəkidə açdığı bazar... - pullu analizlər, firma dərmanları
Keçmiş nazirin şirkəti borclu məcburi köçkünün başına oyun açdı... - İDDİA
Oğuzun bu kəndi ibtidai şərtlərlə yaşayır... - GİLEY
Tac Mahal MTK-nın tikdiyi binada dərə xəlvət, tülkü bəydir - NARAZILIQ...
Keçmiş Bakı merinin adı borc qalmaqalında - İTTİHAM
Sahil Babayevin işçiləri əl-ayağa düşüb... - İLGİNC
Səhiyyə sistemində daha bir biabırçı mənzərə... - Nazirlik görməzdən gəlir...
Oqtay Gülalıyev ikinci dəfə əməliyyat olunur
Azərbaycanda bu telekanal bağlandı
Qubad İbadoğlu: “Bu sistem insanların pensiya almamasına hesablanıb”
Qaraşov və Sultanov məxvi rejimə keçib, Vaqiv Cavadov inciyib- ŞİMAL MEŞƏLƏRİNDƏ EKOLOJİ FƏLAKƏT DAVAM EDİR
Mehriban Əliyeva 650 min ağac əkilməsinə start verib, Qubada isə əksinə- AĞAC SOYQIRIMI GEDİR
İki nazirliyin əlillik “təcrübəsi” - və ya saxtakarlıq necə aşkarlanmalıdır?
Bu şirkət nazir müavininə söykənib... - İTTİHAM
Babəkin icra başçısı da narazılıq yaradır - GİLEY
Saatlıdan Bakıya yalan məlumat ötürülür... -
Bu təhsil ocağında təhsildən başqa hər şey var... - İDDİA
Milli Məclisdəki +70 deputatların siyahısı – Onlar da gedir...
Eldar Quliyevlin təhsil ocaqlarında nə baş verir? – Daha bir müraciət
Bu rayonların İcra başçıları vəzifələrini itirə bilər - SİYAHI
Ramin Quluzadəyə İTTİHAM -
Kabinetini cadu etdirən keçmiş “Azərişıq” sədrinin daha bir “sirli” əməli - Fotofakt, Video
13 saylı Cəzaçəkmə müəssisəsində NƏHS GÜNLƏR... - İTTİHAM
«    Декабрь 2019    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏDƏNİYYƏT