Vergilər nazirliyi oliqarxlara qarşı... HƏRƏKƏTƏ KEÇDİ

Vergilər nazirliyi oliqarxlara qarşı... HƏRƏKƏTƏ KEÇDİ

"Relax" İstirahət Mərkəzində baş verənlər quldurluq faktıdır. Bu öz yerində. Ancaq məsələ bundadır ki, hətta "Relax"-ın deputat sahibini müdafiə edənlər də tapıldı - guya "Relax" vergidən yayınan yeganə obyekt deyil-filan. On milyonlarla dövriyyənin fonunda büdcə cəmi 972 manat ödəyənə dolayısı ilə haqq qazandırmaq, oğruya haqq qazandırmaqdan başqa bir şey deyil.

Ötən il Vergilər Nazirliyinin rəhbərliyi bir qrup eksperti görüşə dəvət etmişdi. Görüşdə mən də iştirak edirdim. 2 təklif verdim. 1-ci təklif: Qeyri-neft sektorunda yığılan vergilərin 83 faizi 8 iri dövlət müəssisəsinin (SOCAR, "Azərenerji", "Azərişıq", Rabitə Nazirliyinin müəssisələri, "Azərsu", AzAL, Azərbaycan Dəmir Yolları, Xəzər Dəniz Gəmişliyi) payına düşür. Qalan 17 faiz isə özəl sektorun payına düşür. Buraya isə nəhəng holdinqlər, dövriyyəsi yüz milyonlara, hətta milyardlarla ölçülən nəhəng şirkətlər daxildir. Yəni faktiki vergi daxilolmalarının həcmi vergi potensialından çox azdır. Təklif etdim ki, kiçik və orta biznesi çıxmaq şərti ilə iri biznesi vergi öhdəlikləri ilə bağlı tədbirlər gücləndirilsin. 2-ci təklif: Hər ilin əvvəlində qeyri-neft sektoru üzrə ən çox vergi ödəyən 100 özəl şirkətin adı açıqlansın, milyonerlər rəsmiləşsin. Əslində hər iki təklif bir-birini tamamlayır.

İndi Vergilər Nazirliyi büdcə öhdəliklərini yerinə yetirməyən iri şirkətlərə qarşı tədbirlərə başlayıb. Bu yaxınlarda vergi müfəttişləri ölkənin 2 ən nəhəng Ticarət Mərkəzi olan "Binə" və "Sədərək"-də xronometraj keçirib və bəlli olub ki, ödənilən vergi potensialının çox cüzi bir hissəsədir Təbii ki, normal prosesdir və təqdir olunmalıdır. Özü də söhbət təkcə istirahət və ya ticarət mərkəzlərindən getmir. Məsələn, mənə maraqlıdır ki, Bakının az qala hər rayonunda yaşayış kompleksləri tikən tikinti şirkəti və yaxud da hər massivdə fəaliyyət göstərən supermarketlər şəbəkəsi büdcəyə nə qədər ödəyir? Bu rəqəmlər ictimaiyyətə açıq olmalıdır.

Başqa tərəfdənsə, bu ilə maaş, pensiya və müavinətlərin ciddi artımları oldu. Təxmini hesablamalara görə, gələn ilin dövlət büdcəsində sosial xərclər ən azı 3 milyard manat çox olacaq. Bəs xərclər hansı mənbə hesabına qarşılanmalıdır? Təbii ki, vergi potensialını büdcəyə cəlb etmək yolu ilə. Bu həm də gəlirlərin yenidən bölüşdürülməsi deməkdir. Bu baxımdan Vergilər Nazirliyinin bu istiqmətdəki səyləri normaldır, buna müqavimət göstərən obyekt sahibləri isə qanun çərçivəsində çəzalandırılmalıdır - kimliyindən asılı olmayaraq. \\istiqlal.az\\[xfgiven_video][/xfgiven_video][xfgiven_video2][/xfgiven_video2]
Oxşar xəbərlər
Sahil Babayev bu ailəni də sosial yardımsız qoyub... - İşsizdən iş yerindən arayış istəmək nə?..
Asataranın icra başçısı belə şəraitdə yaşayarmı? - GİLEY
Sakinlər
Gədəbəydə niyə səfərbər ola bilmirik... - İTTİHAM
Bakıda içkili qadın yolda yatdı - Əri oyada bilmədi (Video)
“Sevgilisi üçün tikdirdi və…” - Elarizin başı bəlalı evindən fotolar
Universitetlərdən daha bahalı özəl orta məktəblər - 70 min manat civarında illik təhsil haqqı...
Baku Medical Plaza-da dəhşət: nazirlik və rəhbərlik suallardan qaçır - Ölümlə bitən əməliyyat və saxta diplom iddiasi
Azərbaycan səhiyyəsi xəstəni necə dağa-daşa salır... - GİLEY
Bakıda 6,3 milyonluq yolun açılışı oldu – VİDEO
Rövşən Bağırovun durumu gərgindir - İcra başçısına cinayət işi açıla bilər
Kamal Abdulla məhkəməyə verildi – İşdə nazirin də adı hallanır
Sahibkar çıxılmaz vəziyyətdə Prezidentdən kömək istəyir... - VİDEOGİLEY
Jurnalistləri şantaj edib pul qazanmaq istəyən ,,jurnalist''i tanıyaq
Şakir İmanov dövlət torpağını satışa çıxarıb... - Əhmədzadənin kadrından ÖZBAŞINALIQ
“Bank sektorunda yeni böhran yetişir” - İDDİA
İmişlidə dövlət bayrağımıza sayğısızlıq... - FOTOFAKT
Səfər Mehdiyev yeni olsa da, barəsində təftiş qərarı verilib... - İDDİA
İnam Kərimovu bitirən səbəb: - KTN-na nəzarət digər qurumlara tapşırıldı?
Alimpaşa Məmmədov yeni
Başsız qalan rayonda naqolay işlər... - FOTOFAKT
Peşə təhsilində karusel əməliyyatı - İTTİHAM
Cahangir Əsgərov bütün xarici hava yolları şirkətlərini bir-bir sıradan çıxardı - İTTİHAM
Xətai RİH-də hakimi-mütləq kimdir? - İDDİA
Tikinti şirkətləri iflasın astanasında: - İnşaat şəhərdən kənara köçürüləcək?
Oliqarx deputatların mandatlı son yayı - Kimlər gedəcək?
Vüsal Kərimlini yıxıb-sürüdülər: - 'Axmaq sən və sənin komandandır'
BARIT CƏLLƏYİNƏ BƏNZƏYƏN SAATLI: S. CABBAROV - İ. QULİYEV FİRONLUGU davam edir, daha ciddi,daha kəskin... - Jurnalist ölkə başcılarına müraciət etdi - Şok Video
Göyçayda Qaraməryəm kənd stadionu iş adamı tərəfindən ZƏBT EDİLİB - Vitse-prezident Mehriban xanım Əliyevaya MÜRACİƏT - Video
«    Сентябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏDƏNİYYƏT