İcra başçısı İlham Əliyevin saldırdığı parkı məhv edib – Bina tikdirir

İcra başçısı İlham Əliyevin saldırdığı parkı məhv edib – Bina tikdirir

Nəsimi rayonunda prezident İlham Əliyevin sərəncamı ilə müasir standartlarla yenidən qurulmuş park bərbad vəziyyətdədir.

Rəşid Behbudov prospektində yerləşən parkda aparılmış yenidənqurma və abadlıq işləri zamanı sakinlərin rahat istirahəti üçün zəruri olan bütün işlər görülüb. Yeni fəvvarələr, oturacaqlar, uşaqlar üçün oyun meydançası və s. quraşdırılıb, qazon yenilənib, ümumi mənzərəyə ürəkaçan görkəm verilib. Lakin çox təəssüf ki, park hazırda baxımsız vəziyyətdədir.

Sakinlər tərəfindən Missiya.Az-ın redaksiyasına göndərilmiş fotolardan aydın görünür ki, istirahət ocağının ərazisində bütün hovuzlar susuz qalıb, oturacaqların bəzisi yarasız hala gəlib, ətrafa ağac kötükləri atılıb. Fəvvarələrin demək olar ki, heç biri işləmir, yerə vurulan kafellər isə darmadağın olub.

Görünən odur ki, ərazidə uzun müddətdir təmizlik işləri aparılmır.Parkın ərazisində hündürmərtəbəli bina inşa olunub. Ehtimal olunur ki, parkın bərbad vəziyyətə düşməsində aparılan tikintinin böyük rolu var. Üzücü mənzərədir - dövlət əmlakı göz-görə görə məhv olur. Özü də Nəsimi rayon İcra Hakimiyyətinin gözünün önündə...

Parkın acınacaqlı vəziyyətilə bağlı Nəsimi rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Qurumun Təsərrüfat şöbəsinin məsləhətçisi Anar Rəsulov park ərazisindəki bərbad vəziyyətə görə, sakinləri günahlandırdı: "Parkda istirahət edən sakinlər, cavan uşaqlar oturacaqları, fəvvarələrdəki dekor şüşələri, kafelləri və məhəccərləri qırıblar. Biz dəfələrlə ərazidə təmir işi aparmışıq. Nəsimi rayon İcra Hakimiyyəti və Mənzil Kommunal Təsərrüfat Birliyinin əməkdaşları hər həftə park ərazisində iməclik keçirir. Ağacların diblərini və parkı təmizləyirik. Mən özüm də iştirak etmişəm. Amma sakinlər parkın ərazisini səliqəli saxlamırlar. Parkda şüşəli fəvvarə var idi. Onu sakinlər özləri qırıb. Daşla qırıblar. Məhəccərləri və oturacaqları sakinlər sındırıblar. Siz deyirsiz ki, oturacaqların qarşısında ağac kötükləri var. Ola bilsin ki, şəkillər köhnədir. Orada elə bir mənzərə yoxdur”.Anar Rəsulov park ərazisində hər hansı binanın tikilmədiyini də deyib: "Hazırda park ərazisində tikinti getmir. Mənim orada bina tikildiyindən xəbərim yoxdur. Ola bilsin ki, şəkillər köhnədir. Parkın içində elə bir tikintinin getdiyindən xəbərim yoxdur”.

Qeyd: Nəsimi rayon İcra Hakimiyyətinin Təsərrüfat şöbəsinin məsləhətçisi Anar Rəsulov köhnə olduğunu iddia etdiyi şəkillər avqustun 16-da çəkilib. Sadəcə Nəsimi rayon İcra Hakimiyyətindən zənglərimizə cavab verilmədiyi üçün yazını bu gün dərc etmək məcburiyyətində qaldıq.

Şəkillərə baxıb özününüz qərar verin. Hər həftə iməclik işləri aparılan parkda belə bir biabırçı vəziyyət hökm sürərmi?İcra başçısı İlham Əliyevin saldırdığı parkı məhv edib – Bina tikdirirİcra başçısı İlham Əliyevin saldırdığı parkı məhv edib – Bina tikdirirİcra başçısı İlham Əliyevin saldırdığı parkı məhv edib – Bina tikdirirİcra başçısı İlham Əliyevin saldırdığı parkı məhv edib – Bina tikdirirİcra başçısı İlham Əliyevin saldırdığı parkı məhv edib – Bina tikdirirİcra başçısı İlham Əliyevin saldırdığı parkı məhv edib – Bina tikdirirİcra başçısı İlham Əliyevin saldırdığı parkı məhv edib – Bina tikdirir[xfgiven_video][/xfgiven_video][xfgiven_video2][/xfgiven_video2]
Oxşar xəbərlər
DSMF üçün məhkəmə qərarı rol oynamır? - GİLEY
İcra başçısı vətəndaşın 6 sot torpağını mənimsəyib? - GİLEY
Gəncə səhiyyəsində ürəkağrıdan mənzərə - İTTİHAM
Gəncədə öz krallığını qurmaqdadır... - İcra başçısının nəqliyyat maraqları...
YASAMAL RAYONUNUNUN YENI ICRA BAŞÇISININ YENI QANUNSUZLUQLARI-VIDEO
RƏQƏMLƏRİ ŞİŞİRDƏN SALEH MƏMMƏDOV PREZİDENTİN AD GÜNÜNƏ SAXTA HƏDİYYƏ HAZIRLAYIR-VİDEO
Oqtay Şirəliyevin Şəkidə açdığı bazar... - pullu analizlər, firma dərmanları
Keçmiş nazirin şirkəti borclu məcburi köçkünün başına oyun açdı... - İDDİA
Oğuzun bu kəndi ibtidai şərtlərlə yaşayır... - GİLEY
Tac Mahal MTK-nın tikdiyi binada dərə xəlvət, tülkü bəydir - NARAZILIQ...
Keçmiş Bakı merinin adı borc qalmaqalında - İTTİHAM
Sahil Babayevin işçiləri əl-ayağa düşüb... - İLGİNC
Səhiyyə sistemində daha bir biabırçı mənzərə... - Nazirlik görməzdən gəlir...
Oqtay Gülalıyev ikinci dəfə əməliyyat olunur
Azərbaycanda bu telekanal bağlandı
Qubad İbadoğlu: “Bu sistem insanların pensiya almamasına hesablanıb”
Qaraşov və Sultanov məxvi rejimə keçib, Vaqiv Cavadov inciyib- ŞİMAL MEŞƏLƏRİNDƏ EKOLOJİ FƏLAKƏT DAVAM EDİR
Mehriban Əliyeva 650 min ağac əkilməsinə start verib, Qubada isə əksinə- AĞAC SOYQIRIMI GEDİR
İki nazirliyin əlillik “təcrübəsi” - və ya saxtakarlıq necə aşkarlanmalıdır?
Bu şirkət nazir müavininə söykənib... - İTTİHAM
Babəkin icra başçısı da narazılıq yaradır - GİLEY
Saatlıdan Bakıya yalan məlumat ötürülür... -
Bu təhsil ocağında təhsildən başqa hər şey var... - İDDİA
Milli Məclisdəki +70 deputatların siyahısı – Onlar da gedir...
Eldar Quliyevlin təhsil ocaqlarında nə baş verir? – Daha bir müraciət
Bu rayonların İcra başçıları vəzifələrini itirə bilər - SİYAHI
Ramin Quluzadəyə İTTİHAM -
Kabinetini cadu etdirən keçmiş “Azərişıq” sədrinin daha bir “sirli” əməli - Fotofakt, Video
13 saylı Cəzaçəkmə müəssisəsində NƏHS GÜNLƏR... - İTTİHAM
«    Декабрь 2019    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏDƏNİYYƏT