“Pulunu ver, hansı qərarı istəyirsən hazırlayıb versinlər!…” - Əli Həsənovun Avropa Məhkəməsinə İRADI

“Pulunu ver, hansı qərarı istəyirsən hazırlayıb versinlər!…” - Əli Həsənovun Avropa Məhkəməsinə İRADI

Azərbaycanda bizneslə məşğul olan, yaxud olmaq istəyən xarici iş adamlarının ən birinci iradı həmişə ölkəmizdəki məhkəmə-hüquq sistemilə bağlı olub. Biz hələ öz vətəndaşlarımızı demirik. Hüquq sistemimiz, məhkəmələrimiz o qədər açıq-aşkar qanunsuz, ədalətsiz əməllərə, qərarlara imza atıb, o qədər günahsız, yaxud cüzi qanunsuz əməli olan “sahibsiz” vətəndaşları zindana göndərib, əvəzində canilərin, rüşvətxorların, dələduzların “üzünə gülüb” ki…

Bu gün məlum oldu ki, “Qaçqınkom”un uzun illər sədri olmuş, hazırda isə baş nazirin müavini vəzifəsini daşıyan Əli Həsənovun 2 nəfərin ölümünə bais olan nəvəsi Nail Allahverdiyev azadlığa buraxılıb. Ona əvvəl 6 il iş verilsə də, sonradan Apellyasiya Məhkəməsi cəzanı 5 ilə endirib, Ali Məhkəmə isə ümumiyyətlə şərti iş kəsərək, azad edib.

Əlbəttə ki, kimliyindən asılı olmayaraq, heç kimin, özü də belə cavan yaşında zindana düşməsini kimsə arzulamaz. Lakin bu qəzanı törədən N.Allahverdiyev insanların şüurunda kimin yaxını olduğu, bu qəzanı neçə yüz minlik maşında və necə törətdiyi, ümumiyyətlə nəyə, kimə arxayın olub özünü belə apardığı kimi suallarla assosiasiya olunur. Bu kateqoriyadan olanlara qarşı isə cəmiyyətin böyük kəsimində qıcıq, bəzən isə kin, hiddət var.

Əlbəttə ki, hər kəs soruşa bilər – axı doğrudan da, kimdir Əli Həsənov, kimdən artıqdır? Azərbaycan üçün bu qədərmi əhəmiyyətli, böyük xidmətləri olan, milləti, xalqı üçün fədakarlıq etmiş, canını vətən yolunda qoyan bir vətəndaş, məmurdur?Onun rəhbərliyi dövründə “Qaçqınkom”dan narazı qalmayan qaçqın, köçkün oldumu? Adamın qohum-əqrabasının adına olan mülklərin, var-dövlətin, biznesin sorağı Almaniyadan belə daha haralardan gəlmir, amma yenə də “Qaçqınkom”un sədrliyindən gedəndə xidməti “BMW”-sini də özü ilə apardı. Nədən onun nəvəsi hansısa üstünlüyə malik olmalı, 2 nəfərin ölümünə görə 2 il yatıb çıxmalıdır, hansısa kasıb isə buna bənzər qəzaya görə dəfələrlə ağır cəzalara məhkum edilməlidir?

Hətta tam bəraət tələb edən vəkilin məhkəməyə müraciətindən belə məlum olur ki, sən demə N.Allahverdiyevin yanında oturan mərhum cavan oğlan hələ qəza baş verməmişdən dünyasını dəyişib, maşının qəzaya düşməsi isə təkərinin partlaması nəticəsində baş verib və heç bir avtoxuliqanlıq, başqa maşınla qaçdı-tutdu oyunu olmayıbmış… Və belə görünür ki, məhkəmə də buna “inanır”, yoxsa nədən Əli Həsənovun nəvəsini azad etsin ki? Bu nə deməkdir? Bu o deməkdir ki, Azərbaycan məhkəməsi Əli Həsənovun nəvəsinin “Galenvagen”inin partlayan təkərinin altında qalıb…

Təbii ki, burada hər şey gün kimi aydındır, bu, Azərbaycan reallığıdır. Sadəcə, düşündürücü məqam budur ki, ilin əvvəlində verilmiş ölkə başçısının məhkəmə islahatları ilə bağlı fərmanı doğrudan da bu sahədə canlanmaya səbəb oldu və cəmiyyəti xeyli ümidləndirdi. Bəs Əli Həsənovun nəvəsilə bağlı verilən az qala bəraət mahiyyəti daşıyan bu məhkəmə qərarı həmin fərmanın tələblərilə nə dərəcədə uzlaşır?…

Yeri gəlmişkən, qəzada ağır xəsarətlər alan Türkiyə vətəndaşları hələ də tam sağalmadıqlarını, qarşı tərəfin onların məsrəflərini və müalicə xərclərini ödəmədiklərini idddia edirlər və bunu Türkiyənin aparıcı telekanalları yayımlayır. Bu isə onsuz da Azərbaycanın məmur ordsusunun həsəd aparılmayacaq imicini növbəti dəfə yerdən-yerə vurur.

Tanınmış vəkil Adil İsmayılov Hacı Məmmədovun işilə bağlı “AzPolitika”da da dərc olunan yazısında məhkəməyə sədrlik edən hakim Əli Seyfəliyevlə dialoqundan söz açır. Hakimin dediklərinə fikir verin: “Siz elə bilirsiniz ki, mən yazdıqlarınızı bilmirəm? Necə fikirləşirsiniz, mən Baş prokurorun imzası ilə təsdiq olunmuş ittiham aktı ilə məhkəməyə daxil olan işi geri qaytarmalı idim? Özünüz ağıllı adamsınız, bunun nəticəsinin nə olacağını məndən də yaxşı bilirsiniz…”

Yaxud, olsun məlum fərmandan sonra bir neçə hakimin bütün əndazələri aşan əməllərinə görə səlahiyyətlərinə xitam verilməsi, hətta rüşvətə görə həbs olunması. Budur Azərbaycan hakiminin durumu, günü, güzəranı – bir gözü “yuxarıların” tapşırıqlarında, o biri gözü “müştərilərin” cibində!

Hörmətli Əli Həsənov isə hələ 2015-ci ildə uzaq İndoneziyadan gələn bir nümayəndə heyətinin qarşısında çıxış edərkən Avropa Parlamentini korrupsiyaya bulaşmış bir qurum adlandırmışdı və bu qurumla bağlı görün nə demişdi: “Pulunu ver, hansı qərarı istəyirsən hazırlayıb versinlər!…”

Bəli, Əli müəllim bunu Avropa Parlamenti üçün deyib və deyilənlərin Azərbaycan məhkəmələrilə heç bir əlaqəsi yoxdur…(AzPolitika.info)[xfgiven_video][/xfgiven_video][xfgiven_video2][/xfgiven_video2]
Oxşar xəbərlər
Sahil Babayev bu ailəni də sosial yardımsız qoyub... - İşsizdən iş yerindən arayış istəmək nə?..
Asataranın icra başçısı belə şəraitdə yaşayarmı? - GİLEY
Sakinlər
Gədəbəydə niyə səfərbər ola bilmirik... - İTTİHAM
Bakıda içkili qadın yolda yatdı - Əri oyada bilmədi (Video)
“Sevgilisi üçün tikdirdi və…” - Elarizin başı bəlalı evindən fotolar
Universitetlərdən daha bahalı özəl orta məktəblər - 70 min manat civarında illik təhsil haqqı...
Baku Medical Plaza-da dəhşət: nazirlik və rəhbərlik suallardan qaçır - Ölümlə bitən əməliyyat və saxta diplom iddiasi
Azərbaycan səhiyyəsi xəstəni necə dağa-daşa salır... - GİLEY
Bakıda 6,3 milyonluq yolun açılışı oldu – VİDEO
Rövşən Bağırovun durumu gərgindir - İcra başçısına cinayət işi açıla bilər
Kamal Abdulla məhkəməyə verildi – İşdə nazirin də adı hallanır
Sahibkar çıxılmaz vəziyyətdə Prezidentdən kömək istəyir... - VİDEOGİLEY
Jurnalistləri şantaj edib pul qazanmaq istəyən ,,jurnalist''i tanıyaq
Şakir İmanov dövlət torpağını satışa çıxarıb... - Əhmədzadənin kadrından ÖZBAŞINALIQ
“Bank sektorunda yeni böhran yetişir” - İDDİA
İmişlidə dövlət bayrağımıza sayğısızlıq... - FOTOFAKT
Səfər Mehdiyev yeni olsa da, barəsində təftiş qərarı verilib... - İDDİA
İnam Kərimovu bitirən səbəb: - KTN-na nəzarət digər qurumlara tapşırıldı?
Alimpaşa Məmmədov yeni
Başsız qalan rayonda naqolay işlər... - FOTOFAKT
Peşə təhsilində karusel əməliyyatı - İTTİHAM
Cahangir Əsgərov bütün xarici hava yolları şirkətlərini bir-bir sıradan çıxardı - İTTİHAM
Xətai RİH-də hakimi-mütləq kimdir? - İDDİA
Tikinti şirkətləri iflasın astanasında: - İnşaat şəhərdən kənara köçürüləcək?
Oliqarx deputatların mandatlı son yayı - Kimlər gedəcək?
Vüsal Kərimlini yıxıb-sürüdülər: - 'Axmaq sən və sənin komandandır'
BARIT CƏLLƏYİNƏ BƏNZƏYƏN SAATLI: S. CABBAROV - İ. QULİYEV FİRONLUGU davam edir, daha ciddi,daha kəskin... - Jurnalist ölkə başcılarına müraciət etdi - Şok Video
Göyçayda Qaraməryəm kənd stadionu iş adamı tərəfindən ZƏBT EDİLİB - Vitse-prezident Mehriban xanım Əliyevaya MÜRACİƏT - Video
«    Сентябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏDƏNİYYƏT