Nəsib Həsənov Azərbaycanın milyardlarını niyə xaricdə gizlədir?

Nəsib Həsənov Azərbaycanın milyardlarını niyə xaricdə gizlədir?“Nobel Oil” şirkətinin və CRA Holdingin sahibi Nəsib Həsənov Azərbaycandan qazandığı pulları ölkəyə gətirmir və bu yolla Azərbaycan iqtisadiyyatına böyük ziyan vurur

Azərbaycanın neft baronu Nəsib Həsənovun Azərbaycandakı şirkətlərində ciddi problemlər müşahidə olunur. AzToday.az saytına daxil olan məlumata görə, “Nobel Oil” şirkətinin və CRA Holdingin sahibi olan Nəsib Həsənovun ölkədə fəaliyyət göstərən “NORM sement” zavodunda və neft hasilatı ilə məşğul olan şirkətlərində işçilərə aylardır maaş verilmir. Bununla bağlı şirkətin işçiləri arasında narazılıq böyüüyür.

Halbuki həmin şirkətlərin maliyyə göstəriciləri kifayət qədər normaldır. İqtisadi Böhrana baxmayaraq Nəsib Həsənovun rəhbərliyi altında olan “NORM sement” zavodu Orta Asiya başda olmaqla xarici bazara məhsul ixrac edir. Bu baxımdan işçilərin 3 ay müddətində maaş almamamsı əsaslı şübhələrə yol açır və beynəlxalq arenada böyük layihələrin iştirakçısı olan “Nobel Oil” şirkətində, həmçinin “NORM sement” zavodu kimi rentabbelli bir müəssisədə fəhlələrin maaşlarının gecikməsi heç də adi hal kimi qəbul oluna bilməz. Çünki nə “Nobel Oil”, nə də “NORM sement” hal-hazırda ziyanla işləmir, əksinə böyük gəlirlər əldə edirlər.

Politika.Az xəbər verir ki, AzToday.az-a daxil olan məlumatlarda iddia olunur ki, Nəsib Həsənov ölkədən çıxardığı pulları heç bir halda geri gətirmək istəmir və xarici banklara yerləşdirir. İş adamının bu addımarı ölkədə iqtisadi vəziyyəti daha da pisləşdirir. Qeyd edək ki, ölkə prezidenti İlham Əliyev dəfələrlə xaricdə saxlanılani pulların Azərbaycan iqtisadiyyatına yeniədən sərmayə olara qaytarılmasını əsas prioritet vəzifə olaraq iş adamlarının qarşısına qoyub.

Qeyd edək ki, Nəsib Həsənovun CRA Holdinqinə daxil olan şirkətlər Azərbaycanın ən böyük şirkətləri hesab olunur. Bu şirkətlər sırasında “Nobel Oil”, “Bakcell”, “Nar Mobile” “NORM sement” kimi Azərbaycanın böyük şirkətləri yer alır. Bundan başqa mənbə bildirir ki, Nəsib Həsənov Azərbaycanın əczaçılıq bazarında əsas monopolistlərindən biri hesab olunur.

Onu da qeyd edək ki, CRA holdinqin mühafizə xidməti peşəkarlığı ilə diqqət çəkir. Belə ki, mühafizə şirkətində çalışanların böyük əksəriyyətinin zamanında Dövlət Xüsusi Mühafizə Xidmətində işçiləri olduğu qeyd olunur. Mənbə bildirir ki, bu mühafizə xidməti ən yeni texnologiya ilə təmin olunub.

Qeyd edək ki, CRA Holding və Nobel Oil şirkətinin baş ofisləri Londonda yerləşir. Bakıda şirkətlərin nümayəndələri var. “Nobel Oil” şirəkətinin Bakıdakı baş ofisi Qız Qalasının yaxınlığında yerləşir. Mənbə bildirir ki, son üç ayda bu ofisdə çalışanların belə maaşlarının verilməsində problemlər yaranıb. Nəsib Həsnovun haızrda Londondan biznesini idarə etdiyi bildirilir. Həmçinin Nəsib Həsnovun adı offşor əməliyyatlarında davamlı olaraq keçir.

Xatırladaq ki, Nəsib Həsənov 2014-cü ildə Londonda tədqiqat və hasilat biznesini qurub. Hazırda “Nobel Upstream” şirkətinin Azərbaycanda və ABŞ-ın Texas ştatında – Hyustonda texniki və kommersiya qrupları işləyir.

«Nobel Uptsream»in “Maclure” yatağında pay əldə etməsi üzrə razılaşma artıq imzalanıb. Sövdələşmənin məbləği açıqlanmır.

1991-ci ildə kəşf olunmuş yataq Aberdindən 175 mil şimal-şərqdə, Şimal dənizinin mərkəzində yerləşir. Yatağın operatoru “Maersk” şirkətidir. Şirkətin baş icraçı direktoru, “BP Rusiya”nın keçmiş prezidenti Jeremy Huck-dır. “Bu razılaşma bizim artım strategiyamızın, Azərbaycanda və Şimali Amerikada mövcud portfelimizin vacib bir hissəsidir», – o bildirib.

Azadlıq radiosunun məlumatına görə, “Nobel Upstream»in Londonda qeydiyyatdan keçmiş “Nobel Oil» ana şirkəti 2014-cü il hesabatlarını verməyibmiş. “Nobel Oil» tamamilə cənab Həsənova məxsusdur. Şirkət 2005-ci ildə Azərbaycanın neft-qaz sənayesinə texniki təchizat məqsədilə yaradılıb. Ancaq sürətlə şaxələnib, qazma, neft ticarəti və bir sıra başqa sahələr üzrə filiallar yaradıb. Rumıniyada da yanacaqdoldurma məntəqələri şəbəkəsi var.

Şirkət bu yaxınlarda tədqiqat və hasilat işinə girişib, Azərbaycanda “Ümid” və “Babək” qaz yataqları blokunda da birgə müəssisə vasitəsilə tədqiqat işi aparır. Bu yataqda 20% payı var.

Qrup Nobel qardaşlarının adını daşıyır. Ludwig və Robert Nobel qardaşlarının “Branobel» şirkəti 19-cu əsrin sonunda bir yatağın işlənməsi ilə fəaliyyətə başlayıb, 20-ci əsrin əvvəlində nəhəng şirkətə çevrilib.

Qeyd edək ki, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza da “Nobel Upstream” şirkətinin Direktorlar Şurasının üzvüdür[xfgiven_video][/xfgiven_video][xfgiven_video2][/xfgiven_video2]
Oxşar xəbərlər
BARIT CƏLLƏYİNƏ BƏNZƏYƏN SAATLI: S. CABBAROV - İ. QULİYEV FİRONLUGU davam edir, daha ciddi,daha kəskin... - Jurnalist ölkə başcılarına müraciət etdi - Şok Video
Göyçayda Qaraməryəm kənd stadionu iş adamı tərəfindən ZƏBT EDİLİB - Vitse-prezident Mehriban xanım Əliyevaya MÜRACİƏT - Video
Pirverdiyev işçilərin pulunu vermir - GİLEY
Vergilər nazirliyi oliqarxlara qarşı... HƏRƏKƏTƏ KEÇDİ
Bir köşədə xımr-xımır yeyən Qocayevdən xəbər var - İDDİA
Tovuzun icra başçısı bu işi gizlincə edir... - Daha bir məmur ÖZBAŞINALIĞI
İcra başçısı İlham Əliyevin saldırdığı parkı məhv edib – Bina tikdirir
Siraqəddin Cabbarov işini-gücünü buraxıb... - QALMAQAL
Ya DGK sədri dəyişməlidir, ya da DGK sədri dəyişməlidir... - Səfər Mehdiyev o adam deyildi...
Vilayət Eyvazov kriminal şəxslərlə fotosu yayılan polisləri cəzalandırdı - FOTO
“Təfəkkür”ün
Səfər Mehdiyevin gömrüyü belə işləyir... - Buna son qoyulacaqmı?
Ağacan Abıyevin adı “diplom işi”ndə hallanır – Saxtalaşdırılmış imza, yoxsa?…
Novruz Məmmədovdan — YENİ QƏRAR
Qəzaya uğramış hərbi təyyarəmizin qalıqları tapıldı
İcra başçısının qardaşı oğluna qarşı 965000 dollarlıq dələduzluq
Özünü asan mərkəz direktorunun ailə problemləri olub
Deputatla şərik bina tikdirən başçı müavini Şahmar İbadov, Mehriban Əliyevanın adından belə istifadə edir- VİDE
Kərimovlar ailəsinin Londondakı sərvəti – Sabiq icra başçısı ölkə xaricinə milyonlar daşıyıb
Əlillərə verilən prezident təqaüdü dayandırıla bilər: - YENİ QAYDALAR
Bakıda təkrar mənzil bazarında qiymətlər artıb
Azərbaycanda öz qohumu ilə cinsi münasibətdə olanların sayı artıb - Tanınmış psixoloqdan ŞOK AÇIQLAMALAR
“Pulunu ver, hansı qərarı istəyirsən hazırlayıb versinlər!…” - Əli Həsənovun Avropa Məhkəməsinə İRADI
Ata və oğul milyonları necə ələ keçirib? – Şok fırıldaq
Başçıdan gölməçədə yaşayan ailəyə və prezidentə yalan - sement maxinasiyası/Video
Ağdam musiqi kollecində 200 minlik skandal: Rafael Musayevə şok ittihamlar
Mahir Mədətov APOEL-in oyunçusuna:
Azərbaycanda bu şəxslərin də maaşı ARTIRILDI — SİYAHI
“Qırmızı körpü”dən Türkiyəyə yeni yol çəkilir – cəmi 4 saata çatacaqsınız
“Əlimdə tərbiyəsiz səs yazıları var” – Elşad keçmiş gəlinini polisə verir
«    Август 2019    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏDƏNİYYƏT