Burada təhsildən başqa hər nə desən var... - İTTİHAM

Burada təhsildən başqa hər nə desən var... - İTTİHAM

İki il əvvəl Nazirlər Kabinetinin orta ixtisas təhsili müəssisələri şəbəkəsinin optimallaşdırılması məqsədilə verdiyi qərara əsasən, bu müəssisələrdə təkrarlanmanın aradan qaldırılması, idarəetmənin, maliyyələşdirmənin, kadr hazırlığının səmərəsinin və keyfiyyətinin yüksəldilməsi məqsədi ilə bir neçə kollec bir-birinə, o cümlədən, Bakı Sosial Pedaqoji Kolleci Bakı Humanitar Kollecinə birləşdirildi. Bu proses bəzi assosiasiyalarla, eləcə də ixtisar olunan kadrların etirazı ilə müşayiət olundu. Amma nə dəyişsə də, əvvəllər Bakı Sosial Pedaqoji Kollecinə, sonradan isə birləşmiş müəssisəyə — Bakı Humanitar Kollecinə rəhbərlik edən Vaqif Əmiraslanovun korrupsiyaya əsaslanan iş metodu dəyişmədi ki, dəyişmədi. Bu günlərdə Bakı Humanitar Kollecinin qiyabi şöbəsində təhsil alan I kurs tələbələrindən birinin valideyni redaksiyamıza müraciət edərək bu təhsil müəssisəsində tüğyan edən rüşvətxorluqdan gileylənmişdir. Övladının adının açıqlanmasını hələlik istəməyən valideyn Təranə xanım bildirir ki, qızı imtahana hazırlaşsa da, qiyabi şöbənin müdiri Günel müəllimə ilə kollecin tədris işləri üzrə direktor müavini Nərgiz Mustafayeva birləşərək, ondan rüşvət tələb edir, «gözümçıxdıya salırlar». Valideynin sözlərinə görə, adları çəkilən müəllimlər həmin tələbin direktor Vaqif Əmiraslanovdan gəldiyini, yaxşı oxuyub-oxumamasından, imtahana necə hazırlaşmasından asılı olmayaraq, bütün tələbələr qarşısında qoyulduğunu bildiriblər. Ölkə ictimaiyyətinə bəllidir ki, Bakı Humanitar Kollecinin direktoru Vaqif Əmiraslanov akademik, millət vəkili Əhliman Əmiraslanovun qardaşıdır. Vaqif müəllim indiyə kimi görkəmli alimin himayəsindən geninə-boluna istifadə edib. Amma görünür, qardaşının nüfuzunu xərcləyib tükədən Vaqif Əmiraslanov daha Böyük Dayağa ehtiyac duyub. Təsadüf onu çox axtarmağa qoymayıb. Etibarlı mənbədən aldığımız məlumata görə, kollecin əsas korpusunu ölkənin ikinci hakim ailəsi sayılan Paşayevlərə məxsus bir şirkət alıb. Korpusun binası dövlətə məxsus olsa da, Vaqif Əmiraslanov «cınqırını çıxartmadığına» görə Paşayevlərin qarşısında bir növ siyasi devident qazanıb və məhrəm məclislərdə bununla öyünməkdən də utanmır. Onun bu mübhəm sükutu tələbələri didərgin salıb və gənclər «İdrak» liseyinin köhnə binasına sığınmağa, birtəhər uyğunlaşmağa məcbur olublar. Təsəvvür edin, liseyin-şagirdlərin bəyənmədiyi binaya kollec-tələbələr yerləşdiriliblər. Bu, tənəzzül deyilmi? Ardından süqutun gəlişini istəmiriksə, təcili və təxirəsalınmaz tədbir görmək — Vaqif Əmiraslanovla vidalaşmaq lazımdır \\deryaz.az\\[xfgiven_video][/xfgiven_video][xfgiven_video2][/xfgiven_video2]
Oxşar xəbərlər
Tibb Universiteti tibdən başqa nə öyrədir?
“Bakcel”in 4 milyona qarşı növbəti “fırıldağ”ı-Audio
DSMF üçün məhkəmə qərarı rol oynamır? - GİLEY
İcra başçısı vətəndaşın 6 sot torpağını mənimsəyib? - GİLEY
Gəncə səhiyyəsində ürəkağrıdan mənzərə - İTTİHAM
Gəncədə öz krallığını qurmaqdadır... - İcra başçısının nəqliyyat maraqları...
YASAMAL RAYONUNUNUN YENI ICRA BAŞÇISININ YENI QANUNSUZLUQLARI-VIDEO
RƏQƏMLƏRİ ŞİŞİRDƏN SALEH MƏMMƏDOV PREZİDENTİN AD GÜNÜNƏ SAXTA HƏDİYYƏ HAZIRLAYIR-VİDEO
Oqtay Şirəliyevin Şəkidə açdığı bazar... - pullu analizlər, firma dərmanları
Keçmiş nazirin şirkəti borclu məcburi köçkünün başına oyun açdı... - İDDİA
Oğuzun bu kəndi ibtidai şərtlərlə yaşayır... - GİLEY
Tac Mahal MTK-nın tikdiyi binada dərə xəlvət, tülkü bəydir - NARAZILIQ...
Keçmiş Bakı merinin adı borc qalmaqalında - İTTİHAM
Sahil Babayevin işçiləri əl-ayağa düşüb... - İLGİNC
Səhiyyə sistemində daha bir biabırçı mənzərə... - Nazirlik görməzdən gəlir...
Oqtay Gülalıyev ikinci dəfə əməliyyat olunur
Azərbaycanda bu telekanal bağlandı
Qubad İbadoğlu: “Bu sistem insanların pensiya almamasına hesablanıb”
Qaraşov və Sultanov məxvi rejimə keçib, Vaqiv Cavadov inciyib- ŞİMAL MEŞƏLƏRİNDƏ EKOLOJİ FƏLAKƏT DAVAM EDİR
Mehriban Əliyeva 650 min ağac əkilməsinə start verib, Qubada isə əksinə- AĞAC SOYQIRIMI GEDİR
İki nazirliyin əlillik “təcrübəsi” - və ya saxtakarlıq necə aşkarlanmalıdır?
Bu şirkət nazir müavininə söykənib... - İTTİHAM
Babəkin icra başçısı da narazılıq yaradır - GİLEY
Saatlıdan Bakıya yalan məlumat ötürülür... -
Bu təhsil ocağında təhsildən başqa hər şey var... - İDDİA
Milli Məclisdəki +70 deputatların siyahısı – Onlar da gedir...
Eldar Quliyevlin təhsil ocaqlarında nə baş verir? – Daha bir müraciət
Bu rayonların İcra başçıları vəzifələrini itirə bilər - SİYAHI
Ramin Quluzadəyə İTTİHAM -
«    Декабрь 2019    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏDƏNİYYƏT