Zakir Fərəcovun “qaranlıq adamı”: MTN-nin oğurladığı, medal alan Gündüz Əliyev kimdir?

Zakir Fərəcovun “qaranlıq adamı”: MTN-nin oğurladığı, medal alan Gündüz Əliyev kimdir?

Zakir Fərəcovun 2015-ci il sentyabrın 2-də Sumqayıta icra başçısı təyin olunmasından sonra şəhərdə abadlıq işləri çərçivəsində xeyli iş görülüb.

Lakin bu zahiri abadlığın arxasında qaranlıq proseslər gedir. Bu prosesin əsas hissəsi şəhər rəhbərliyində aparılan kadr islahatıdır ki, yerli mediada səslənən iddialara görə, Prezidentin ehtiyat fondundan şəhərin abadlaşdırılması məqsədilə ayrılan vəsaitlərin necə xərcləndiyi hələ ki araşdırılmasa da, lakin bəzi məmurlar abadlaşdırma işlərini bəhanə gətirərək buradakı iş adamlarından da pul yığıblar. Onların məhz Zakir Fərəcovun sərəncamı ilə vəzifə aldıqları və bundan sonra böyük kapitala sahib olduqları da vurğulanır. Baş verənlərlə bağlı AzToday.az-a daxil olan məlumata görə, Sumqayıt vadisində ciddi kapital və söz sahiblərindən biri də Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Gündüz Aydın oğlu Əliyevdir.

Bildirək ki, gənc G.Əliyev icra başçısının elə sevimli kadrına çevrilib ki, cəmi bir neçə ildir dövlət qulluğunda çalışmasına baxmayaraq onun haqqında dövlət başçısına təqdimat verilib və təxminən bir ay öncə Dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə Sumqayıt şəhər İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Əliyev Gündüz Aydın oğlu “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

Gündüz Əliyevin belə qısa zamanda hansı fərqlənmələrə imza atdığını dəqiq deyə bilmərik. Amma bu şəxslə bağlı AzToday.az olaraq google axtarış sistemi üzərindən apardığımız araşdırmalarda maraqlı məlumatlara rast gəldik. Məsələn, yerli mediada bildirilir ki, “başçının etibarlı adamı sayılan Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Gündüz Əliyev Fərəcovu guya aldadaraq Nizami parkı ərazisindəki tikinti ilə bağlı sənədə imza atdırıb. Sonradan məlum olub ki, Gündüz Əliyev başqasının adına parkda özünə obyekt tikdirib”. Bundan başqa G.Əliyevin Sumqayıtda bir neçə obyektə sahib olması haqda da məlumatlar var ki, bu obyektlər arasında şəhər bulvarındakı “Gənclik city” mərkəzi ən öndə gedənidir. Bu məkanın açılış mərasimində Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, idarə və müəssisə rəhbərləri, şəhərin ictimaiyyət nümayəndələri iştirak edib. Onu da bildirək ki, G.Əliyev Zakir Fərəcov komandasında yer almamışdan öncə də Sumqayıtda imkanlı iş adamlarından biri kimi tanınıb. 2002-ci ildən Sumqayıtda özünə məxsus bağ sahəsində mebel sexi açaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olan G. Əliyevin sexi sonralar tenderlərdə qalib gəlmiş podratçı şirkətlərin sifarişi ilə subpodrat işləri də həyata keçirib. Onun maddi imkanları o zamankı “MTN çetesi”nin də diqqətini çəkib və 2014-cü ilin sonlarında Sumqayıt şəhərinin Heydər Əliyev prospektində yerləşən «Buta» kafesində keçirilən “əməliyyat” zamanı G.Əliyevə çatmalı olan 161 min manat pul ələ keçirilib.

Sumqayıtdakı mənbələrdən AzToday.az-a daxil olan məlumata görə, Gündüz Əliyevin hazırki maddi imkanları onun siyasi iddialarını da artırır. Belə ki, ölkə rəhbərliyi tərəfindən medalla təltif olunan gənc məmur artıq daha ciddi postlara sahiblənmək fikrindədir. Bunun üçünsə onun şəhərin müxtəlif vəzifə sahiblərinə qarşı gizli qara piar kampaniyası apardığı və özünü icra başçısının yanında “aydan arı, sudan duru” göstərməyə çalışdığı bildirilir.[xfgiven_video][/xfgiven_video][xfgiven_video2][/xfgiven_video2]
Oxşar xəbərlər
Tibb Universiteti tibdən başqa nə öyrədir?
“Bakcel”in 4 milyona qarşı növbəti “fırıldağ”ı-Audio
DSMF üçün məhkəmə qərarı rol oynamır? - GİLEY
İcra başçısı vətəndaşın 6 sot torpağını mənimsəyib? - GİLEY
Gəncə səhiyyəsində ürəkağrıdan mənzərə - İTTİHAM
Gəncədə öz krallığını qurmaqdadır... - İcra başçısının nəqliyyat maraqları...
YASAMAL RAYONUNUNUN YENI ICRA BAŞÇISININ YENI QANUNSUZLUQLARI-VIDEO
RƏQƏMLƏRİ ŞİŞİRDƏN SALEH MƏMMƏDOV PREZİDENTİN AD GÜNÜNƏ SAXTA HƏDİYYƏ HAZIRLAYIR-VİDEO
Oqtay Şirəliyevin Şəkidə açdığı bazar... - pullu analizlər, firma dərmanları
Keçmiş nazirin şirkəti borclu məcburi köçkünün başına oyun açdı... - İDDİA
Oğuzun bu kəndi ibtidai şərtlərlə yaşayır... - GİLEY
Tac Mahal MTK-nın tikdiyi binada dərə xəlvət, tülkü bəydir - NARAZILIQ...
Keçmiş Bakı merinin adı borc qalmaqalında - İTTİHAM
Sahil Babayevin işçiləri əl-ayağa düşüb... - İLGİNC
Səhiyyə sistemində daha bir biabırçı mənzərə... - Nazirlik görməzdən gəlir...
Oqtay Gülalıyev ikinci dəfə əməliyyat olunur
Azərbaycanda bu telekanal bağlandı
Qubad İbadoğlu: “Bu sistem insanların pensiya almamasına hesablanıb”
Qaraşov və Sultanov məxvi rejimə keçib, Vaqiv Cavadov inciyib- ŞİMAL MEŞƏLƏRİNDƏ EKOLOJİ FƏLAKƏT DAVAM EDİR
Mehriban Əliyeva 650 min ağac əkilməsinə start verib, Qubada isə əksinə- AĞAC SOYQIRIMI GEDİR
İki nazirliyin əlillik “təcrübəsi” - və ya saxtakarlıq necə aşkarlanmalıdır?
Bu şirkət nazir müavininə söykənib... - İTTİHAM
Babəkin icra başçısı da narazılıq yaradır - GİLEY
Saatlıdan Bakıya yalan məlumat ötürülür... -
Bu təhsil ocağında təhsildən başqa hər şey var... - İDDİA
Milli Məclisdəki +70 deputatların siyahısı – Onlar da gedir...
Eldar Quliyevlin təhsil ocaqlarında nə baş verir? – Daha bir müraciət
Bu rayonların İcra başçıları vəzifələrini itirə bilər - SİYAHI
Ramin Quluzadəyə İTTİHAM -
«    Декабрь 2019    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏDƏNİYYƏT