Nazir nəzarət etməyəndə belə olur... - GİLEY

Nazir nəzarət etməyəndə belə olur... - GİLEY

Bərdə şəhər Zərifə Əliyeva adına məktəb-litseydə və Çələbilər kənd orta məktəbində şagirdlərə pulsuz xarici dillər tədris edən müəllimə qarşı təzyiqlər edilir. Müəllim təhsil nazirinə ünvanladığı müraciətin bir surətini də göndərib.

İbrahim Cəfərov paytaxtın ən prestijli məktəblərindən və hazırlıq kurslarından dəvətlər olduğu halda, ucqar kəndə gedib ordakı uşaqları savadlı yetişdirmək məqsədilə bu təkliflərdən imtina edən fədakar müəllimdir.

Hazırda Bərdə rayonunda işləyir. Azərbaycanın ən çox dil bilən poliqlotudur. 25 dili yaxşı bilir, 50-dən artıq dildə danışa bilir. İşlədiyi məktəblərdə 300-dən artıq şagirdə tam pulsuz olaraq xarici dilləri tədris edir.

Bu məşğələlərə lazım olan xərcləri də öz cibindən ödəyir. Lakin rayondakı pullu hazırlıq kurslarının rəhbərlərinin və onlarla əlbir olan məktəb direktorlarının bu pulsuz məşğələlərin yığışdırılması üçün müəllimə qarşı təzyiqləri davam edir.

Çələbilər kənd orta məktəbinin rus dili müəllimi İbrahim Cəfərov təhsil naziri Ceyhun Bayramova yazıb ki, bu ilin 11 aprelində Samuxda təhsil işçiləri ilə keçirdiyiniz qəbulda iştirak edib:

“Şikayətlərimə baxılması əvəzinə mənə qarşı təzyiqlərlə nəticələndi. Qəbul zamanı Murad Camalzadə ilə görüşdüm və vəziyyəti tam şəkildə izah etdim, o isə öz növbəsində mənim iştirakım ilə araşdırma aparılacağını bildirdi.

Qəbul zamanı mənim yanımda təhsil şöbəsinin müdiri Rzaqulu müəllimə zəng etdi. Demək gec başa düşmüşəm, bu, onların oyunlarının bir hissəsi imiş. Təzyiq etmək.

Belə ki, 19 aprel tarixində 9 saylı ƏMHM rəisi Elçin Həsənzadənin göstərişi ilə (niyə onun göstərişi ilə çünki qəbulunda olmuşdum, məsələnin həll olunacağına söz vermişdi lakin…)

Akademik Z.Əliyeva adına məktəb-litseydə direktor, psixoloq və sinif rəhbərləri (Şəbnəm və Afaq müəllimələr) dərs dediyim 5b və 5c sinif şagirdlərinə təzyiq edərək əleyhimə tamamilə yalandan ibarət olan ərizə yazdırıblar.

Şagirdlər bu yalanlara imza atmaqdan imtina edəndə onlara deyiblər ki, narahat olmayın, artıq aprel 24-dən İbrahim müəllim sizə dərs deməyəcək.

Valideyinlərlə apardığım söhbətdən sonra məlum olub ki, onlar öz uşaqlarına belə saxta ərizə yazdırıldığından xəbərsizdirlər və buna öz kəskin etirazlarını bildiriblər. Bu əməli tutanların dərhal cəzalandırılmasını xahiş edirəm”.

İ.Cəfərov nazirin nəzərinə çatdırıb ki, bu, birbaşa uşaqların psixikasını pozmağa yönəlmiş addımdır: “Bundan başqa, müəllimin işgüzar nüfuzunu ləkələnməsidir.

Bu hadisədən əvvəl isə şagirdlərə dərsdən kənar təmənnasız olaraq xarici dillər tədris etməyimin qarşısı alındı. Bütün şagirdlər könüllü olaraq dərsdənkənar məşğələlərə qalırdı, lakin direktor şagirdlərin pulsuz xarici dil öyrənməsinin qarşısını almaq üçün sinifə girib bunun məcburi olmadığını dedi.

Bildirdi ki, bu məşğələyə gəlməyinizə ehtiyac yoxdur. Direktorun dediyindən belə çıxdı ki, uşaqları aldadıb onlara zərər vururam.

Lakin nədənsə, həmin direktor şagirdlərin dərsdənkənar pullu xarici dil kurslarına və digər fənlərdən olan məşğələlərə getməsinə qarşı çıxmır, əksinə, bu kurslardan birini təşviq edir. Məktəbdə dərs deməyə bəzən otaq çatmır belə pullu hazırlıqların əlindən”.

Onun sözlərinə görə, akademik Zərifə Əliyeva adına məktəb-litseydə bir çox problemlərlə rastlaşıb: “9 saylı ƏMHM rəisi Eçin Həsənzadə 6 saat dərsimi deyib əlavə işlərə qarışmamağımı məsləhət bildi.

Mənə aydın deyil ki, bu şəxslər hansı səbəbdən mənim məktəblərdə şagirdlərə tam təmənnasız olaraq əlavə xarici dillər öyrətdiyimə qarşı çıxılır. Akademik Z.Əliyeva adına məktəb-litseydə də fakultativ və dərnəklər keçirilmir.

Bunu sübut etmək üçün məktəbin kameralarının çəkdiklərinə baxmaq kifayətdir. Bu barədə iradıma rayon təhsil şöbəsinin müdiri Rzaqulu Şərifov hədə-qorxu gəlməklə, həbs olunacağımla cavab verir.

Məktəbin direktor müavini Firdovsi müəllimin adına dərs saatları yazılıb, ancaq dərs keçmir (halbuki, mən elə uşaqlara həmin keçirilməyən dərslərin yerinə ödənişsiz dərslər keçirəm).

Məktəbin psixoloqu isə yalnız “Bərdə” hazırlıq kursunun biletlərini satmaqla məşğuldur. Bu yaxınlarda onu 5-ci sinifə dəvət etdim ki, bəs bir şagird var, dərslərini oxumur.

Ancaq mən bir müəllim kimi bu uşaqda potensial görürəm və xahiş edirəm ki, valideyini ilə danışın, pulsuz hazırlığıma gəlsin. Psixoloq şagirdlərin içində “bu uşaq nəsə öyrənə bilsə, adımı dəyişəcəm” dedi. Məktəbdə belə bir mühit yaradılıb.

Akademik Z.Əliyeva adına məktəb-litseyə kənar şəxslər yaxınlaşıb “Bərdə” hazırlıq kursuna bilet alırlar. Bu işə psixoloq baxır məktəbdə. Deyir ki, mən valideynlərə yaxşılıq edirəm, biletləri gedib uzaqdan almırlar.

Mən şəxsən hesab edirəm ki, bu hərəkət litseyin nüfuzunu aşağı salmağa yönəlib. Xahiş edirəm ki, məktəbdaxili pullu hazırlıqlara son qoyulmağına köməklik edəsiniz.

Məktəb-litseydə uşaqlar kompüter otağından istifadə etmirlər. Müxtəlif kurslar edirlər orda, şagirdə də deyirlər evdən kompüter gətirərsən. Bundan başqa, məktəb rəhbərliyi şagirdləri kitabxanaya cəlb etməyimə maneçilik törədir.

Bəzən elə olur ki, şagirdlərin dərsləri tez bitir və bacı qardaşlarını gözləməli olurlar. Həmin uşaqlar qışda soyuqda bayırda gözləməyə məcbur edilirlər.

Bərdə şəhəri 7 saylı məktəbdə də “Bərdə” hazırlıq kursları qeyri-qanuni fəaliyyət göstərir. Uşaqlara nə ödənişə görə çek verilir, nə də Təhsil şöbəsinə icarə pulu.

Beləliklə, həm vergi verməyərək xeyli vəsaiti dövlət büdcəsindən yayındırırlar, həm də məktəblərin binasını öz məqsədləri üçün istifadə edirlər. Adını da qoyurlar icra başçısınındır.

Bu yaxınlarda Vergilər Nazirliyinə bu haqda məktubla müraciət etmişəm. Lakin onlar da məsələni ört-basdır elədilər. Həmin kursun əməkdaşları məktəblərə gələrək kursun reklamını aparır və bu işdə də direktorlar köməkçi olurlar.

Hətta məcburi köçkün məktəblərində məcburi sınaq imtahanına bilet satırlar. Yenə də məktəbi icarəyə götürüb pullu sınaq imtahanı keçirirlər.

Məktəbin müşahidə kamerasının görüntülərinə baxmaq dediklərimin doğruluğunu sübut etmək üçün kifayətdir.

Hazırlığa gələn uşaqlar məktəbə tez gələrək məktəbin normal fəaliyyətinə müdaxilə edirlər. Xatırladım ki, orada dərslər saat 14-00 da başlayır.

Həmin kurslara Bərdənin uzaq kəndlərindən şagirdlər gəlirlər, halbuki bunun üçün onlar öz oxuduqları məktəbi azı saat 12-də tərk etməlidirlər.

Demək bu şagirdlər öz məktəblərində dərsdən yayındırılır və bu pullu kursa cəlb olunur.

Bərdə rayon təhsil müəssisələrinin rəsmi feysbuk səhifələrində direktorlar “Bərdə” hazırlıq kursunda diplom əldə etmiş uşaqlarla forolarını çəkdirib yayırlar. Açıq şəkildə həmin kursu reklam edirlər.

Ancaq maraqlı odur ki, işlədiyim məktəblərin (Çələbilər kənd orta məktəbi və akademik Z.Əliyeva adına məktəb-litsey) rəhbərləri mənim pulsuz olaraq xarici dilləri tədris etməyimə hər vəchlə mane olurlar.

Dəftərxanaların birində uşaqlar üçün materiallar çıxartmaq üçün öz vəsaitimlə kağız alırdım və buna görə də oraya pul borcum olurdu həmişə. Mənə dedilər ki, “sən bunları uşaqlara öz pulunla təmənnasız çıxardırsan, ancaq təhsil şöbəsinin işçiləri bir bağlama ağ kağızı bizə 1 manata satırlar” (kağızın bağlaması 6 manat ola-ola).

Məktəbə verilmiş avadanlıq və materialların şagirdlərə sərf olunması əvəzinə kənara satılması cinayətdir. Bu qədər qanunsuzluq, özbaşınalıq və yeyinti olan məktəb rəhbərliyi və rayon təhsil şöbəsi rəhbərliyi bu problemləri həll etmək əvəzinə mənə qarşı müxtəlif yollarla davamlı təxribat və şantajla məşğuldurlar”.

Yazıda adı keçən bütün tərəflərin mövqeyini dərc etməyə hazırıq. \\teref.az\\[xfgiven_video][/xfgiven_video][xfgiven_video2][/xfgiven_video2]
Oxşar xəbərlər
BARIT CƏLLƏYİNƏ BƏNZƏYƏN SAATLI: S. CABBAROV - İ. QULİYEV FİRONLUGU davam edir, daha ciddi,daha kəskin... - Jurnalist ölkə başcılarına müraciət etdi - Şok Video
Göyçayda Qaraməryəm kənd stadionu iş adamı tərəfindən ZƏBT EDİLİB - Vitse-prezident Mehriban xanım Əliyevaya MÜRACİƏT - Video
Pirverdiyev işçilərin pulunu vermir - GİLEY
Vergilər nazirliyi oliqarxlara qarşı... HƏRƏKƏTƏ KEÇDİ
Bir köşədə xımr-xımır yeyən Qocayevdən xəbər var - İDDİA
Tovuzun icra başçısı bu işi gizlincə edir... - Daha bir məmur ÖZBAŞINALIĞI
İcra başçısı İlham Əliyevin saldırdığı parkı məhv edib – Bina tikdirir
Siraqəddin Cabbarov işini-gücünü buraxıb... - QALMAQAL
Ya DGK sədri dəyişməlidir, ya da DGK sədri dəyişməlidir... - Səfər Mehdiyev o adam deyildi...
Vilayət Eyvazov kriminal şəxslərlə fotosu yayılan polisləri cəzalandırdı - FOTO
“Təfəkkür”ün
Səfər Mehdiyevin gömrüyü belə işləyir... - Buna son qoyulacaqmı?
Ağacan Abıyevin adı “diplom işi”ndə hallanır – Saxtalaşdırılmış imza, yoxsa?…
Novruz Məmmədovdan — YENİ QƏRAR
Qəzaya uğramış hərbi təyyarəmizin qalıqları tapıldı
İcra başçısının qardaşı oğluna qarşı 965000 dollarlıq dələduzluq
Özünü asan mərkəz direktorunun ailə problemləri olub
Deputatla şərik bina tikdirən başçı müavini Şahmar İbadov, Mehriban Əliyevanın adından belə istifadə edir- VİDE
Kərimovlar ailəsinin Londondakı sərvəti – Sabiq icra başçısı ölkə xaricinə milyonlar daşıyıb
Əlillərə verilən prezident təqaüdü dayandırıla bilər: - YENİ QAYDALAR
Bakıda təkrar mənzil bazarında qiymətlər artıb
Azərbaycanda öz qohumu ilə cinsi münasibətdə olanların sayı artıb - Tanınmış psixoloqdan ŞOK AÇIQLAMALAR
“Pulunu ver, hansı qərarı istəyirsən hazırlayıb versinlər!…” - Əli Həsənovun Avropa Məhkəməsinə İRADI
Ata və oğul milyonları necə ələ keçirib? – Şok fırıldaq
Başçıdan gölməçədə yaşayan ailəyə və prezidentə yalan - sement maxinasiyası/Video
Ağdam musiqi kollecində 200 minlik skandal: Rafael Musayevə şok ittihamlar
Mahir Mədətov APOEL-in oyunçusuna:
Azərbaycanda bu şəxslərin də maaşı ARTIRILDI — SİYAHI
“Qırmızı körpü”dən Türkiyəyə yeni yol çəkilir – cəmi 4 saata çatacaqsınız
“Əlimdə tərbiyəsiz səs yazıları var” – Elşad keçmiş gəlinini polisə verir
«    Август 2019    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏDƏNİYYƏT