Kürsüyə pərçimlənənlər: Vilyam Hacıyev, Eyvaz Hüseynov, Malik İsaqov... - Onların gedişi nə zaman olacaq...

Kürsüyə pərçimlənənlər: Vilyam Hacıyev, Eyvaz Hüseynov, Malik İsaqov... - Onların gedişi nə zaman olacaq...

Azərbaycanda elə icra başçıları var ki, onlar bir rayona rəhbər təyin edilir, sonra da uzun müddət həmin vəzifədə qalırlar.

Məsələn, Gülağa İslamov Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyətinin başçısı postunu 25 yanvar 1995-ci il tarixində tutmuş və düz 23 il həmin vəzifədə qalmışdı.

Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı olan Malik İsaqov isə düz 21 ildir eyni rayona rəhbərlik edir.

Ölkənin ən uzunmüddətli icra başçısı isə Eyvaz Hüseynovdir. O, Elçibəy hakimiyyəti zamanından bəri, nə az, nə çox, düz 27 ildir Xocavənd rayonunun rəhbəridir.

Lakin Azərbaycanda icra başçısı kimi zəngin tərcümeyi-hala malik olan, ən azı 3 rayona rəhbərlik etmiş şəxslər də var.

Qaynarinfo belə icra başçılarının kimliyini araşdırıb.

Belə ki, alnına icra başçılığı yazılanlarımız:

İmişli rayonu İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev bu vəzifəyədək iki rayona rəhbərlik edib. 26 mart 2004-cü ildə Göygöl (keçmiş Xanlar) rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyən Hacıyev, 7 fevral 2006-cı ildə Samux rayonunun rəhbərliyinə gətirilib. Burada 6 il çalışdıqdan sonra 14 aprel 2012-ci ildə İmişli rayonu İcra Hakimiyyətinin başçısı postuna təyinat alıb.

Saatlı rayonu İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov isə 18 illik rayon rəhbərliklərində 18 illik təcrübəyə malikdir. O, 2001-2006-cı illərdə Göyçay rayonuna, 2006-2011-ci illərdə Şamaxı rayonuna, 2011-2019-cu illərdə Sabirabad rayonuna rəhbərlik edib. 17 may 2019-cu ildə Saatlı rayonu İcra Hakimiyyətinin başçısı təyin olunan Nazim İsmayılov indiyədək ümumilikdə 4 rayonun icra başçısı postunu tutub.

Qobustan rayonu İcra Hakimiyyətinin başçısı Adil Məmmədov da indiyədək bir neçə rayona rəhbərlik edib. Azərbaycan Respublikası Prezidentinin sərəncamlarına əsasən 03.09.1994-cü ildən 25.08.2002-ci ilədək Oğuz rayonu İcra Hakimiyyətinin başçısı işləyən Məmmədov sonralar Qəbələ (25.08.2002-ci il – 26.03.2004-cü il) və Biləsuvar (26.03.2004-cü il – 26.04.2011-ci il) rayonlarının rəhbəri olub. 2011-ci ilin aprelindən isə Qobustan rayonu İcra Hakimiyyətinin başçısıdır.

25 illik icra başçılığı keçmişinə malik olan Novruz Novruzov isə 1995-2002-ci illərdə Lerik, 2002-2007-ci illərdə Goranboy, 2007-2019-cu illərdə isə Şabran rayon icra hakimiyyətlərinin başçısı vəzifəsində çalışıb. Ölkə başçısının 5 aprel 2019-cu il tarixli sərəncamı ilə Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Novruzov bununla da indiyədək 4 rayon dəyişmiş olub.

Onu da deyək ki, karyerası ərzində ən azı iki dəfə icra başçısı olanlar daha çoxdurlar.[xfgiven_video][/xfgiven_video][xfgiven_video2][/xfgiven_video2]
Oxşar xəbərlər
BARIT CƏLLƏYİNƏ BƏNZƏYƏN SAATLI: S. CABBAROV - İ. QULİYEV FİRONLUGU davam edir, daha ciddi,daha kəskin... - Jurnalist ölkə başcılarına müraciət etdi - Şok Video
Göyçayda Qaraməryəm kənd stadionu iş adamı tərəfindən ZƏBT EDİLİB - Vitse-prezident Mehriban xanım Əliyevaya MÜRACİƏT - Video
Pirverdiyev işçilərin pulunu vermir - GİLEY
Vergilər nazirliyi oliqarxlara qarşı... HƏRƏKƏTƏ KEÇDİ
Bir köşədə xımr-xımır yeyən Qocayevdən xəbər var - İDDİA
Tovuzun icra başçısı bu işi gizlincə edir... - Daha bir məmur ÖZBAŞINALIĞI
İcra başçısı İlham Əliyevin saldırdığı parkı məhv edib – Bina tikdirir
Siraqəddin Cabbarov işini-gücünü buraxıb... - QALMAQAL
Ya DGK sədri dəyişməlidir, ya da DGK sədri dəyişməlidir... - Səfər Mehdiyev o adam deyildi...
Vilayət Eyvazov kriminal şəxslərlə fotosu yayılan polisləri cəzalandırdı - FOTO
“Təfəkkür”ün
Səfər Mehdiyevin gömrüyü belə işləyir... - Buna son qoyulacaqmı?
Ağacan Abıyevin adı “diplom işi”ndə hallanır – Saxtalaşdırılmış imza, yoxsa?…
Novruz Məmmədovdan — YENİ QƏRAR
Qəzaya uğramış hərbi təyyarəmizin qalıqları tapıldı
İcra başçısının qardaşı oğluna qarşı 965000 dollarlıq dələduzluq
Özünü asan mərkəz direktorunun ailə problemləri olub
Deputatla şərik bina tikdirən başçı müavini Şahmar İbadov, Mehriban Əliyevanın adından belə istifadə edir- VİDE
Kərimovlar ailəsinin Londondakı sərvəti – Sabiq icra başçısı ölkə xaricinə milyonlar daşıyıb
Əlillərə verilən prezident təqaüdü dayandırıla bilər: - YENİ QAYDALAR
Bakıda təkrar mənzil bazarında qiymətlər artıb
Azərbaycanda öz qohumu ilə cinsi münasibətdə olanların sayı artıb - Tanınmış psixoloqdan ŞOK AÇIQLAMALAR
“Pulunu ver, hansı qərarı istəyirsən hazırlayıb versinlər!…” - Əli Həsənovun Avropa Məhkəməsinə İRADI
Ata və oğul milyonları necə ələ keçirib? – Şok fırıldaq
Başçıdan gölməçədə yaşayan ailəyə və prezidentə yalan - sement maxinasiyası/Video
Ağdam musiqi kollecində 200 minlik skandal: Rafael Musayevə şok ittihamlar
Mahir Mədətov APOEL-in oyunçusuna:
Azərbaycanda bu şəxslərin də maaşı ARTIRILDI — SİYAHI
“Qırmızı körpü”dən Türkiyəyə yeni yol çəkilir – cəmi 4 saata çatacaqsınız
“Əlimdə tərbiyəsiz səs yazıları var” – Elşad keçmiş gəlinini polisə verir
«    Август 2019    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏDƏNİYYƏT