Görəsən “feodal düşüncə”yə malik müdafiəçi nəyə nail olmaq istəyir?
!-ci məqalə --- Etibar Nəsibov tutduğu əməllərə görə nə vaxt həbs olunacaq?
Son vaxtlar bəzi media qurumlarında Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində ekstrasenslik fəaliyyəti ilə məşğul olan Etibar Nəsibovun fırıldaq əməllərindən bəhs edən tənqidi məqalələr işıq üzü gördükcə, deyəsən əksəriyyət bu şəxsi ekstrasens olaraq deyil, sanki fırıldaqçı bir şəxs obrazında qəbul etməyə başlayıblar. Yəni, bir redaksiya olaraq bizim adı çəkilən bu şəxslə heç bir şəxsi problemimiz yoxdur, sadəcə olaraq ümumi ictimai rəyi əsas tutaraq, məhz belə bir açıqlamaları dərc etmək qərarına gəlmişik. Çünki, əksəriyyətin ortaya qoyduğu yanaşmalardan başa düşürük ki, “mən ən güclü ekstrasensəm” deyə özünü hər kəsə bu adda təqdim edən Etibar Nəsibov, bu gün düzüb-qoşduğu yalanlarını “işə keçirə bilmir”. Ona görə də, bu şəxsə qarşı tam əksəriyyətdə inamsızlıq, etibarsızlıq hissi yaranmaqdadır. Məsələnin düşündürücü tərəfi odur ki, KİV nümayəndəsi olaraq qəbul olunmuş Qanunun tələbləri əsasında fəaliyyət göstərməyimizə baxmayaraq, son bir-iki gün ərzində bu şəxs “feodal təfəkkür”ə malik bir “jurnalist”i “üstümüzə yeridir”. Amma nə onun özü, nə də ki, ona “hədyan olmaq” eşqinə düşmüş Elnur adlı birisi hələ dərk etmir ki, Etibar Nəsibova mətbuat xidməti işləmək, yaxud da bu ad adı altında çıxış etmək heç cür yolverilməzdir. Çünki, “mən ən güclü ekstrasensəm” deyə özünü hər kəsə bu adda təqdim edən Etibar Nəsibov, nə dövlət qurumunun, nə də ki, hər hansı özəl sahənin rəhbəridir. Yəni, istənilən fiziki şəxsin fərdi fəaliyyətlə məşğul olduğu hallarda, qanun heç də həmin şəxsə ixtiyar vermir ki, həmin şəxs digər bir şəxsi özünə mətbuat xidməti işlədə bilsin. Deməli, “mən Etibar Nəsibovun mətbuat xidmətiyəm” deməklə mətbuatı nüfuzdan salan, qəbul olunmuş KİV haqqında Qanunun tələblərindən heç bir halda anlayışı olmayan bir kimsənin belə bir “cildə girməsi”, öz-özlüyündə usandırıcı haldır.
Hörmətli oxucular! Biz bu mövzuya heç də toxunmaq fikirində deyildik, amma Elnur adlı birisinin “əndazəni aşacaq” həddə davranması, məhz bizi belə bir açıqlamanı dərc etməyə vadar etdi. Əvvəla onu qeyd edək ki, istənilən media təmsilçisi ictimai həyatımızda baş verən hər cür qanunsuzluğa, fırıldaqçılığa, bir sözlə qanundan kənar addıma qarşı barışmaz mövqeyini ortaya qoymalı, lazım gəldikdə aidiyyəti qurumları baş verənlərlə bağlı məlumatlandırmağa da çalışmalıdır. Bu belə olmalı olduğu halda görəsən “mən Etibar Nəsibovun mətbuat xidmətiyəm” deməklə, mətbuatı nüfuzdan salan Elnur adlı birisinin “əndazəni aşan” addımlarına nə ad vermək olar? Axı, biz nə edirik? Çoxsaylı sakinləri “tora salan” bir şəxsin fırıldaq əməllərini ifşa edib, hər kəsi ayıq-sayıq olmağa dəvət edirik. Məgər, bu qanundan kənar addımdır? Odur ki, Elnur adlı şəxsə bir qədər düşünməyi, bir qədər də götür-qoy etməyi məsləhət görürük ki, bəlkə “ağı-qaradan” ayrıd etməyə nail ola bildi. Yoxsa, ...
Mövzunu diqqətdə saxlayacağıq.
Sizinxeber.com[xfgiven_video][/xfgiven_video][xfgiven_video2][/xfgiven_video2]