Səfər Mehdiyev daxili bazarı belə “qoruyur”: - İstehsalçının imtina etdiyi məhsullara “yaşıl işıq”

Səfər Mehdiyev daxili bazarı belə “qoruyur”: - İstehsalçının imtina etdiyi məhsullara “yaşıl işıq”

Azərbaycanda avtomobil qiymətlərinin baha olmasının başlıca səbəblərindən biri məhz gömrük rüsumlarının yüksək olmasıdır.

Bu haqda dəfələrlə deyilsə də, yazılsa da müsbətə doğru hansısa dəyişikliyin şahidi olmamışıq. Digər tərəfdən, dünyanın avtomobil bazarında artıq yenilənmə gedir. Dünya ölkələri həm ekoloji təmiz, həm də qənaətcil avtomillərin istehsal və istifadəsinə keçid edib. Azərbaycanda az da olsa da, elektromobillər var.

Amma Azərbaycanda elektormobil bazarında kütləviləşmə getmir. Baxmayaraq ki, artıq Azərbaycanda elektromobillər üçün infrastruktur qurulur və enerji dolduruması üçün stansiyalar quraşdırılır. Məsələn, “Azpetrol” şirkəti elektromobillər üçün özünün bir çox YDM-lərində elektrik doldurma (elektrik yükləmə) stansiyalarını istifadəyə verib.

Belə ki, “Azpetrol” brendi ilə fəaliyyət göstərən “H.Əliyev prospekti 105”, “H.Əliyev prospekti 108”, “K.Marks”, “Spartak”, “Mayak”, “Mayak-2”, “Babək”, “Nobel”, “Gənclik”, “Mərdəkan”, “Qələbə”, ”Sumqayıt-1”, “Ələt” və “Salyan-2” yanacaqdoldurma məntəqələrində elektromobillərin enerji ilə doldurulması üçün “ABB” şirkətinin İtaliya istehsalı olan “Terra-54” modelli 14 ədəd aparat quraşdırılıb. Təbii ki, bu, yaxşı haldır, ancaq niyə ölkəyə elektromobillər gətirilməsi asanlaşmır? Bu məsələdə önə çıxan əsas problem kimi gömrük rüsumları göstərilir.

Hazırda qüvvədə olan gömrük rüsumları ilə ən ucuz və orta dəyərdəki elektromobillərin qiymətini hesablasaq, görərik ki, ölkəyə sözügedən avtomobillərdən gətirmək üçün əlavə olaraq 30 faizdən artıq xərc çəkib gömrük rüsumu ödənilməlidir.

Məsələn, Çinin SAICGM-“Wuling” müəssisəsi dünyanın ən ucuz elektromobilini istehsal edib. “E 100” adlı elektromobilin qiyməti 5 min dollardır. 2017-ci ildə satışa çıxarılan model 40 at gücündə elektrik aqreqatı ilə təchiz olunub və saatda 100 kilometr sürətlə hərəkət edir. Avtomobil bir dəfə enerji ilə doldurulmaqla 155 kilometr məsafə qət edə bilir. Həmin elektromobili Azərbaycana gətirmək üçün isə bu ödənişlər edilməlidir:

Aksiz vergisi 0.24 AZN;

Mühərrikin işçi həcminə görə tutulan gömrük rüsum 0.54 AZN;

Əməliyyat haqqı 60 AZN;

Vəsiqə haqqı 30 AZN;

ƏDV 1546.34 AZN;

Elektron gömrük xidmətinin göstərilməsinə görə 30 AZN;

Elektron gömrük xidmətinin göstərilməsinə görə ƏDV 5.4 AZN;

Cəmi 1672.53 AZN

Göründüyü kimi, 5 min dollar məbləğindəki elektromobil üçün 1672.53 manat gömrük rüsumu ödənilməlidir ki, bu da avtomobilin ümumi dəyərinin 20 faizi deməkdir. Yəni gömrük orqanları heç bir xərc çəkmədən hansısa xarici şirkətin öz istehsal etdiyi elektromobilin gəlirindən daha çox vəsait qazanır.

Azərbaycana daha komfortlu, rahat, təhlükəsiz elektromobil gətirmək istəyənlər isə daha çox xərc çəkməyi gözə almalıdır. Belə ki, 50 min dollar dəyərində elektromobil almısınızsa, əlavə olaraq 15 min manatdan çox vəsaiti Dövlət Gömrük Komitəsinə ödəməlisiniz. 50 min dollar dəyərində elektromobilin gömrük rüsumu aşağıdakı kimi hesablanacaq:

Aksiz vergisi 0.6 AZN

Mühərrikin işçi həcminə görə tutulan gömrük rüsum 1.36 AZN

Əməliyyat haqqı 200 AZN

Vəsiqə haqqı 30 AZN

ƏDV 15341.75 AZN

Elektron gömrük xidmətinin göstərilməsinə görə, 30 AZN

Elektron gömrük xidmətinin göstərilməsinə görə, ƏDV 5.4 AZN

Cəmi 15609.11 AZN

Göründüyü kimi, rüsumlar kifayət qədər yüksəkdir və bu da Azərbaycanda avtomobil bazasının köhnəlməsi deməkdir. Baxmayaraq ki, dünya ölkələri artıq dizel-benzin yanacaqlı avtomobillərin istifadəsindən imtina edir, Azərbaycan bu prosesdən də kənarda qalır. Benzin və dizel yanacaqlı avtomobillərdən imtinayla bağlı proqramı qəbul edən ölkələr sırasında Hollandiya, Almaniya, Fransa, İspaniya, ABŞ kimi dünya ölkələri var ki, artıq adıçəkilən dövlətlərdə 2040-cı ildən sonra bu növ avtomobilləri görmək mümkün olmayacaq. Azərbaycanda isə hazırkı gömrük rüsumlarına istinad etsək, hələ uzun illər yollarda ekologiyaya zərər verən, istehsalçı ölkələrinin imtina etdiyi benzin və dizel yanacaqlı avtomobilləri görəcəyik.

Bəs elektromobillərin Azərbaycanda da geniş yayılması üçün nə etmək lazımdır?

Təklif olunur ki, ekologiyanın qorunması üçün hökumət elektromobillərə tətbiq olunan gömrük rüsumunu ləğv etməlidir. Dövlət Gömrük Komitəsi isə bununla bağlı təşəbbüslə çıxış edə, hökumətə təklif verə bilər. Komitənin sədri Səfər Mehdiyev açıqlamalarında bildirirdi ki, rəhbərlik etdiyi qurumda inhisarçılıq yoxdur və onlar birbaşa daxili bazarı qoruyur. Azərbaycanda elektromobil istehsalı olmadığı üçün Komitənin üzərində belə bir “məhsuliyyət” də düşmür. Ona görə də elektromobillərin gömrük rüsumunun ləğv olunması ölkə adına müsbət addım kimi dəyərləndirilər. Gömrük Komitəsi rüşvət, monopoliyaya dəstək, saxta invoys və digər neqativ hallarla gündəmə gəlməkdənsə, ölkə üçün müsbət addım ola biləcək məsələlərə diqqət yetirməlidir.
Cebhe.info[xfgiven_video][/xfgiven_video][xfgiven_video2][/xfgiven_video2]
Oxşar xəbərlər
BARIT CƏLLƏYİNƏ BƏNZƏYƏN SAATLI: S. CABBAROV - İ. QULİYEV FİRONLUGU davam edir, daha ciddi,daha kəskin... - Jurnalist ölkə başcılarına müraciət etdi - Şok Video
Göyçayda Qaraməryəm kənd stadionu iş adamı tərəfindən ZƏBT EDİLİB - Vitse-prezident Mehriban xanım Əliyevaya MÜRACİƏT - Video
Pirverdiyev işçilərin pulunu vermir - GİLEY
Vergilər nazirliyi oliqarxlara qarşı... HƏRƏKƏTƏ KEÇDİ
Bir köşədə xımr-xımır yeyən Qocayevdən xəbər var - İDDİA
Tovuzun icra başçısı bu işi gizlincə edir... - Daha bir məmur ÖZBAŞINALIĞI
İcra başçısı İlham Əliyevin saldırdığı parkı məhv edib – Bina tikdirir
Siraqəddin Cabbarov işini-gücünü buraxıb... - QALMAQAL
Ya DGK sədri dəyişməlidir, ya da DGK sədri dəyişməlidir... - Səfər Mehdiyev o adam deyildi...
Vilayət Eyvazov kriminal şəxslərlə fotosu yayılan polisləri cəzalandırdı - FOTO
“Təfəkkür”ün
Səfər Mehdiyevin gömrüyü belə işləyir... - Buna son qoyulacaqmı?
Ağacan Abıyevin adı “diplom işi”ndə hallanır – Saxtalaşdırılmış imza, yoxsa?…
Novruz Məmmədovdan — YENİ QƏRAR
Qəzaya uğramış hərbi təyyarəmizin qalıqları tapıldı
İcra başçısının qardaşı oğluna qarşı 965000 dollarlıq dələduzluq
Özünü asan mərkəz direktorunun ailə problemləri olub
Deputatla şərik bina tikdirən başçı müavini Şahmar İbadov, Mehriban Əliyevanın adından belə istifadə edir- VİDE
Kərimovlar ailəsinin Londondakı sərvəti – Sabiq icra başçısı ölkə xaricinə milyonlar daşıyıb
Əlillərə verilən prezident təqaüdü dayandırıla bilər: - YENİ QAYDALAR
Bakıda təkrar mənzil bazarında qiymətlər artıb
Azərbaycanda öz qohumu ilə cinsi münasibətdə olanların sayı artıb - Tanınmış psixoloqdan ŞOK AÇIQLAMALAR
“Pulunu ver, hansı qərarı istəyirsən hazırlayıb versinlər!…” - Əli Həsənovun Avropa Məhkəməsinə İRADI
Ata və oğul milyonları necə ələ keçirib? – Şok fırıldaq
Başçıdan gölməçədə yaşayan ailəyə və prezidentə yalan - sement maxinasiyası/Video
Ağdam musiqi kollecində 200 minlik skandal: Rafael Musayevə şok ittihamlar
Mahir Mədətov APOEL-in oyunçusuna:
Azərbaycanda bu şəxslərin də maaşı ARTIRILDI — SİYAHI
“Qırmızı körpü”dən Türkiyəyə yeni yol çəkilir – cəmi 4 saata çatacaqsınız
“Əlimdə tərbiyəsiz səs yazıları var” – Elşad keçmiş gəlinini polisə verir
«    Август 2019    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏDƏNİYYƏT