"Belə getsə, bu kəndlərdə adam qalmayacaq" - GİLEY

"Belə getsə, bu kəndlərdə adam qalmayacaq" - GİLEY

Kəndlilərin vacib problemlərindən biri onları ətrafdan təcrid edən nəqliyyatsızlıqdır. Nəqliyyatın olmaması onların kənd təsərrüfatı ilə məşğul olmalarına da əngəl yaradır. Kəndlilər nə heyvandarlıqla, nə də əkinlə məşğul ola bilirlər. Çünki məhsullarını bazara çıxarıb satmaq üçün nəqliyyat yoxdur.

“Ümumi yola çatanadək xeyli əziyyət çəkirik”

Kənd sakini Xəyalə Quliyeva danışır: “Həm bizim, həm də qonşuluğumuzdakı bir neçə kəndin sakinləri Lənkəran-Lerik yolundan istifadə etmək məcburiyyətindədir. O yola çıxmaq üçün isə insanlar xeyli əziyyət çəkməli olur. Düzdür, o yoladək olan məsafəni özümüz tez-tez təmir edirik, ancaq ictimai nəqliyyat yoxdur, kəndlilər isə çox imkansız olduqlarından kənddə tək-tük ailənin şəxsi maşını var. Bu səbəbdən də əsas yola çıxmaq üçün xeyli məsafəni piyada getməli oluruq. Adamlar yayın istisində, qışın şaxtasında bu yolları gedib-gələ bilmir”.

Kənd sakinləri nəqliyyat probleminə görə uzun illərdir ki, aidiyyəti qurumlara müraciət edir, ancaq problem həllini tapmır. Elşən Əsgərov: “Bunun qocası var, uşağı var, xəstəsi var, əli körpəli qadını var… Bir də baxırsan ki, xeyli insan qızmar günəşin altında piyada əsas yola tərəf gedir. Yayın cırhacırında ananın qucağında körpə şığıra-çığıra qalır. Hələ qışda bağçaya, məktəbə gedən uşaqlıarın əziyyətini görsəniz… Adamın ürəyi ağrıyır”.

“Piran yoluna çıxıb, ordan mərkəzə taksiylə gedirik”

Hamaratla Lənkəran-Lerik yoluna qədər məsafə 17 kilometrdir. Sakinlər özləri bu yolu imkanları daxilində və bacardıqları kimi səliqəyə salırlar: “Əsas yolu düzəltdilər, ancaq kəndlərə burulan yollara dəymədilər. Biz 17 kilometr piyada yeriyib əvvəl Piran yoluna çıxırıq, ordan da rayon mərkəzinə getmək üçün taksiyə otururuq, 6-8 manat yolpulu ödəməli oluruq. Hələ bunun geri qayıtmağı da var. Bir var adamlar çörək, dərman, odun, su almağa borc pul axtarır, bizim kənddə isə adamlar rayon mərkəzinə getməyə borc pul axtarır”.

Sakinlərin deməsinə görə, Hamaratdan Pirandadək arada 6-7 kənd var. Yəni bu istiqamətdə bir mikroavtobus heç olmasa bir reys etsə, kifayət qədər sərnişin toplaya bilər. İndi rayon mərkəzinə gedib-gəlmək, ən azı 12-15 manata başa gəlir. Məhz bu səbəbdən kəndlər sürətlə boşalır: “İnsanlar artıq bu şəraitdə yaşamaq istəmirlər. Hamaratda 50-dən artıq evin yarıdan çoxu boşdur. Kəndin az qala yarısı Bakının Binə kəndinə köçür. Xahiş edirik, bizə kömək edin. Bir mikroavtobus nədir ki, onun 10-a yaxın kəndin sakinlərindən əsirgəyirlər. Belə getsə, bu kəndlərdə adam qalmayacaq”.[xfgiven_video][/xfgiven_video][xfgiven_video2][/xfgiven_video2]
Oxşar xəbərlər
Tibb Universiteti tibdən başqa nə öyrədir?
“Bakcel”in 4 milyona qarşı növbəti “fırıldağ”ı-Audio
DSMF üçün məhkəmə qərarı rol oynamır? - GİLEY
İcra başçısı vətəndaşın 6 sot torpağını mənimsəyib? - GİLEY
Gəncə səhiyyəsində ürəkağrıdan mənzərə - İTTİHAM
Gəncədə öz krallığını qurmaqdadır... - İcra başçısının nəqliyyat maraqları...
YASAMAL RAYONUNUNUN YENI ICRA BAŞÇISININ YENI QANUNSUZLUQLARI-VIDEO
RƏQƏMLƏRİ ŞİŞİRDƏN SALEH MƏMMƏDOV PREZİDENTİN AD GÜNÜNƏ SAXTA HƏDİYYƏ HAZIRLAYIR-VİDEO
Oqtay Şirəliyevin Şəkidə açdığı bazar... - pullu analizlər, firma dərmanları
Keçmiş nazirin şirkəti borclu məcburi köçkünün başına oyun açdı... - İDDİA
Oğuzun bu kəndi ibtidai şərtlərlə yaşayır... - GİLEY
Tac Mahal MTK-nın tikdiyi binada dərə xəlvət, tülkü bəydir - NARAZILIQ...
Keçmiş Bakı merinin adı borc qalmaqalında - İTTİHAM
Sahil Babayevin işçiləri əl-ayağa düşüb... - İLGİNC
Səhiyyə sistemində daha bir biabırçı mənzərə... - Nazirlik görməzdən gəlir...
Oqtay Gülalıyev ikinci dəfə əməliyyat olunur
Azərbaycanda bu telekanal bağlandı
Qubad İbadoğlu: “Bu sistem insanların pensiya almamasına hesablanıb”
Qaraşov və Sultanov məxvi rejimə keçib, Vaqiv Cavadov inciyib- ŞİMAL MEŞƏLƏRİNDƏ EKOLOJİ FƏLAKƏT DAVAM EDİR
Mehriban Əliyeva 650 min ağac əkilməsinə start verib, Qubada isə əksinə- AĞAC SOYQIRIMI GEDİR
İki nazirliyin əlillik “təcrübəsi” - və ya saxtakarlıq necə aşkarlanmalıdır?
Bu şirkət nazir müavininə söykənib... - İTTİHAM
Babəkin icra başçısı da narazılıq yaradır - GİLEY
Saatlıdan Bakıya yalan məlumat ötürülür... -
Bu təhsil ocağında təhsildən başqa hər şey var... - İDDİA
Milli Məclisdəki +70 deputatların siyahısı – Onlar da gedir...
Eldar Quliyevlin təhsil ocaqlarında nə baş verir? – Daha bir müraciət
Bu rayonların İcra başçıları vəzifələrini itirə bilər - SİYAHI
Ramin Quluzadəyə İTTİHAM -
«    Декабрь 2019    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏDƏNİYYƏT