“İlin sonuna bir neçə rayon azad edilə bilər...” - Bakının unikal şansı

“İlin sonuna bir neçə rayon azad edilə bilər...” - Bakının unikal şansı

Ötən sayımızda işğalçı Ermənistanda ümidlər bəslənilən “məxməri inqilab”san sonra da ölkədən kütləvi köçün davam etdiyi barədə yazmışdıq. Rəsmi rəqəmlərə görə, təkcə bu ilin 1-ci rübü ərzində Rusiyaya rekord sayda erməni miqrant gəlib - 12.8 min nəfər. Bu göstəriciyə görə, cırtdan Ermənistan yalnız Qazaxıstandan (16.8) və Tacikistandan (14.2) geri qalır.

Sözsüz ki, gedənlərin əksəriyyəti əmək qabiliyyətli, gənc və orta yaşlı əhalidir, qoca-qadın, yaşlılar yox. Yəni işğalçı ölkəni tərk edənlər, faktiki, onun genofondunu təşkil edir və ordunun potensial özəyi sayılır. Bu da o anlama gəlir ki, Azərbaycanla genişmiqyaslı müharibə başlayarsa, Ermənistan ehtiyat kişi əhalisinin kəskin çatışmazlığı problemi ilə üzləşəcək. Sosial-iqtisadi xarakterli digər ağır problemlər də öz yerində.

İndinin özündə “məxməri inqilab”a və baş nazir Nikol Paşinyanın verdiyi populist vədlərə rəğmən, Ermənistanın maliyyə-iqtisadi durumu, əhalisinin güzəranı kritik olaraq qalır. Özü də vəziyyət daha da ağırlaşmağa meyllidir. Bu da yeni fakt: cari ilin ilk yarısında Ermənistanın dövlət borcu daha 11 milyon dollar artaraq, 6,934 milyard dollara çatıb. Məlumatı ölkənin Maliyyə Nazirliyi yayıb. Bildirilir ki, iyunun sonunda Ermənistanın xarici dövlət borcu 5,456 milyard dollar, daxili borcu isə 1,478 milyard dollar olub...

*****

“Son 5-6 ayda erməni cəmiyyətinin təhlili narazı elektoratın kəskin artdığını göstərir. Ötən ilin aprel-mayında sağa-sola vədlər səpələyən Nikol Paşinyan və hökumətindən məyusluq getdikcə daha qabarıq şəkildə özünü göstərməkdədir”. “Yeni Müsavat”ın məlumatına görə, bu sözlər Armeniamreport.com-un dünənki baş məqaləsində yer alıb.

Məqalədə daha sonra deyilir: “O vaxt hamımıza elə gəlirdi ki, hakimiyyətə artıq o adamlar gəlib ki, onlar ölkədə sosial-iqtisadi vəziyyəti kökündən dəyişəcəklər. O adamlar ki, onlar Ermənistanın ildən-ilə boşaldığını deyil, sadəcə, tədricən öldüyünü anlayırlar. Məhz buna görə Nikol Paşinyanın Sərkisyan rejiminə qarşı ”səlib yürüşü" ölkə əhalisinin mütləq əksəriyyəti tərəfindən dəstəkləndi. Paşinyanı dinlədikcə bizə elə gəlirdi ki, əsl xilaskar gəlib və bir azca səbir etmək yetər ki, biz normal adamlar kimi yaşamağa başlayaq. Ancaq vaxt gedir, amma Ermənistanda həyat yaxşılaşmır. Əksinə, daha çətin olur".

Müəllifə görə, məhz buna görə bütün ictimai rəy sorğuları Paşinyan və komandasının reytinqinin sürətlə düşdüyünü fiksə etməkdədir. “Əhalinin dözüm limiti bitir. Kim bilməsə də Nikol Paşinyan bunun nə ilə nəticələnə biləcəyini anlamamış deyil. Əgər o, ölkədə sosial-iqtisadi situasiyanın yaxşılaşması yönündə təcili tədbir görməsə, o zaman artıq payız üçün bütün ölkə boyu etirazlar baş qaldıracaq. Və onda heç bir repressiv aparat hakimiyyətə kömək edə bilməyəcək. Əgər soyuducular və qarınlar boşdursa, hökumətin sümükqırma əməliyyatı artıq insanlara qorxulu görünməyəcək”, - deyə məqalənin sonunda hökumətə hədə kimi xəbərdarlıq edilir.

*****

İşğalçı ölkədə yaşanan bütün bu neqativlər, inqilab sonrası güclənən məyusluq, artan xarici borc, xaricə davam edən kütləvi köç əlbəttə ki, ilk növbədə müharibə şəraiti ilə birbaşa bağlıdır, Azərbaycanla hərbi sefarada ayaqlaşma cəhdinin doğurduğu fəsadlardır. İllərdir davam edən işğal rejiminin ağır bədəlidir. Rəsmi İrəvanın öz kasıb əhalisinin boğazından kəsərək, kasad maliyyəsini Rusiya silahlarına xərcləməsinin acı nəticələridir.

Bu, həm də o deməkdir ki, Ermənistan Azərbaycanla üzücü müharibə aparmaq iqtidarında deyil, ola bilməz. Nahaq yerə aylar öncə Nikol Paşinyan “Azərbaycanın müharibə aparmasına Rusiyanın imkan verməyəcəyi”nə ümid etdiyini bildirmişdi. Əcnəbi ekspertlər də bu xüsusda Bakının şansının xeyli artdığını qeyd edirlər. Üstəlik, Azərbaycanın bir nömrəli müttəfiqi Türkiyə ilə Rusiya arasında əlaqələrin xeyli dərinləşməsi müharibə variantında ölkəmizin xeyrinə işləyən mühüm faktor kimi qiymətləndirilməkdədir.

“Bu gün Yaxın Şərqdə və Mərkəzi Asiyada siyasi dəyişikliklərin aktiv fazası müşahidə edilməkdədir. Məsələn, əgər əvvəllər Cənubi Qafqaz regionuna ən güclü təsir imkanı Rusiyada idisə, bu gün artıq Türkiyə hesablaşılmalı gücə çevrilib. Ərdoğanın artan nüfuzu dünya səhnəsində onun ölkəsini regional superdövlət adlanmasına imkan verir”.

“Yeni Musavat” xəbır verir ki, bu sözləri Axar.az-ın rus versiyasına ukraynalı politoloq Aleksey Voronenko deyib. Onun sözlərinə görə, məhz bu faktor artıq ilin sonu üçün bir sıra rayonları işğaldan azad eləməkdə Azərbaycanın əlinə işləyir.

“Bakı minimal hərb güc sərf eləməklə antiterror əməliyyatı başlaya və artıq bu ilin sonu üçün bir neçə rayonunu işğaldan azad edə bilər. Bu gün Ermənistan Rusiyanın köməyi olmadan Azərbaycanın güclü Ordusu ilə bərabər səviyyədə heç bir neçə saat döyüş bilməz. İrəvanın Moskvadan kömək gözləməsinə isə dəyməz. Kremli onsuz da Ermənistanın indiki hakimiyyətinin aydın olmayan mövqeyi bezdirib. Üstəlik, Türkiyə Azərbaycanın tərəfindədir. Paşinyana heç kim kömək etməyəcək. Bütün dünya Bakının tərəfini tutacaq, ona görə ki, söhbət Qarabağda müharibədən yox, antiterror əməliyyatından gedəcək - hansı ki, beynəlxalq hüququn heç bir normasını pozmur”, - deyə politoloq sonda əlavə edib.

Qalır indi Azərbaycanın antiterror əməliyyatı ilə bağlı kritik qərarı verməsi...
“Yeni Müsavat”[xfgiven_video][/xfgiven_video][xfgiven_video2][/xfgiven_video2]
Oxşar xəbərlər
BARIT CƏLLƏYİNƏ BƏNZƏYƏN SAATLI: S. CABBAROV - İ. QULİYEV FİRONLUGU davam edir, daha ciddi,daha kəskin... - Jurnalist ölkə başcılarına müraciət etdi - Şok Video
Göyçayda Qaraməryəm kənd stadionu iş adamı tərəfindən ZƏBT EDİLİB - Vitse-prezident Mehriban xanım Əliyevaya MÜRACİƏT - Video
Pirverdiyev işçilərin pulunu vermir - GİLEY
Vergilər nazirliyi oliqarxlara qarşı... HƏRƏKƏTƏ KEÇDİ
Bir köşədə xımr-xımır yeyən Qocayevdən xəbər var - İDDİA
Tovuzun icra başçısı bu işi gizlincə edir... - Daha bir məmur ÖZBAŞINALIĞI
İcra başçısı İlham Əliyevin saldırdığı parkı məhv edib – Bina tikdirir
Siraqəddin Cabbarov işini-gücünü buraxıb... - QALMAQAL
Ya DGK sədri dəyişməlidir, ya da DGK sədri dəyişməlidir... - Səfər Mehdiyev o adam deyildi...
Vilayət Eyvazov kriminal şəxslərlə fotosu yayılan polisləri cəzalandırdı - FOTO
“Təfəkkür”ün
Səfər Mehdiyevin gömrüyü belə işləyir... - Buna son qoyulacaqmı?
Ağacan Abıyevin adı “diplom işi”ndə hallanır – Saxtalaşdırılmış imza, yoxsa?…
Novruz Məmmədovdan — YENİ QƏRAR
Qəzaya uğramış hərbi təyyarəmizin qalıqları tapıldı
İcra başçısının qardaşı oğluna qarşı 965000 dollarlıq dələduzluq
Özünü asan mərkəz direktorunun ailə problemləri olub
Deputatla şərik bina tikdirən başçı müavini Şahmar İbadov, Mehriban Əliyevanın adından belə istifadə edir- VİDE
Kərimovlar ailəsinin Londondakı sərvəti – Sabiq icra başçısı ölkə xaricinə milyonlar daşıyıb
Əlillərə verilən prezident təqaüdü dayandırıla bilər: - YENİ QAYDALAR
Bakıda təkrar mənzil bazarında qiymətlər artıb
Azərbaycanda öz qohumu ilə cinsi münasibətdə olanların sayı artıb - Tanınmış psixoloqdan ŞOK AÇIQLAMALAR
“Pulunu ver, hansı qərarı istəyirsən hazırlayıb versinlər!…” - Əli Həsənovun Avropa Məhkəməsinə İRADI
Ata və oğul milyonları necə ələ keçirib? – Şok fırıldaq
Başçıdan gölməçədə yaşayan ailəyə və prezidentə yalan - sement maxinasiyası/Video
Ağdam musiqi kollecində 200 minlik skandal: Rafael Musayevə şok ittihamlar
Mahir Mədətov APOEL-in oyunçusuna:
Azərbaycanda bu şəxslərin də maaşı ARTIRILDI — SİYAHI
“Qırmızı körpü”dən Türkiyəyə yeni yol çəkilir – cəmi 4 saata çatacaqsınız
“Əlimdə tərbiyəsiz səs yazıları var” – Elşad keçmiş gəlinini polisə verir
«    Август 2019    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏDƏNİYYƏT