Həqiqəti təhrif etmək nankorluqdan başqa bir şey deyil

Bir müddət bundan öncə bəzi media qurumlarında Şamaxı Dövlət Regional Kolleci ilə bağlı həqiqətə uyğun olmayan “tənqidi açıqlamalar” yayımlanmışdı. Əslində həmin açıqlamaları yazan “jurnalistlər”
bu təhsil müəssisəsinin işgüzar fəaliyyətinə “qara yaxmaq” istəyən, bugünkü rəhbərliyin həyata keçirdiyi idarəçilikdən xəbəri olmadıqlarından, bəlkə də qərəzli mövqelərinin varlığı səbəbindən belə bir addımlarını atırlar. Daha yaxşı hal o olardı ki, həmin şəxslər İlham Vəliyein direktor təyinatından sonra, Şamaxı Dövlət Regional Kollecindəki ab-hava ilə yaxından tanış olub, sonra belə bir açıqlamalarını dərc edərdilər. Əslində qərəzli açıqlamaların varlığı ilə bağlı məqalələrin dərc olunması, hər bir jurnalisin savadsızlığından və qeyri-peşəkarlığından xəbər verir.
Bəzi media qurumlarında adı çəkilən təhsil ocağı ilə bağlı tənqidi məqalələrin dərc olunmasına baxmayaraq, bir neçə gün bundan öncə Şamaxı Dövlət Regional Kollecində olduq. Əsas məqsədimiz bu təhsil ocağı haqda əlavə lazımi məlumatları əldə etmək, hər kəsi İlham Vəliyevin həyata keçirdiyi idarəçiliyin mahiyyəti ilə tanış etmək idi. Kollecdə olmağımıza səbəb olan amillərdən biri də, xeyli müddət bundan əvvəl Təhsil Nazirinin müvafiq əmri ilə İlham Vəliyevin bu təhsil müəssisəsinə diektor təyin olunmasından sonra, onun “rüşvətxorluğa son” şüarı altında apardığı mübarizə tədbirləri ilə tanış olmaq idi. Hətta, onun “mən bu təhsil ocağında rüşvətin kökünü kəsəcəyəm” deyə açıq mövqeyini ortaya qoyması, diqqətimizi olduqca cəlb etdi. Kollecdə olarkən yaz-yay imtahan sesiyası keçirilirdi, valideyinlərin çoxu dəhlizdə idilər. Biz onlardan ümumi vəziyyətin necəliyini soruşduqda, hər bir valideyin “İlham Vəliyev bu kollecə yeni ab-hava gətirib” deməklə, ağızdolusu razılıqlarını bildirdilər. Elə ki, məktəbin həyət-bacasına baxış keçirdik, o halda gördük ki, hər tərəfdə səliqə-səhman yaradılıb. Bundan əlavə, kollecə məxsus kabinetlərdə təmir-bərpa işləri başa çatdırılıb ki, bu da hər kəsin normal işləməsinə imkan verir.
Az sonra bizi rayonun tanınmış ağsaqqalarından olan və rayon Veteranlar Şurasının sədri vəzifəsini daşıyan Bayramov Ağarza Seyidrza oğlu qarşıladı. Adı çəkilən bu şəxslə ilk görüşümüz zamanı istər rayondakı ab-havanın varlığı ilə, istərsə də Şamaxı Dövlət Regional Kollecində həyata keçirilən idarəçiliklə bağlı müəyyən müzakirələr apardıq. Ümumi söz-söhbət zamanı o, kollecdə yaradılmış yeni ab-havanın varlığından danışdı. Hətta, Ağarza Bayramov “Bu gün kollecdə əsl şəffaflıq və nizam-intizam yaradılıb, davamiyyət də hər kəsin gözü önündədir. Burada bir çox insanların, o cümlədən mənim də böyük zəhmət var. Otuz ilə yaxındır ki, burada işləyirəm və indiyə kimi belə bir şəffaflığı görməmişdim. Bu işlər heç də elə-belə ərsəyə gətirilməyib. Bugünkü sevincimin həddi-hüdudu yoxdur, çünki uzun illər ərzində çalışdığım bu kollektivdə nəhayət ki, haqq-ədalət öz yerini tapmaqdadır. Mən sizdən artıq dərəcədə xahiş edirəm ki, Şamaxı Dövlət Regional Kollecinin bugünkü durumunu bir çox media qurumlarında işıqlandırın. Qoy hər kəs əldə olunan uğurlarla bağlı lazımi məlumatları əldə edə bilsin. Bu tək mənim istəyim deyil, Şamaxı rayon ağsaqqalarının əsas istəyidir” deyə, bu yöndə fikirini ortaya qoymağı da unutmadı. Elə ki, adı çəkilən kollecdə təhsil alan tələbələrlə, valideyinlərlə, müəllimlərlə görüşdük, o zaman onların hər biri İlham müəllinin həyata keçirdiyi idarəçilikdən razı olduqlarını bildirdilər. Hətta onlar “Biz Şamaxı Dövlət Regional Kollecində belə bir şəffaflığı yaradan İlham müəllimə, bu gün də minnətdarlığımızı bildiririk. Son vaxtlar bəzi xəbər portallarında kollec haqda əsası olmayan xoşagəlməz məqalələrin dərc olunması, sözün əsl mənasında istər kollektivin, istərsə də biz valideynlərin hiddətinə səbəb olmuşdu” deməklə, şər-böhtan xarakterli məqalələr dərc edən “jurnalistlər”i “topa tutdular”.
Elə ki, kollecdə həyata keçirilən təmir işlərini, kabinetlərin qaydaya salınmasını, yaradılmış yeni ab-havanın varlığını və s. öz gözlərimizlə gördük, o halda bəlli oldu ki, bütün bunlar İlham müəllimin gərgin zəhməti və bacarığı sayəsində əldə olunub. Bunları görməmək ən azından nankorluq və hər kəsə utanc gətirən halların varlığıdır. Amma, bəzi üzdəniraq “media nümayəndələri” bu gün həqiqəti təhrif edirlər və belə bir addımları ilə, sanki geniş ictimaiyyəti çaşdırmağa da çalışırlar. Bu səpkili məqalələrin dərc olunması, əslində kollektiv üzvlərinin və valideynlərin haqlı narazılığı ilə nəticələnməkdədir.
Kollec rəhbərliyindən belə bir açıqlama da öyrənə bildik ki, bir müddət bundan öncə bəzi media qurumlarında dərc olunmuş məqalə müəllifləri ilə bağlı Təhsil Nazirliyinə, Azərbaycan Mətbuat Şurasına müraciət ediblər ki, həqiqəti təhrif edən və kollecin direktoru haqda şər-böhtan yazanlara qarşı lazımi tədbirlər görsünlər. Hətta, onlar onu da bildirdilər ki, biz məhkəməyə də müraciət etməyi qarşımıza məqsəd qoymuşuq və Şamaxı Dövlət Regional Kollecinin qapısı hər kəsin üzünə açıqdır. Hər kəs öz işi ilə məşğul olsa yaxşıdır.
Zümrüd[xfgiven_video][/xfgiven_video][xfgiven_video2][/xfgiven_video2]