“Səhliyalı” kolbasasında xərçəng yaradan “E 250” nədir? - Araşdırma/Açıqlama

“Səhliyalı” kolbasasında xərçəng yaradan “E 250” nədir? - Araşdırma/Açıqlama















Yay mövsümü, istilər yaxınlaşdıqca sual yaranır ki, hansı kolbasa şirkətinin məhsulunu almaq olar. Bu mövzuda araşdırma yazılara “Səhliyalı” şirkətindən başlamışıq

FİA.Az media üzərindən apardığı monitorinq zamanı məlum olub ki, şirkət son bir ildə öz etibarlılığını və nüfuzunu kifayət qədər itirib. Bu da alıcılıq qabiliyyətinə təsir edib.

Çünki istehlakçılar tez-tez feysbukda və mətbuatda “Səhliyalı”nın kolbasa və sosiska məhsullarından şikayətlərini yazıblar.

Bu günlərdə hökumətyönlü publika.az saytı da araşdırma yazısı dərc edib. Bildirilir ki, “1000 bərəkət, halal nemət” əmtəə nişanlı sosiskanın üzərində halal olduğu yazılmışdı. Lakin kəsəndə görülüb ki, içindən siçan nəcisi çıxıb.

“Bəs belə iyrəncliyi mənim hamilə həyat yoldaşım görsəydi, bilmədən yesəydi, kim cavabdeh olacaqdı?

Bu nə iyrənclikdir? Bu hadisə sərt şəkildə qınanmalıdır, şirkət rəhbərləri də bu hadisədən dərs çıxartmalıdırlar”- istehlakçı Rəhim İsmayılov yazıb.

Sayt yazır ki, şirkət köhnə xəbərlər unudulduğu vaxtda yeni bir qalmaqalla yenidən medianın gündəminə çevriliblər.

“Səhliyalı” şirkətinin ən çox diqqət çəkən məhsulu isə “1000 bərəkət, halal nemət”dir ki, onun da əsas özəlliyi adındakı “halal” sözüdür.

Əhalisinin 90 faizdən çoxu müsəlman olan ölkəmizdə halallıq məsələsinin nə qədər vacib olmasından danışmağa ehtiyac görmürük. Amma gəl gör ki, bu addan istifadə edən şirkətlərin də sayı az deyil.

Adını “halal” qoyan bu şirkətlər məhsulu haradan gətirdiklərindən tutmuş, kolbasanın tərkibindəki inqridentlərə qədər bir çox şeyi gizli saxlayırlar.

FİA.Az media üzərindən xəbər verir ki, “Səhliyalı” şirkətinin saytında isə kolbasa və sosiskaların hazırlanmasında istifadə edilən heyvanlar kəsilərkən islami qaydaların hansına əməl edilməsi barədə heç bir məlumat tapmaq olmur.

Sadəcə tələb olunun mal ətinin müəssisənin daxilindəki sexdə kəsildiyi, gigiyenik qaydalara əməl edildiyi yazılıb.

Şirkətə halallıq sertifikatını verən “AzeSERT HALAL” MMC-nin direktoru Elşad Əliyev deyib ki, bütün prosesə nəzarət edirlər.

Şirkət əvvəl Hindistanın “Alana” şirkəti ilə əməkdaşlıq edirdi. Son vaxtlar “Səhliyalı” Ukraynadan ət idxal edir.

Amma istifadə etdiyi ətin yalnız müəssisədə kəsilən heyvanlardan əldə etməsi barədə məlumat isə xeyli şübhəlidir.

1000-1500 baş iribuynuzlu mal-qara və 2000 baş qoyun təsərrüfatı olduğunu rəsmi saytında qeyd edən şirkətin özünün məlumatına görə, gün ərzində 5 ton kolbasa istehsal edir.

Lakin rəqəmlər kolbasaların yalnız öz təsərrüfatlarından əldə edilən ətdən xammal kimi istifadə edilməsinə şübhə yaradır.

Çünki Azərbaycanda 2016-cı ildə cəmi 302.2 ton ət kəsilib, onun 131 tonu mal əti, 75.2 tonu qoyun və keçi, 0.5 tonu donuz, 95.5 tonu toyuq əti olub.

Ümumilikdə kəsilmiş əti 365 günə bölsək, ölkə ərazisində gün ərzində 0.8 ton ət kəsilib. Gün ərzində respublikada 0.8 ton ət kəsilirsə, demək şirkətin gün ərzində 5 ton kolbasa istehsal etməsi üçün əlavə mənbəyə ehtiyacı var. Amma hardan? Bax bu vacib sualdır.

Bazardakı kolbasa firmalarının əksəriyyəti əti Hindistan və Braziliyadan idxal edir. Gizlətdikləri qatqılar qalsın bir yana.

FİA.Az media üzərindən xəbər verir ki, satışdakı məhsulların üzərində qeyd etdikləri maddələr bizim üçün kifayət etdi. Bunlardan biri E 621 - qlütamat maddəsidir. Bu maddə dad gücləndiricidir.

İnsanlarda məhsuldan asılılıq, həmçinin normadan çox qəbul zamanı baş ağrısı, ürək bulanması, ishal, tərləmə, sinənin göynəməsi, boyun arxasında yanma və s. yaradır. Tədricən görmə zəifliyinə səbəb olur.

E 250 - natrium nitrit də məhsulun tərkibində olan və “halal”lıq sertifikatının verilməsinə şübhə yaradan maddələrdən biridir. Bu kimyəvi maddə qana keçdiyi təqdirdə xərçəng xəstəliyi yarada bilir.

E 250 maddəsi İslam Əməkdaşlıq Təşkilatına daxil olan ölkələrin böyük əksəriyyətində “halal” təsdiq olunmuş qatqı siyahılarında mütləq zərərlər kateqoriyasına aid edilib.

Qarşı tərəfi dinləməyə hazırıq.[xfgiven_video][/xfgiven_video][xfgiven_video2][/xfgiven_video2]
Oxşar xəbərlər
DSMF üçün məhkəmə qərarı rol oynamır? - GİLEY
İcra başçısı vətəndaşın 6 sot torpağını mənimsəyib? - GİLEY
Gəncə səhiyyəsində ürəkağrıdan mənzərə - İTTİHAM
Gəncədə öz krallığını qurmaqdadır... - İcra başçısının nəqliyyat maraqları...
YASAMAL RAYONUNUNUN YENI ICRA BAŞÇISININ YENI QANUNSUZLUQLARI-VIDEO
RƏQƏMLƏRİ ŞİŞİRDƏN SALEH MƏMMƏDOV PREZİDENTİN AD GÜNÜNƏ SAXTA HƏDİYYƏ HAZIRLAYIR-VİDEO
Oqtay Şirəliyevin Şəkidə açdığı bazar... - pullu analizlər, firma dərmanları
Keçmiş nazirin şirkəti borclu məcburi köçkünün başına oyun açdı... - İDDİA
Oğuzun bu kəndi ibtidai şərtlərlə yaşayır... - GİLEY
Tac Mahal MTK-nın tikdiyi binada dərə xəlvət, tülkü bəydir - NARAZILIQ...
Keçmiş Bakı merinin adı borc qalmaqalında - İTTİHAM
Sahil Babayevin işçiləri əl-ayağa düşüb... - İLGİNC
Səhiyyə sistemində daha bir biabırçı mənzərə... - Nazirlik görməzdən gəlir...
Oqtay Gülalıyev ikinci dəfə əməliyyat olunur
Azərbaycanda bu telekanal bağlandı
Qubad İbadoğlu: “Bu sistem insanların pensiya almamasına hesablanıb”
Qaraşov və Sultanov məxvi rejimə keçib, Vaqiv Cavadov inciyib- ŞİMAL MEŞƏLƏRİNDƏ EKOLOJİ FƏLAKƏT DAVAM EDİR
Mehriban Əliyeva 650 min ağac əkilməsinə start verib, Qubada isə əksinə- AĞAC SOYQIRIMI GEDİR
İki nazirliyin əlillik “təcrübəsi” - və ya saxtakarlıq necə aşkarlanmalıdır?
Bu şirkət nazir müavininə söykənib... - İTTİHAM
Babəkin icra başçısı da narazılıq yaradır - GİLEY
Saatlıdan Bakıya yalan məlumat ötürülür... -
Bu təhsil ocağında təhsildən başqa hər şey var... - İDDİA
Milli Məclisdəki +70 deputatların siyahısı – Onlar da gedir...
Eldar Quliyevlin təhsil ocaqlarında nə baş verir? – Daha bir müraciət
Bu rayonların İcra başçıları vəzifələrini itirə bilər - SİYAHI
Ramin Quluzadəyə İTTİHAM -
Kabinetini cadu etdirən keçmiş “Azərişıq” sədrinin daha bir “sirli” əməli - Fotofakt, Video
13 saylı Cəzaçəkmə müəssisəsində NƏHS GÜNLƏR... - İTTİHAM
«    Декабрь 2019    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏDƏNİYYƏT